“Böyük Qayıdış”a doğru...
28.05.2022 [09:13]
Qarabağın yolları
Nicat PAŞA
Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Ölkəmizin gündəliyində dayanan əsas məsələlərdən olan “Böyük Qayıdış”ın reallaşması istiqamətində görülən işlər ölkə başçısının diqqət mərkəzindədir. Genişmiqyaslı layihələrin icrası ilə bağlı məlumatlar hər bir Azərbaycan vətəndaşını fərəhləndirir, qürurlandırır. İki gün öncə dövlət başçımızın və birinci vitse-prezidentin Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri “Böyük Qayıdış”ın ən qısa zamanda gerçəkləşəcəyini bir daha təsdiq etdi. Belə ki, səfər çərçivəsində bir sıra infrastruktur layihələrinin icrası ilə bağlı görülən işlər haqqında verilən məlumatlar onu deməyə əsas verir ki, qarşıdakı illərdə işğaldan azad edilmiş ərazilərimiz dünyanın ən qabaqcıl bölgələrindən birinə çevriləcək.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu böyük
əhəmiyyətə malikdir
İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”ı təmin etmək üçün mühüm pozisiyalardan biri də həmin ərazilərdə yol infrastrukturunun qurulmasıdır.
Bu xüsusda irimiqyaslı yol layihələrinin yüksək peşəkarlıqla həyata keçirildiyini vurğulamaq yerinə düşər. Nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün ötən il olduğu kimi, cari ildə də dövlət büdcəsindən 2.2 milyard manat vəsait ayrılıb. 2021-ci il noyabr ayının 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən açılışı edilən Zəfər yolu işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun inkişafının ən parlaq nümunələrindən biri, bəlkə də birincisidir. Yolların tikintisi bu gün də sürətlə davam etdirilir. Belə ki, dövlətimizin başçısı və birinci xanım səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olublar.
Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən bu yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsi altı, qalan 46,6 kilometrlik hissəsi isə dörd hərəkət zolaqlı olacaq. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur. Digər iki tuneldə isə qazma işləri davam etdirilir. Həmçinin bu yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır.
Qeyd edək ki, hazırda yolun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra edilir. Yolun genişləndirilərək profilə salınması, birinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası və paralel olaraq asfalt örtüyünün salınması həyata keçirilir. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Horadiz-Ağbənd dəmir yolu xəttinin yeni stansiyası
Üçtərəfli bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında maneəsiz kommunikasiya əlaqələsinin yaradılmasını özündə ehtiva edən müddəa da var. Azərbaycan üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Hazırda bəhs olunan kommunikasiya xətlərinin Azərbaycan seqmentlərində işlər sürətlə davam etdirilir. Xatırlatmaq yerinə düşər ki, ötən ilin fevral ayında Prezident İlham Əliyev Horadiz-Ağdam dəmir yolu xəttinin təməlini qoyub.
İki gün öncə isə dövlətimizin başçısı və birinci xanım Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.
Təkxətli dəmir yolunun uzunluğu 110,4 kilometrdir. Layihəyə əsasən yol boyunca 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 tunelin, 41 körpünün, 7 yolötürücünün, 300-ə yaxın süni mühəndis qurğusunun, rabitə və işarəvermə sisteminin, elektrik təsərrüfatının tikintisi planlaşdırılır. Yol boyunca 85 kilometr ərazi minalardan təmizlənib və proses davam edir. Dəmir yolu xəttinin yan yollarla birlikdə 60 kilometrlik hissəsi tamamlanıb. Bu məsafədə yük qatarları hərəkət edir. Tikinti işləri Türkiyənin “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkəti tərəfindən həyata keçirilir. Bildirildi ki, stansiyada sərnişinlər üçün gözləmə zalı, rabitə, işarəvermə və digər xidməti otaqlar yaradılacaq.
Layihənin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Azərbaycan Prezidentinin sərəncamları ilə yolun inşasına 312 milyon 700 min manat vəsait ayrılıb.
Qarabağın növbəti hava qapısı
Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad edilmiş ərazilərdə 3 hava limanının inşası nəzərdə tutulub. Onlardan biri ötən il təhvil verilən Füzuli Beynəlxalq Hava Limanıdır. Digəri isə Laçın rayonunun ərazisində inşa olunur.
May ayının 26-da baş tutan səfər çərçivəsində isə dövlətimizin başçısı və birinci xanım Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya hava limanında görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, perronda torpaq işləri tamamlanıb, uçuş-enmə zolağında asfalt-beton işləri davam edir. Zolağın uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək.
Aeroportun hava hərəkəti qülləsinin tikintisinin iyulda tamamlanması planlaşdırılır. Avqustun sonunda isə terminal binasında işlərin başa çatdırılması nəzərdə tutulur. Beynəlxalq standartlara uyğun inşa edilən terminal binası saatda 200 sərnişinə xidmət edəcək. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılacaq. Avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib.
Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Eyni zamanda, bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika habına çevriləcəyi günü yaxınlaşdırmaqdadır.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31

