Qlobal inflyasiya: Səbəblər və gözləntilər
25.06.2022 [10:16]
Mübariz ABDULLAYEV
Son illərdə bütün dünya üzrə inflyasiya artımı bir növ dönməz hal alıb. Proses həm ərzaq, həm də qeyri-ərzaq məhsulları üzrə müşahidə edilməkdədir. Mal və xidmətlərin sürətlə bahalaşması ciddi narahatlıqlar yaradır və əksər ölkələrdə problemlərlə müşayiət olunur. Onu da qeyd edək ki, 2021-ci ilin ortalarından inflyasiya yüksəlməyə başlayanda buna ilkin olaraq təklifin qlobal daralmasından yaranan keçici qiymət artımı kimi baxılırdı. Lakin getdikcə vəziyyət dəyişdi və hazırda inflyasiya qlobal səviyyədə daha yüksək və qalıcıdır.
Ertələnmiş tələb və gecikən təklif
Bəs qiymətlərin artmasına, cilovlanması hələlik mümkün olmayan inflyasiyanın baş verməsinə səbəb nədir? Mərkəzi Bankdan “Yeni Azərbaycan”a daxil olan məlumatda indi hamını narahat edən bu suala aydınlıq gətirilir. “Yekdil yanaşma ondan ibarətdir ki, qlobal səviyyədə yüksək inflyasiya əsasən təklifin bərpa olunan tələbə adekvat reaksiya verə bilməməsinin nəticəsidir. Buna səbəb olan bir neçə vacib amili qeyd edə bilərik”. Bu fikirləri “Qlobal inflyasiya prosesləri, əsas səbəblər və gözləntilər” mövzusuna dair sualları cavablandıran Mərkəzi Bankın Pul siyasəti departamentinin direktor müavini Elçin Güləliyev ifadə edib. Mərkəzi Bankın rəsmisi, ilk növbədə, təchizat zəncirindəki problemlərə diqqət çəkib. “Pandemiyadan sonra bir çox məhdudiyyətlərin aradan qaldırılması nəticəsində iqtisadiyyatın bərpası, son istehlak mallarına və aralıq məhsullara tələbin artımı, stokların artırılması və s. təczihat zəncirindəki qırılmalar səbəbindən müxtəlif tədarük problemlərinə və gecikmələrə səbəb olub. İstehlakçıların alışlarında əhəmiyyətli dəyişiklik baş verdi və qeyri-ərzaq məhsullarına, xidmətlərə olan ertələnmiş tələb istehlakı xeyli artırdı. Bu halda istehsalçıların artan xərcləri qiymətlərə ötürüldü.
İkincisi, dünyanın aparıcı iqtisadiyyatlarında irihəcmli fiskal stimul və post-pandemiya mərhələsində istehlakın artması. Pandemiya ilə mübarizə aparmaq üçün dünya miqyasında əsasən inkişaf etmiş ölkələrdə təxminən 16.9 trilyon dollarlıq fiskal tədbirlər həyata keçirilib. Təkcə Birləşmiş Ştatlarda 1.9 trilyon fiskal stimul proqramı reallaşdırılıb (Amerika Qurtuluş Planı). Böyük fiskal stimul proqramlarının yumşaq monetar siyasət ilə kombinasiyasının yüksək və davamlı inflyasiyaya səbəb olacağı barədə ekspertlər də xəbərdarlıq edirdilər.
Üçüncüsü, bərpa nəticəsində enerji məhsullarına tələbin artması və əmək bazarında bərpa prosesləri. Gözlənildiyi kimi pandemiyadan sonra istehsalın bərpası enerji məhsullarına da tələbi artırdı. Bu da stokların azalmasına və qiymətlərin yuxarıya doğru hərəkətinə səbəb oldu. Eyni zamanda, işsizlik hələ də pandemiyadan əvvəlki səviyyədən yuxarıda olsa da, bir çox ölkələrdə əmək bazarında iştirak səviyyəsinin sürətlə bərpası inkişaf etmiş ölkələrdə istehlakın artması ilə nəticələnib.
Dördüncüsü, geosiyasi gərginliyin pik həddə çatması, xüsusən də regionda müharibə nəticəsində enerji və ərzaq tədarükündə çətinliklər, qarşılıqlı sanksiyalar enerji və ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxartdı ki, bu da istər-istəməz qlobal miqyasda inflyasiyanı daha da sürətləndirib”.
Müharibənin gətirdiyi ərzaq inflyasiyası
Dünyada artan ərzaq inflyasiyası xüsusi narahatlıq doğurur. Çünki bu, insanların həyatı ilə bilavasitə bağlı olan bir məsələdir. Ekspertlər o qənaəti ifadə edirlər ki, ərzaq inflyasiyasının təsirləri inkişaf etmiş ölkələrdə (İEÖ) və inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) fərqli şəkildə müşahidə edilir. Elçin Güləliyevin bildirdiyinə görə, burada da pandemiya zamanı təxirə salınmış tələbin rolu olsa da, proses daha çox Rusiya-Ukrayna müharibəsi səbəbindən gərginliyin artması ilə bağlıdır. Bu xüsusda fikirlərini bölüşən Mərkəzi Bankın rəsmisi deyib: “Müharibə tərəfi olan Rusiya ən böyük neft və qaz tədarükçülərindən biri olduğuna görə yanacaq məhsullarının qiyməti qlobal miqyasda yüksəldi və bu, daha çox yanacaq idxal edən inkişaf etmiş ölkələrdə inflyasiyanı yüksəltdi. Həm Rusiya, həm də Ukrayna, eyni zamanda, dünya üzrə əsas ərzaq ixracatçılarıdır. Bu səbəblə müharibədən və sanksiyalardan yaranan tədarük zəncirinin qırılması halları qlobal ərzaq qiymətlərinin bir az da bahalaşması ilə nəticələndi. Məlumat üçün qeyd edək ki, Ukrayna və Rusiyanın dünya buğda ixracında payı 30 faizdir. Buna görə də hazırda buğdanın qiyməti rekord həddə çatıb. Bundan əlavə, region üzrə logistika xətlərinin qırılması digər məhsulların da tədarükündə problemlərə və dolayısıyla bahalaşmaya səbəb olub”.
Ərzaq və enerjinin istehlakında daha çox paya malik olan aşağı gəlirli ölkələr və inkişaf etməkdə olan bazarlar üçün təsir, çox güman ki, daha böyük və uzunmüddətli ola bilər. Aşağı gəlirli ölkələrdəki insanlar yüksək qiymətlərə daha çox həssasdırlar, çünki bu qəbildən olan ölkələrdə ərzaq istehlakın orta hesabla 44%-ni təşkil edir. İnkişaf etmiş iqtisadiyyatlarda isə bu göstərici cəmi 16 faizdir. Kəskin artan neft və qaz qiymətləri həm yanacaq, həm də mineral gübrələrin qiymətlərini artıraraq kənd təsərrüfatı və təzə ərzaq istehsalını da bahalaşdırır”.
Sərt pul siyasəti
Hazırda dünya üzrə ölkələr getdikcə artan inflyasiyanı müəyyən qədər cilovlamaq üçün sərt pul siyasətinə keçid edir. Buna nümunə olaraq, cəmi bir neçə gün bundan əvvəl ABŞ-da FED növbəti dəfə dolların faiz dərəcəsini artırdı. Bəs pul siyasətinin sərtləşdirilməsi, yəni faizlərin artırılması inflyasiyaya nə dərəcədə azaldıcı təsir göstərə biləcək? Sualın cavabı olaraq Mərkəzi Bankın rəsmisi vurğulayıb: “İnflyasiyanın azaldılmasına yönəlmiş effektiv dezinflyasiya siyasəti inflyasiyanın səbəblərindən asılıdır. İqtisadiyyat həddindən artıq hərarətləndikdə, mərkəzi banklar, adətən, faiz dərəcələrini artırmaqla məcmu tələbi cilovlayan daralma siyasəti həyata keçirə bilər. Bəzi mərkəzi banklar məzənnəni sabit saxlayıb monetar intizam tətbiq etməklə inflyasiyanın idxalını bir qədər neytrallaşdırmq yolunu seçmişlər. Bununla belə, inflyasiya daxili proseslərdən daha çox qlobal mühitdən irəli gəldiyi üçün əlavə dəstəkləyici tədbirlərin effekti artır”.
Elçin Güləliyevin sözlərinə görə, mərkəzi banklar inflyasiyanın azaldılması vasitəsi kimi inflyasiya gözləntilərinə təsir etmək imkanlarına getdikcə daha çox etibar edir. Siyasətçilər inflyasiyanı aşağı salmaq üçün faizləri yüksəltməklə iqtisadi fəallığı müvəqqəti olaraq aşağı saxlamaq niyyətlərini bildirirlər. Sorğu aparılmış 134 ölkənin yarısından çoxu yüksək enerji və ərzaq qiymətlərinə cavab olaraq ən azı bir siyasət tədbiri elan edib. Mərkəzi Bankın rəsmisi vurğulayıb ki, inflyasiyanın təklif xarakteri daşıdığını nəzərə aldıqda, burada yalnız pul siyasəti tədbirləri kifayət etməyə bilər. “Buna görə də fərdi qaydada ölkə şərtlərinə uyğunlaşdırılmış bəzi çevik fiskal tədbirlər də tövsiyə edilir. Məsələn, inflyasiya təzyiqlərinin artdığı, yüksək dövlət borcuna malik inkişaf etməkdə olan və aşağı gəlirli ölkələrdə hökumətlər fiskal siyasəti normallaşdırmağa başlamalıdırlar.
Hökumətlərin beynəlxalq əmtəə qiymətlərindəki artıma reaksiyaları ən həssas təbəqənin qorunmasına üstünlük verməlidir. Burada kritik məqsəd sosial rifahı qoruyaraq ərzaq böhranının qarşısını almaqdır. İnkişaf etmiş sosial təhlükəsizlik şəbəkələrinə malik olan ölkələr daxili qiymətlərin qalxmasına imkan verməməklə yanaşı, həssas qruplara ünvanlı və müvəqqəti sosial yardım tətbiq etməlidir”, - deyə Elçin Güləliyev bildirib.
Ortamüddətli dövr üçün proqnozlar
Dünyadakı yüksək qeyri-müəyyənlik şəraitində beynəlxalq təşkilatlar özlərinin ortamüddətli dövr üzrə inflyasiya proqnozlarını açıqlayırlar. Verilən proqnozlara əsasən, qarşıdakı ortamüddətli dövrdə yeni risklərin ortaya çıxma ehtimalları istisna edilmir. Bu xüsusda fikirlərini ifadə edən Elçin Güləliyev vurğulayıb: “Cari inflyasiyanın davametmə müddəti əmək bazarının bərpası, təchizat zəncirindəki maneələr, mərkəzi bankların reaksiyası, geosiyasi gərginliyin davametmə müddəti və onun enerji və ərzaq qiymətlərinə, eləcə də qlobal iqtisadi aktivliyə təsirindən asılı olacaqdır.
BVF-nın aprel hesabatının proqnozlarına görə, 2022-ci ilin sonuna qlobal inflyas?ya 7.4%, o cümlədən İEÖ-də 5.7, İEOÖ-də isə 8.7% səviyyəsində gözlənilir. 2023-cü ildə İEÖ-də inflyasiya proqnozu azaldılsa da, İEOÖ üzrə daha qalıcı və yüksək olacağı proqnozlaşdırılır. Habelə ərzaq inflyasiyasının ilin sonuna qədər yüksək qalacağı - təxminən 14% ətrafında olacağı gözlənilir.
Mütəxəssislərin gözləntiləri inflyasiyanın 2024-cü ildən sonra normallaşma trayektoriyasına qayıdacağını deməyə əsas verir. Geoiqtisadi və geosiyasi gərginliyin azalması daxil olmaqla, qlobal tələb-təklifin balanslaşması, tədarük və logistika kanallarının bərpası, eyni zamanda, yüksək baza effekti buna imkan verə bilər.
Ortamüddətli dövrdə ölkələr üçün əsas siyasət prioritetləri inflyasiya ilə mübarizə, iqtisadi aktivliyi qorumaq, ərzaq təchizatını gücləndirmək, dayanıqlı məşğulluğu təmin etməkdir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42

