Uzaq Çindən Xəzər sahillərinədək...
13.10.2022 [09:56]
MÜBARİZ
Son vaxtlarda Avrasiya coğrafiyasında yaşanan gərginliklər qarşıya yeni çağırışlar çıxardıb. Yaranan yeni çağırışlar həm də nəqliyyat sektoru ilə bağlıdır ki, bu da təsadüfi deyildir. Rusiya-Ukrayna müharibəsi səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Müharibənin digər tərəfi olan Rusiyadan keçən marşrutlara təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Belə heç də adi olmayan bir şəraitdə Orta Dəhlizin cəlbediciliyi artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb.
Orta Dəhlizin şaxələndirilməsi
Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Orta Dəhlizin bir sıra önəmli üstünlüklərini sadalamaq mümkündür. İlk növbədə, bütün marşrut boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur. Bu kimi amillər, həmçinin dəhlizin keçdiyi ölkələrdə təhlükəsizliyin təmin olunması Avropada və Asiyada ölkələrin və daşıma şirkətlərinin diqqətini Orta Dəhlizə yönəldir. Bunu dəhliz üzərindən daşınan yük həcmlərinin artan statistikası da təsdiqləyir. 2022-ci ilin yanvar-iyun aylarında dəhlizlə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çox yük daşınıb. Bütövlükdə, Şimal-Qərb dəhlizinə tələbat ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən üç dəfə artıb. 2022-ci ilin sonunadək bu dəhliz vasitəsilə yük daşımalarının həcminin 6 dəfəyədək artacağı gözlənilir.
Bəhs olunan reallıqlar fonunda Orta Dəhlizin inkişaf etdirilməsinin, onun şaxələndirilməsinin, yeni qollarının yaradılmasının aktuallığı daha da artırıb. O cümlədən dəhlizin dəmir yolu seqmentinin dünyada ikinci ən böyük iqtisadiyyata malik Çinin sərhədlərinədək uzadılması layihəsinin müzakirələri intensivləşib. Qırğızıstan da hələ bir neçə il bundan əvvəl bu layihədə yer almaq istəyini ifadə etsə də, maliyyə mənbələrinin olmaması səbəbindən dəmir yolu xəttinin çəkilməsi istiqamətində real işlərə başlanılması ildən-ilə təxirə salınırdı. Dünyanı silkələyən qlobal pandemiya risklər şəraitində dəmir yolunun üstünlüklərini bir daha təsdiqlədi. Beləliklə, investorlar layihəyə marağı artırdılar. Layihə ilə bağlı təkcə cari ildə Türkiyənin, Azərbaycanın, Özbəkistanın, Gürcüstanın, Qırğızıstanın və Qazaxıstanın yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə bir neçə dəfə müzakirələr aparılıb. Orta Dəhlizin inkişaf etdirilməsinə Çinin də böyük marağı var. İqtisadiyyatı yüksək böyümə dinamikasına malik olan bu ölkə təchizat və ixrac marşrutlarının şəbəkəsinin genişləndirilməsinə çalışır.
Mütəxəssislər Orta Dəhlizin Avropa və Asiya regionu üçün önəmini yüksək dəyərləndirirlər. Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırıb, odur ki, Orta Dəhliz məsafə və müddət baxımından böyük alternativ sayılır. Fikirlərinə davam edən nazir vurğulayıb: “Anadolunun Qərbindən başlayaraq Şərqə uzanan bu yol ticarətin fərqli qitələrə, hətta dünyaya yayılmasına imkan verir. Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi və Türkiyəni seçərsə, 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edəcək. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Eyni qatar Cənub dəhlizi üzrə göndərilsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Orta Dəhliz öz imkanları ilə, şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı ilə dünya ticarətinin ən mühüm halqalarından biri olacaq. Biz Orta Dəhlizi daha da gücləndirəcəyik”.
Azərbaycanın təqdim etdiyi imkanlar
Mütəxəssislərin qənaətinə görə, 2030-cu ilədək Çindən Avropaya göndəriləcək yüklərin həcminin 300 min konteynerədək artacağı tam realdır. Bu böyük həcmdir və Orta Dəhliz üzərində yerləşən ölkələrə əlavə qazanc imkanları yaradır. Azərbaycan da Orta Dəhlizin inkişaf etdirilməsində siyasi iradə nümayiş etdirir və fəal şəkildə aparılan müzakirələrə qatılır. Orta Dəhlizin Çindən başlayan dəmir yolu seqmentinin Xəzər sahillərinədək uzanması ölkəmizin maraq dairəsindədir. Prezident İlham Əliyev bu günlərdə dost Qırğızıstana səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında layihənin önəminə diqqət çəkərək vurğulayıb: “Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Biz qardaş Qırğızıstan xalqını, eləcə də digər tərəfdaş ölkələri bu mühüm layihənin icrasına başlanması münasibətilə təbrik edirik”.
Güclü nəqliyyat-logistika infrastrukturuna, Xəzərdə ən böyük limana və daşıma donanmasına malik Azərbaycan Orta Dəhliz üzərində mühüm halqalardan birini təşkil edir. Respublikamızın ərazisindən Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq səviyyəli marşrutlar keçir. Bu, Orta Dəhlizdə Azərbaycanın önəmini artıran amillərdən biridir. Orta Dəhliz marşrutu ilə respublikamıza çatan yüklər buradan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinə inteqrasiya edilmiş yollarla daşına bilər.
Bundan başqa, Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi Şərqi Zəngəzur regionunda dəhlizin inkişaf etdirilməsi perspektivi var. Bu marşrut Naxçıvandan Türkiyəyə və oradan daha geniş coğrafiyaya uzanacaq. Yeni nəqliyyat bağlantısı Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, eləcə də Orta Dəhlizə inteqrasiya ediləcək. Beləliklə, Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta Dəhliz vasitəsilə gələn yükləri aşırmaq imkanları daha da genişlənəcək. Azərbaycanın üstünlüyünü şərtləndirən həm də o amildir ki, ölkəmizin ərazisində Orta Dəhlizin dəmir yolu seqmenti artıq qurulub. Söhbət respublikamızın moderatorluğu ilə 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən gedir. Təxminən 850 kilometr uzunluğa malik BTQ-nin 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41

