Rəşt-Astara dəmir yolunun inşası tamamlanarsa...
03.09.2022 [10:26]
Şimaldan Cənuba yüklər Azərbaycan üzərindən asan, tez və ucuz daşınacaq
MÜBARİZ
Qonşu İranın ərazisində Şimal-Cənub Dəhlizinin tərkib hissəsi kimi müəyyənləşdirilən Rəşt-Astara (İran) dəmir yolu xəttinin inşası ilə bağlı müzakirələr bir neçə il bundan əvvəl başlasa da, indiyədək layihənin icrası mümkün olmayıb. Əslində, bəhs olunan infrastrukturun qurulmasına hər hansı bir siyasi maneə yoxdur. Hər üç qonşu dövlət-İran, Azərbaycan və Rusiya dəmir yolu xəttinin inşasında maraqlı olduqlarını bəyan ediblər. Hətta Azərbaycan layihənin maliyyələşdirilməsinə 500 milyon dollar həcmində kredit ayırmaq imkanlarını da təqdim edib. Bununla belə, indiyədək yolun çəkilməsi təmin olunmayıb.
Daş yerindən tərpənib
Son vaxtlarda isə Rəşt-Astara dəmir yolu xəttinin inşasının tamamlanmasının zəruriliyi yenidən gündəmə gəlib. Bu, regionda artan geosiyasi gərginliklər fonunda baş verir. Rusiya-Ukrayna müharibəsi bir növ tranzit daşımalarına yeni baxış formalaşdırıb. İndiki şəraitdə yükdaşıma şirkətləri üçün xərclərin optimallaşdırılması, yollarda zaman itkisinin azaldılması, tranzit marşrutları üzərində yerləşən ölkələrin fəaliyyətlərinin uzlaşdırılması, təhlükəsizlik kimi məsələlərin aktuallığı artıb. Eyni zamanda, bəlli səbəblərə görə Qara dəniz limanlarının, Rusiyadan keçən bəzi marşrutların funksionallığının məhdudlaşması şirkətləri alternativ dəhlizlərə üz tutmaq məcburiyyəti ilə üz-üzə qoyub. Bu kimi reallıqlar fonunda indiyədək qismən fəaliyyət göstərən Şimal-Cənub Dəhlizinə maraq artıb.
Belə görünür ki, Şimal-Cənub Dəhlizinə artan maraq fonunda daş yerindən tərpənib. “Tezliklə İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub Dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikilməsi ilə bağlı üçtərəfli saziş imzalanacaq”. Bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə deyib.
Ş.Əfəndizadənin sözlərinə görə, üç ölkə rəsmilərinin iştirakı ilə Azərbaycanda keçiriləcək iclasda bu dəmir yolunun tikilməsi ilə əlaqədar investisiya haqda müzakirələr aparılacaq. Əfəndizadə əlavə edib ki, İran hökuməti Şimal-Cənub Dəhlizinin İran hissəsini aktivləşdirib. Bu dəhlizdə dəmir yolu tikilməyən yeganə hissə İranın Rəşt-Astara ərazisidir. Nazir müavini bildirib ki, İran Çin və Rusiya ilə ticarət və tranzitini artırmaq niyyətindədir. Bu baxımdan Şimal-Cənub Dəhlizi ölkə üçün böyük əhəmiyyət kəsb edir. “İran gələn ildən İran və Rusiya arasında 30 milyon ton məhsulun tranzit olunmasını məqsəd götürüb. Bu məqsədə çatmaq istiqamətində addımlar atılır”,- deyə o qeyd edib.
Şimal-Cənub Dəhlizinin üstünlükləri
Müqayisələr apardıqda bəlli olur ki, Şimal-Cənub Dəhlizinin daşıma şirkətləri üçün üstünlükləri kifayət qədər çoxdur. Şimal-Cənub Dəhlizi təhlükəsizlik, məsafənin qısalığı, zaman itkisinin az olması, marşrutda yer alan ölkələrin koordinasiyalı fəaliyyəti, bütün dəhliz boyunca eyni optimal tariflər kimi çoxsaylı aktual məsələlərin bir məkanda həlli anlamına gəlir. Bu dəhliz yüklərin Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya daha qısa müddətə çatdırmağa imkan verir. Əgər sözügedən marşrut üzrə indiyədək yüklərin daşınması 6-7 həftəyə başa gəlirdisə, Şimal-Cənub Dəhlizi bu müddəti yarıyadək azaltmağa imkan verir. Bəhs olunan nəqliyyat dəhlizinin uzunluğu 7200 kilometrdir. İlkin qiymətləndirilmələrə görə hər 15 ton yükün bütün xətt boyunca daşınması zamanı yük sahibləri 2500 dollar qənaət etmək imkanı qazanırlar. Bütün bu amillər də beynəlxalq səviyyədə Şimal-Cənub marşrutuna marağın artmasını şərtləndirir.
Xatırladaq ki, Şimal-Cənub Dəhlizinin təməli 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə - Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə və Ukrayna sözügedən Sazişi ratifikasiya ediblər.
Azərbaycanın Şimal-Cənub Dəhlizinə töhfələri
Özünün yol-nəqliyyat infrastrukturunu yüksək səviyyəyə qaldırmağı və Avrasiyada önəmli nəqliyyat habına çevrilməyi hədəfləyən Azərbaycan Şimal-Cənub Dəhlizinin formalaşmasında fəal iştirak edir. Prezident İlham Əliyev “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” 7 dekabr 2015-ci il tarixində ayrıca Sərəncam imzalayıb. İndiyədək bəhs olunan Sərəncamın icrası çərçivəsində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xəttinin birləşdir?lməsi məqsədilə ölkəmizin ərazisində Astaraçay üzərindəki körpüyə qədər 8,3 km yeni xətt çəkilib. Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub, Astaraçay üzərində dəmiryol körpüsündən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 km uzunluğunda yol çəkilib. Azərbaycan tərəfi Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisini və yüklərin boşaldılması üçün terminalların inşasını öz üzərinə götürüb. Eyni zamanda, 28 mart 2018-ci il tarixində İran İslam Respublikası Prezidentinin Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş” imzalanıb. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yükdaşıma həcmi, birinci mərhələdə - 3 milyon ton, ikinci mərhələdə - 5-8 milyon ton, üçüncü mərhələdə - 15 milyon ton təşkil edəcək. Ehtiyac yaranacağı təqdirdə, mövcud infrastrukturun genişləndirilməsi imkanları da mövcuddur.
Hazırda Azərbaycan ərazisində dəhlizin dəmir yolu seqmenti tam işlək vəziyyətdədir. Rusiyadan daxil olan və əks istiqamətə daşınan yükləri dəmir yolu vasitəsilə qəbul edib yola salmaq üçün bütün şərtlər təmin olunub. Eyni zamanda, Azərbaycan perspektivdə tranzit yüklərinin həcminin artması ehtimalını nəzərə almaqla avtomobil yolu seqmenti üzrə də yeni layihələrin icrasını sürətləndirib. Hazırda Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Şimal-Cənub Dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisi sürətlə və keyfiyyətlə davam etdirilir. AAYDA-dan “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, magistral yol layihəsinin tikintisi 5 hissə üzrə həyata keçirilir. Magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri sona çatdırılıb. Layihə üzrə 4 körpü və yol ötürücüsü, 5 yolaltı keçid, kommunikasiya xətləri üzərində 2 yükqəbuledici qurğu, 46 müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında 31 min p/m beton baryerlərin tikintisi aparılıb. Yeni magistral yolda aparılan işlər çərçivəsində 23.5 km-lik 2-ci hissə üzrə yol yatağının, 5 avtomobil tunelinin, 3 yolaltı keçidin, 36 suötürücü düzbucaqlı və dairəvi borunun tikintisi artıq yekunlaşdırılıb. Hazırda yol əsasının inşası, yol əsası hazır olan ərazilərə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bu hissə üzrə 17 km ərazidə asfalt-beton örtüyü döşənir. 20 km-lik 3-cü hissə üzrə 1 yol ötürücüsü, 8 yola?tı keçidin tikintisi davam edir, 55 suötürücü borunun inşası sona çatdırılıb. Layihə üzrə nəzərdə tutulan 2 körpünün tikintisi isə son mərhələdə olmaqla aparılır. Bu hissə üzrə artıq torpaq yatağının tikintisi də yekunlaşıb. Hazırda yol əsasının inşası işləri icra olunur, yol əsası hazır olan 8 km-lik hissədə 2 qat olmaqla asfaltanma işləri və yolun bu hissəsində ehtiyat futlyarlarının quraşdırılması işləri də sona çatmaq üzrədir. 18.7 km-lik 4-cü hissə üzrə yol yatağı, yol əsası, 7 körpü və 4 yolaltı keçidin inşası davam edir, 7 km-lik hissədə yol əsasının tikintisi yekunlaşıb. Layihə üzrə nəzərdə tutulan 45 suötürücü borunun quraşdırılması və 3 körpünün tikintisi də yerinə yetirilib.
Yeni magistralın 58 km-lik 5-ci hissəsi üzrə isə tikinti işləri yekunlaşmaq mərhələsindədir. Belə ki, sözügedən hissədə yol yatağı və yol əsasının, həmçinin 22 yolaltı keçid, 320 suötürücü boru, 32 körpü və yol ötürücüsünün inşası sona çatdırılıb. Hazırda yol örtüyünün aşınma layının tikintisi, çiyinlərdə səthi qaplama işləri, əyrixətli metal brusların quraşdırılması və mühafizə zolağında çəpərlənmə işləri aparılır.
Magistral yolda hərəkətdə olan sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə yolun hər iki tərəfdən çəpərlənməsi, ödəniş sisteminin hazırlanması, turniket, kameralar və server sisteminin quraşdırılması işləri də davam etdirilir. Ümumilikdə isə yeni inşa edilən 150 km-lik magistral yolboyu 55 yol ötürücüsü və körpü, 44 yola?tı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü borunun inşası nəzərdə tutulur. Magistralın tikintisinin 2023-cü ilin əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulub.
Azərbaycanda digər dəhlizlərə asan inteqrasiya
Azərbaycan ərazisində beynəlxalq səviyyəli digər marşrutlar da fəaliyyət göstərir. Şərq-Qərb, Transxəzər dəhlizləri buna misaldır. Azərbaycan ötən dövrdə böyük həcmlərdə investisiyalar yatırmaqla bütün dəhlizlər üzrə müasir infrastruktur qurmağa nail olub. Respublikamızın üstünlüyü həm də ondadır ki, ölkə ərazisindən keçən bütün beynəlxalq dəhlizlər optimal keçidlərlə bir-birinə inteqrasiya edilib. O cümlədən də Şimal-Cənub Dəhlizi üzrə ölkə ərazisində qəbul edilən yükləri asanlıqla Şərq-Qərb və Transxəzər marşrutlarına yönəltmək mümkündür.
Perspektivdə şaxələndirmə imkanları daha da genişlənəcək. Hazırda Azərbaycan ölkənin Qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində fəal siyasət həyata keçirir. Bu marşrut Naxçıvandan keçməklə Türkiyəyə, oradan da Avropaya qədər uzanacaq. Şimal-Cənub Dəhlizinin Zəngəzur marşrutuna inteqrasiyası da nəzərdə tutulub.
Rusiya hazırdır - Rəşt-Astara (İran) dəmir yolunun inşasını tamamlamağa
Mövcud infrastruktur, konkret desək, İran ərazisində təxminən 150 kilometrlik məsafədə dəmir yolu xəttinin olmaması artan tranzit yük həcmlərini aşırmağa imkan vermir. Belə ki, Rusiyadan və Azərbaycandan dəmir yolu xətti ilə gələn yüklər İran ərazisində boşaldılaraq Rəşt-Astara (İran) arasındakı məsafədə TIR avtomobillərlə daşınır. Bu, həm daşıma xərclərini artırır, həm də zaman itkisinə səbəb olur.
İran ərazisində Rəşt-Astara dəmir yolunun inşası tamamlanarsa, bu kimi çətinliklər də aradan qalxacaq. Bəhs olunan infrastrukturun qurulması ilə Şimal-Cənub Dəhlizi tamamlanmış olacaq. Belə ki, Rəşt-Astara dəmir yolu Şimal-Cənub Dəhlizinin əsas hissəsini təşkil etməklə, Qəzvin-Rəşt dəmir yolunun davamıdır. İranın Fars körfəzi sahilindəki Bəndər Abbas və Oman dənizi sahilindəki Çabahar limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə tranzit olaraq ölkəmiz ərazisindən daşınacaq. Rusiya-Ukrayna müharibəsi fonunda şimal qonşumuz İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsinin sürətləndirilməsinə diqqəti artırıb. Digər marşrutlarla daşıma imkanları xeyli məhdudlaşan bu ölkə Şimal-Cənub Dəhlizinin İran ərazisindən keçən hissəsində dəmir yolu xəttinin inşasını öz üzərinə götürməyə hazır olduğunu bəyan edib. Bu barədə Rusiyanın dövlət başçısı Vladimir Putin İrana səfəri çərçivəsində keçirilən görüşlərdə danışıb. “Rusiya Şimal-Cənub Dəhlizinin işə salınması üçün Cənubi Qafqazda İrana gedən nəqliyyat infrastrukturunun bərpası ilə məşğul olur. Bu, İranın cənub limanlarına, oradan isə Fars körfəzinə və Hindistana gedən qısa marşrutdur. Rəşt-Astara İran ərazisində 146 kilometrlik kiçik bir hissədir. Azərbaycan bu hissənin tikintisində maraqlıdır. Bu yaxınlarda biz Xəzər Sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüşərkən bunu da müzakirə etdik. İran da bu məsələdə maraqlı olduğunu təsdiq edib. Yolun istismara verilməsi ilə Rusiyanın şimalından, Peterburqdan birbaşa Fars körfəzinə çıxacağıq. Məsələ cəmi 146 kilometrlik hissəni tikməkdədir. Rusiya tərəfi bunu etməyə hazırdır, tikinti şərtləri haqqında razılıq əldə etmək qalır”, - deyə V.Putin vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

