Vətən müharibəsindən sonra...
15.06.2022 [10:18]
3500 şəhid ailəsi və müharibə əlilləri mənzil və fərdi evlərlə təmin edilib
Mübariz ABDULLAYEV
Canlarını Vətən uğrunda fəda etmiş şəhidlərin ailələrinə və müharibə əlillərinə cəmiyyətdə böyük hörmət bəslənilir. Qəhrəman hərbiçilərimizin Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə göstərdikləri misilsiz fədəkarlıqlar hər yerdə hər zaman minnətdarlıq hissi ilə xatırlanır. Eyni zamanda, şəhid ailələrinə və müharibə əlillərinə hərtərəfli qayğı və diqqət göstərilməsi Azərbaycan dövlətinin davamlı səciyyə daşıyan dərinməzmunlu sosial siyasətində xüsusi yer tutur. Prezident İlham Əliyev bu istiqamətdə ölkəmizdə aparılan siyasətin özəlliyinə diqqət çəkərək vurğulayıb: “Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir”.
Şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması
Azərbaycanın şəhid ailələrinə və qazilərə qayğı siyasətinin mühüm bir istiqamətini onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması təşkil edir. Respublikamız dünya üzrə müharibədə həlak olan hərbiçilərin ailələrini və qaziləri dövlət vəsaiti ilə tikilən mənzillərlə təmin edən azsaylı ölkələr sırasında yer alır. Respublikamızda şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması proqramı uğurla həyata keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin də mənzil və ya fərdi evlərlə təminatını nəzərdə tutur.
Müvafiq proqrama uyğun olaraq ölkəmizdə 2025-ci ilədək 11 min şəhid ailəsinin və qazinin mənzillərlə təmin edilməsi nəzərdə tutulub. 2021-ci ildə 3 min, 44 günlük Vətən müharibəsindən sonra isə 3500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin edilib. Bu barədə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib və keçən il 3 min mənzilin bu kateqoriyalardan olan şəxslərə verilməsi proqramı icra olunub. Ümumilikdə isə indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 12500-dən çox şəhid ailəsi və müharibə əlilinə mənzil və ya fərdi ev verilib.
Qeyd etdiyimiz kimi, respublikamızda şəhid ailələrinin və qazilərin mənzillərlə və fərdi evlərlə təminatı proqramının əhatə dairəsi getdikcə genişləndirilir. Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixdə imzaladığı növbəti Sərəncama əsasən Vətən müharibəsi Qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir.
Şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin və fərdi evlərin verilməsi 2022-ci ildə də intensiv şəkildə davam etdirilir. Cari ilin əvvəlindən bəri sosial cəhətdən həssas qruplardan olan ailələrə 500-dən çox mənzil verilib. 2022-ci ilin sonunadək isə ümumilikdə 1500 mənzil və fərdi evin müvafiq kateqoriyadan olan ailələrə və qazilərə verilməsi nəzərdə tutulub.
Respublikamızda müharibə əlillərinin avtomobillə təmin olunması da ənənə halını alıb. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili avtomobillə təmin edilib. Cari ilin əvvəlindən bəri müharibə əlillərinə 50, 44 günlük Vətən müharibəsindən sonra isə ümumilikdə 200 avtomobil verilib.
Sosial reabilitasiya tədbirləri
Şəhid ailələrinin üzvləri və qazilər üçün nəzərdə tutulan sosial-reabilitasiya tədbirlərinin də əhatə dairəsi kifayət qədər genişdir. Postmüharibə dövründə 450-dən çox şəhid ailəsi və müharibə əlilinə sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayış verilib, 41 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb olunub, 60 qazi üçün motivasiya düşərgələri təşkil olunub. Həmçinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində qazilər tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də digər sosial reabilitasiya xidmətlərinə cəlb ediliblər.
93 min şəxsə 104 min sosial ödəniş
“44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvlərinin, müharibədə yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərin sosial ödənişlərlə təminatı istiqamətində müharibədən sonra elə ilk günlərdən müvafiq işlərə başlanıb”. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələri və qazilərin sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların sosial ödənişlərlə təminatı da əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Müharibədən sonra bununla bağlı xüsusi işçi qrup yaradılıb, şəhidlərin ailələri ziyarət edilib, onlara sosial təminat hüquqlarına dair məlumatlar verilib. Şəhid ailələrinin üzvlərinə, Vətən müharibəsində yaralanmış və müalicə bitdikdən sonra əlillik təyin edilmiş hərbi qulluqçulara onların müraciətinə, zəruri sənədləri təqdim etmələrinə ehtiyac olmadan e-sistem üzərindən proaktiv qaydada sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunub.
“Müharibə veteranı” adı verilmiş şəxslərə də 2022-ci ilin əvvəlindən Prezidentin aylıq təqaüdünün təyinatı prosesi proaktiv qaydada həyata keçirilərək yekunlaşdırılıb. Beləliklə, postmüharibə dövründə şəhid ailələrinin üzvləri və qazilərdən ibarət 93 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb.
Qurum rəsmisinin bildirdiyinə görə, 2021-ci ilin əvvəlindən şəhid ailələri və müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən müavinətlər, o cümlədən əlilliyə görə müavinətlər orta hesabla 60% artırılıb. Postmüharibə dövründə Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü, Vətən müharibəsinin veteranlarına Prezidentin aylıq təqaüdü təsis olunub. H.Məmişov son 4 ildə köklü sosial islahatlar çərçivəsində şəhid ailələri və müharibə əlillərinin sosial ödənişlərində də ciddi artımlar olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

