Manat üçün əlverişli daxili və xarici şərtlər
01.10.2022 [10:05]
Manatın kursunun sabit saxlanılması Azərbaycanın sosial siyasət konseptinə tam uyğundur
Dünya Bankı: Manatın nominal effektiv məzənnəsi 10,5 faiz artıb
MÜBARİZ
Son dövrlərdə qlobal miqyasda yaşanan hadisələr - iqtisadi böhranlar, pandemiya və hazırda davam etməkdə olan Rusiya-Ukrayna müharibəsi bütün dünyada iqtisadi aktivliyə və makroiqtisadi vəziyyətə mənfi təsirlər göstərməklə müşahidə edilməkdədir. O cümlədən də ayrı-ayrı ölkələrin milli valyutaları ciddi təzyiq altındadırlar.
Dolların uçot dərəcəsinin artırılması
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) ardıcıl olaraq bu ölkənin valyutasının-dolların uçot dərəcəsinin artırılması ilə bağlı qərarlar çıxardıb. FED-in son qərarına əsasən ABŞ dolları üzrə faiz dərəcələri 75 baza bəndi artırılaraq 2,50%-dən 3,25%-ə yüksəlib. Bu 1994-cü ildən bəri ən yüksək artımdır. Bu artım tendensiyasının gələcəkdə də davam etdiriləcəyi gözlənilir. Federal Açıq Bazar Komitəsinin (FOMC) rəsmiləri FED-in 2022-ci ilin sonuna qədər uçot dərəcəsini 4,25-4,5%-ə qədər artıracağının anonsunu veriblər.
Dolların uçot dərəcəsinin artırılmasının müxtəlif iqtisadi əsaslandırmaları verilsə də, əslində bu, bəhs olunan valyutanın bahalaşması anlamına gəlir. Nəzər alsaq ki, ABŞ dolları dönərli valyutadır və ölkələrarası ticarətdə hesablaşmaların bu valyuta ilə aparılmasına üstünlük verilir, onda hər dəfə ucot dərəcəsinin artırılmasının ölkələrin milli valyutalarına necə böyük təzyiqlər yaratdığı barədə konkret təsəvvür formalaşar. Dünya üzrə ticarət subyektləri məcburiyyət qarşısında qalaraq bahalı dollar almalı olurlar. Beləliklə, əks proses başlayır. Dollar bahalaşır, milli valyutalar dəyər itirir. Bu prosesin valyuta gəlirləri az olan ölkələr üçün daha çətin keçdiyi müşahidə edilir. Dollar qıtlığı yaşayan, valyuta tələbini qarşılaya bilməyən ölkələrin bahalı dollara daha çox milli valyuta ödəməkdən başqa çıxış yolları qalmır.
Dolların bahalaşması fonunda milli valyutaların ucuzlaşdığı ölkələrin coğrafiyası kifayət qədər genişdir. Azərbaycana qonşu olan ölkələr bu sırada yer alırlar. Çin yuanı dollar qarşısında 14 ilin ən aşağı məzənnə səviyyəsinə enib. Yaponiya valyutası son 25 ildə ən aşağı məzənnə ilə satılır. Dolların ucot dərəcəsinin artmasının mənfi təsirləri Avropa İttifaqı (Aİ) məkanından da yan ötməyib. Son günlərdə Aİ məkanının ümumi valyutası sayılan avro kəskin dəyər itirməkdədir. Funt sterlinq isə 1985-ci ildən bəri ən aşağı kursla təklif olunur. Digər səbət valyutaları üzrə də oxşar proseslər müşahidə edilməkdədir. Bütövlükdə, ABŞ dolları birjalarda son 24 ildə ən yüksək məzənnə ilə alınıb-satılır.
ABŞ-da dolların uçot dərəcəsinin artırılması ilə bağlı qərarın inflyasiyanın məhdudlaşdırılması məqsədilə qəbul olunduğu bildirilib. Ancaq hər şeydən göründüyü kimi, dolların bahalaşması dünyanın əksər ölkələrində olduğu kimi, ABŞ-ın özündə də inflyasiyaya məhdudlaşdırıcı təsir göstərmir. Verilən məlumatlara görə, ABŞ-da illik inflyasiya 8.3 faizədək yüksəlib ki, bu da son 40 ildə ən pis göstəricidir.
Manatın stabil vəziyyəti
Bir sıra yaxın-uzaq ölkələrdə milli valyutaların dəyər itirməsi fonunda Azərbaycan manatının dollara nəzərən kursu sabit olaraq qalır. FED-in son qərarından sonra da manatın ucuzlaşması prosesi müşahidə edilmir. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9,25% səviyyəsində dəyişməz saxlanılıb. Bildirilir ki, pul siyasətinə həsr olunmuş ötən toplantıdan bəri faktiki inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik olmayıb. 30.09.2022 tarixində respublikamızda 1 USD - 1.7000 AZN, 1 EUR - 1.6671AZN, 1 RUB - 0.0296 AZN, 1 TRY - 0.0917 AZN və s. nisbətində olub.
Müşahidə edilən əsas məqamlardan biri isə son vaxtlarda manatın ayrı-ayrı valyutalara nəzərən daha yüksək dəyər qazanmasıdır. Mərkəzi Bankın məlumatına əsasən, iyul və avqust aylarında bəzi tərəfdaşlarda milli valyutaların ucuzlaşması manatın nominal effektiv məzənnəsinə əlavə artırıcı təsir göstərib. Bunu, həmçinin Dünya Bankı da təsdiqləyib. Qurum bu günlərdə sentyabr ayı üzrə hesabatını yayıb. Sənəddə bildirilir ki, Azərbaycanın bəzi ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması manatın nominal effektiv məzənnəsini 10,5 faiz artırıb. Hesabatda xüsusi olaraq vurğulanıb ki, manatın məzənnəsinin sabit qalması Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını artırıb. “Neft Fondunun valyuta satışları avqust ayında iki dəfədən çox artıb, baxmayaraq ki, bir il əvvələ nisbətən 4,6 faiz azdır. AMB-nin ehtiyatları avqust ayında nominal ifadədə 1,3 faiz artaraq 7,5 milyard ABŞ dolları təşkil edib. Belə ki, valyuta tələbinin zəifləməsi ehtiyatların yığılmasına imkan verib”, - deyə Dünya Bankının hesabatında qeyd edilib.
Perspektiv üçün gözləntilər
Manatın kursunun sabit qalması milli valyutamız üçün mövcud olan əlverişli daxili və xarici amillərlə bağlıdır. Azərbaycan xarici bazarlara neft və qaz kimi strateji məhsullar çıxardır. Dollarla ticarət olunan bu məhsulların satışından ölkəmiz böyük həcmlərdə valyuta qazanır. Təsadüfi deyildir ki, Mərkəzi Bankın təşkil etdiyi valyuta satışı hərraclarında dollara tələbat tam şəkildə ödənilir. Məsələn, 29 sentyabr 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 56,6 mln. ABŞ dolları təşkil edib və bu tələb tam təmin olunub. Bundan əvvəlki hərraclarda da tələbin ödənilməsi ilə bağlı hər hansı bir narahatlıq yaşanmayıb. Ümumilikdə, cari ilin əvvəlindən bəri keçirilən hərracların 77%-də təklif tələbi üstələyib.
Mərkəzi Bank ölkəmiz üçün ötən dövrdə xarici sektor göstəricilərinin əlverişli olduğu qənaətindədir. Tədiyə balansı məlumatlarına görə 2022-ci ilin birinci yarısında cari əməliyyatlar hesabında ümumi daxili məhsulun 27,6%-i səviyyəsində profisit qeydə alınıb. Əsas ixrac məhsullarının yüksək dünya qiymətləri, qeyri-neft ixrac potensialının reallaşması, eləcə də ölkəyə daxil olan pul baratlarının artması irihəcmli cari hesabın formalaşmasına şərait yaradır. Qeyri-neft ixracı 7 ayda ötən ilin müvafiq dövrünə nəzərən 24,2% artıb. Cari hesabın başlıca komponenti olan xarici ticarət balansının profisiti 7 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə yüksəlib.
Proqnozlara görə, cari ilin yekunu ilə yanaşı, 2023-cü ildə də cari əməliyyatlar hesabı profisitli olacaq. Beynəlxalq təşkilatların proqnozlarına əsasən növbəti ildə də Azərbaycanın ixracının əsasını təşkil edən məhsulların dünya qiymətləri yüksək qalacaq.
Profisitli tədiyə balansı şəraitində 2022-ci ilin 8 ayında ölkənin strateji valyuta ehtiyatları 5,1% və ya 2,7 mlrd. ABŞ dolları artaraq 55.9 mlrd. ABŞ dollarına yüksəlib.
Bütün bu kimi göstəricilər isə perspektivdə də manatın hazırkı kursunun dəyişməz saxlanılacağına böyük ümidlər yaradır. Ümumiyyətlə, manatın məzənnəsinin Mərkəzi Bankın tənzimləmə siyasəti ilə sabit saxlanılması Azərbaycanın sosial dövlət konseptinə tam uyğundur.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12

