“Kredit” toru
09.06.2022 [10:28]
Banklar istehlak kreditlərini hansı faizlərlə təklif edir?
MÜBARİZ
Kiçik bir araşdırma aparmaq kifayətdir ki, Azərbaycan üzrə bankların əsas fəaliyyət istiqamətləri barədə konkret təsəvvür yaransın. Dünyanın əksər inkişaf etmiş ölkələrində banklar iqtisadiyyatın maliyyə yükünü öz üzərilərinə götürür və gəlirlərini əsasən real sektora yönəltdikləri investisiyaların faizləri hesabına formalaşdırır. Beləliklə, həm milli iqtisadiyyatlar maliyyə mənbələrinə çıxış imkanları qazanır, həm də bankların özləri inkişaf edir. Respublikamızda isə bankların fəaliyyəti tamam fərqli rak?rsdan diqqət çəkir. Ölkədə banklar real sektorun maliyyələşdirilməsindən daha çox istehlak kreditlərinin verilməsinə meyillənir.
Demək olar ki, hər addımbaşı müştərilərə istehlak kreditləri təklif olunur. Şərtlər cəlbedici görünür və insanlar yenidən sürətlə borclanmaya gedirlər. Bu, ölkə üzrə verilən istehlak kreditlərinin həcmində də özünü göstərir. Belə ki, bu ilin yanvar-aprel ayları üzrə verilən istehlak kreditlərinin həcmi 8,8% artaraq 4,9 milyard manata çatıb. Azərbaycan Mərkəzi Bankının hesabatına görə, ümumi kredit portfelinin artımının 35%-i istehlak kreditləri ilə bağlıdır. Bütün bunlar ondan xəbər verir ki, hazırda respublikada istehlak kreditlərinə maraq böyükdür və banklar da artan tələbi məmnuniyyətlə qarşılayır.
Reklam çarxlarında ayrı-ayrı bankların kredit təklifləri təmtəraqlı sözlərlə bəzədilsə də, reallıq tamam fərqlidir. Belə görünür ki, təmtəraqlı təkliflər yalnız müştəriləri bankların, necə deyərlər, kredit toruna salmaq üçündür, sonradan isə onlar bu tordan qurtulmaqdan ötrü min bir əziyyətə qatlaşmaq məcburiyyətində qalırlar.
Bəs banklar istehlak kreditlərini müştərilərə hansı faizlərlə təklif edirlər? Bankların açıqladığı məlumatlara əsasən, ən aşağı tarif 12%-ə bərabərdir. Komissiya xərclərini nəzərə alsaq, hazırda ən aşağı tarifi “Xalq Bank” tətbiq edir -12,7%. Amma bu, yalnız əmək haqqı kartı “Xalq Bank”dan olan müştərilərə aiddir. “Rabitəbank” komissiya ilə birgə istehlak kreditini bir il müddətinə 13%-lə, “Azər-Türk Bank” 13,5%-lə təklif edir. “Yelo Bank” isə istehlak kreditləri üzrə tarifi 12% göstərsə də, 2%-dək komissiya tətbiq edir. Bir il müddətinə ən yüksək faizlə istehlak kreditini “Premium Bank” təklif edir - komissiya daxil 26%. “PAŞA Bank”dan isə tətbiq edilən tarif 25%-dir. Bundan əlavə, fərdi qaydada da komissiya müəyyən edilir.
Ölkə üzrə ən aşağı kredit məbləği 200 manatdan (“Rabitəbank”) başlayır. Ən yüksək məbləğdə istehlak kreditini isə “Ziraat Bank” təklif edir - 250 min manat. “Günay Bank” istehlak kreditini yalnız əmək haqqını həmin bankdan alan müştərilərə, “PAŞA Bank” isə yalnız əmək haqqı kartı olanlara verir. “Yapı Kredi Bank” əmək haqqı 250 manatdan, “Access Bank” və “Yelo Bank” 350 manatdan yuxarı olanlara kredit ayırır. “Bank Melli İran” istehlak kreditini dövlət işçilərinə 17%-lə, digər sahədə çalışanlara isə 19%-lə təklif edir.
Qeyd edək ki, Azərbaycan bankları arasında yalnız “Muğan Bank” ötən ildən etibarən istehlak kreditlərinin verilməsini dayandırıb. Pakistan Milli Bankının Bakı filialı isə bağlanmaq üzrə olduğu üçün bütün əməliyyatları dayandırıb.
İnvestisiya qoyuluşunda bankların rolu artmalıdır
Ekspertlər ölkə banklarının öz fəaliyyətlərində istehlak kreditlərinin verilməsini önə çəkmələrini yanlış maliyyə siyasəti kimi səciyyələndirirlər. Bununla bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən iqtisadçı ekspert Saleh Məmmədov dünyanın ən böyük 100 bankının siyahısının açıqlandığını bildirib. Yüzlükdə yer alan birinci bankın aktivləri 4,3 trilyon, 100-cü bankın aktivləri isə 294 milyard dollara bərabərdir. Təəssüf doğuran haldır ki, Azərbaycanın hər hansı bir bankı bu siyahıda yer almır. “Yüzlükdə yer alan bankların toplam aktivləri 80 trilyon dollardan çoxdur. Əgər bu bankların aktivlərinin cəmi 0,1%-i ölkəmizdə yerləşdirilsə idi, 130 milyard manat əlavə investisiya mənbəyi yarana bilərdi və faizlər 1%-in altına düşərdi. Hazırda bütün Azərbaycan banklarının ümumi aktivləri 19 milyard dolları ötmür, 100-lüyə düşmək üçün isə ən azı 300 milyard dollar aktivlərə sahib olmaq lazımdır. Azərbaycan kimi orta ölkələr içərisində İsveç, Norveç, Luksemburq, Sinqapur və s. 100-lükdə yerləşən banklara sahibdirlər. Top dünya yüzlüyündə bir Azərbaycan bankının olması ölkəyə ən azı 500 milyard manat əlavə kapitalın-investisiyanın yerləşdirilməsi demək olardı”, - deyə ekspert vurğulayıb. Saleh Məmmədovun sözlərinə görə, bankların əsas vəzifəsi kassa-hesablaşma əməliyyatları, istehlak kreditlərinin verilməsi deyil, investisiya mənbələrini toplayıb onları aktiv hala gətirmək, yəni maliyyə aktivlərinə çevirməkdır. “Hər bir ölkədə investisiyaların 70-80%-i kreditlər hesabına maliyyələşdirilir. Bu gün respublikamızda əsas fondlara yönəldilən investisiyaların həcmi 16 milyard manat təşkil edir, kreditlərin həcmi isə cəmi 17 milyard manatdır. Hətta burada da bankların payı kiçik rəqəmlərlə ölçülür. Ölkə üzrə investisiyaların əsas hissəsi büdcə və ya valyuta ehtiyatları hesabına maliyyələşdirilir. Biz real sektorun investisiya təminatında bankların rolunun artırılması barədə düşünməliyik və bu məqsədlə konkret addımlar atılmalıdır”, - deyə ekspert əlavə edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

