Taxtakörpü su anbarı olmasaydı...
28.09.2022 [10:04]
Prezidentin sərəncamı ilə tikilmiş mühüm hidrotexniki qurğunun 9 yaşı var
Yeganə BAYRAMOVA
Ölkəmizdə meliorasiya sahəsində görülən ən böyük işlərdən biri 4 su anbarının tikintisi və 3 su anbarının əsaslı təmiridir. Azərbaycanda mövcud olan ən mühüm hidrotexniki qurğulardan biri Taxtakörpü su anbarıdır. Su anbarı Bakıdan təxminən 130 kilometr məsafədə Şabran rayonu ərazisində yerləşir. Taxtakörpü ölkə başçısının sərəncamı ilə tikilmiş ən böyük su anbarıdır və olduqca böyük strateji əhəmiyyətə malikdir. Su anbarının təməlqoyma mərasimi Prezident İlham Əliyevin iştirakı ilə 2007-ci ildə həyata keçirilib, 2013-cü il sentyabrın 28-də isə istifadəyə verilib. Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva su anbarının açılışında iştirak ediblər.
Qeyd edək ki, xüsusilə yay mövsümündə Taxtakörpü su anbarına yığılan su hesabına Bakı, Sumqayıt şəhərlərinin, Abşeron yarımadası və ölkənin şimal zonasının kənd təsərrüfatı sahələrinin su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olur. Bunu Prezident İlham Əliyev də su anbarının açılışında çıxışı zamanı qeyd edib. Ölkə başçısı bildirib ki, əgər vaxtında Taxtakörpü su anbarı inşa edilməsəydi, bu gün meliorasiya sahəsində böyük problemlərimiz ola bilərdi.
Məlumat üçün bildirək ki, su anbarının ümumi su tutumu 268,4 milyon kubmetr, faydalı həcmi isə 238,4 milyon kubmetrdir. Bəndinin hündürlüyü 136,5 metr, uzunluğu 1180 metrdir. Su anbarı istifadəyə verildiyi gündən bu günə qədər anbara toplanan suyun miqdarı 3 milyard 254 milyon kubmetr olub ki, bu suyun 3 milyard 50 milyonu Ceyranbatan su anbarına nəql olunub. Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə şimal regionunda 50 min hektardan artıq ərazinin su təminatı həyata keçirilir. Bunun da 30 min hektarı yeni suvarılan torpaqlardır.
“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 2013-cü ildə istifadəyə verilən su anbarı sayəsində Sumqayıtın, Bakı və Bakıətrafı qəsəbələrin suya olan ehtiyacı daha yaxşı ödənilib. Onun sözlərinə görə, Taxtakörpü su anbarı Bakı şəhərinin içməli su təchizatında müstəsna əhəmiyyəti olan anbardır: “Məlumdur ki, əvvəllər sular Samur-Abşeron kanalı ilə Ceyranbatan gölünə gəlirdi və orada emal olunurdu. Bu suyun da həcmi məhdud olduğundan istədiyimiz qədər su əldə edə bilmirdik. Amma Taxtakörpü su anbarı, eyni zamanda Taxtakörpü-Ceyranbatan su kanalı tikiləndən sonra artıq suyun həcmi iki dəfədən çox artdı. Bununla da cənab Prezidentin tapşırığı ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin tikintisinə başlanıldı. Ölkə başçısının iştirakı ilə 2011-ci il sentyabrın 8-də bu kompleksin təməlqoyma mərasimi baş tutdu. 2015-ci il oktyabrın 28-də isə artıq istifadəyə verildi. Cənab Prezident də qeyd edib ki, Taxtakörpü su anbarı olmasaydı, Bakı şəhərində su təsisatında çox ciddi problemlər yaşana bilərdi. Ancaq Taxtakörpü su anbarı istismara veriləndən sonra kifayət qədər su ehtiyatımız var. Bu su ehtiyatlarından istifadə etməklə Bakı və Abşeron, eyni zamanda, Sumqayıt şəhərində yaşayan abonentlərimizi normal və dayanıqlı su ilə təmin edə bilirik. Məhz bunun səbəbidir ki, təkcə son 10 ildə Abşeron yarımadasında abonentlərimzin sayı 2 dəfəyə yaxın artıb, həmçinin Bakıda abonentlərin sayı 35 faizdən 81 faizə yüksəlib. Bunların hamısı Taxtakörpü su anbarının Abşeron yarımadasına içməli su ilə əlaqədar verdiyi töhfələrin nəticəsidir”.
Qurum rəsmisi qeyd edib ki, meliorasiya və su təsərrüfatı sahəsində irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinin ideya müəllifi məhz ümummilli lider Heydər Əliyev olub: “Taxtakörpü su anbarının böyük əhəmiyyəti var. Bu, həm də dövlətimizin iqtisadi gücünün, qüdrətinin göstəricisidir. Cənab Prezident İlham Əliyev də Taxtakörpü su anbarının açılış mərasimində iştirak edərkən layihənin önəmini xüsusi vurğulayıb. Digər tərəfdən nəzərə almalıyıq ki, bu, regionların inkişafı baxımından da olduqca əhəmiyyətlidir. Ölkə başçısının təşəbbüsü ilə qeyri-neft sektorunun inkişafı istiqamətində infrastrukturun gücləndirilməsi ilə bağlı əhəmiyyətli addımlar atılır. Bunun bəhrəsini də görürük. Bildiyiniz kimi, yeni mərhələdə genişmiqyaslı işlər həyata keçirilən kənd təsərrüfatından böyük gözləntilərimiz var. Məhz belə bir ərəfədə Taxtakörpü su anbarının tam həcmdə su ilə doldurulması bu regionda kənd təsərrüfatının inkişafına yeni nəfəs verir. Su anbarı və su elektrik stansiyası Azərbaycan Respublikası Dövlət Neft Fondundan ayrılan vəsait hesabına tikilib. Bu da o deməkdir ki, neft gəlirlərimiz qeyri-neft sektorunun, iqtisadiyyatın inkişafına xidmət etməkdədir”.
A.Cəbrayıllının sözlərinə görə, Taxtakörpü Azərbaycanın ən vacib hidrotexniki qurğusu hesab edilir. Məhz Taxtakörpü su anbarı ilə Bakı və Bakıətrafı qəsəbələrə yeni həyat gəlib!.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

