Xankəndinə Ağdamdan qaz xətti çəkiləcək
18.11.2022 [10:01]
Böyük Qayıdış qalib Azərbaycanın milli prioritetlərindən biri kimi
Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində üç onillik ərzində Ermənistanın nəzarəti altında qalan tarixi torpaqlarını işğaldan azad edən və ərazi bütövlüyünün bərpasına nail olan Azərbaycanın inkişafında yeni strateji mərhələ başlayıb. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Güclü və məsuliyyətli dövlət olan Azərbaycan işğaldan azad olunan ərazilərin bərpasına, burada başlanan quruculuq işlərinə daha geniş impuls vermək əzmindədir. Yeni strateji mərhələdə bəhs olunan ərazilərə Böyük Qayıdışın ləyaqətli şəkildə təmin olunması ölkəmizin beş mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Prezident İlham
Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” hazırlanıb. Sözügedən Dövlət Proqramı Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edən Dövlət
Proqramı
Bəhs olunan Dövlət Proqramı hazırlanarkən mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. Sənədin əhatə dairəsi kifayət qədər genişdir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb.
Bəhs olunan Dövlət Proqramı Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə təsdiqlənən iqtisadi rayonların yeni bölgüsünə uyğun olaraq yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir. İqtisadi rayonların yeni təsnifatlandırılmasına əsasən, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları, Şərqi Zəngəzur iqtisadi rayonuna isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir. Dövlət başçısının imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı Dövlət Proqramının səmərəli icrasının təmin edilməsi məqsədilə zəruri əlaqələndirmə tədbirləri görəcək.
Dövlət Proqramında qarşıya qoyulan məqsədlər aşağıdakılardır:
1. Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək;
2. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək;
3. Müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək;
4. Ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək;
5. Əhalinin məşğulluq imkanlarını artırmaq;
6. Sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı təmin etmək;
7. Dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək;
8. Sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək;
9. Ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq;
10. Dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrini tətbiq etmək;
11. Təbii ehtiyatları və sosial-iqtisadi potensialı təsərrüfat dövriyyəsinə cəlb etmək;
12. Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq;
13. Ətraf mühitin etibarlı mühafizəsini və ekoloji təhlükəsizliyi təmin etmək;
14. Təbii resurslardan səmərəli və effektiv istifadə etmək;
15. “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqini təşviq etmək.
Müasir infrastruktur təminatı
Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəm daşıyır. 2020-ci ilin noyabr ayından etibarən bəhs olunan ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanıb, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturunun formalaşdırılmasına başlanıb. İndiyədək çoxlu sayda yol-nəqliyyat infrastrukturu layihəsinin icrası yüksək səviyyədə təmin edilib. Müharibənin başa çatmasından ötən qısa müddət ərzində Füzulidə və Zəngilanda olmaqla iki beynəlxalq səviyyəli hava limanının inşasının tamamlanması son dərəcə qürurvericidir. Həmin hava limanlarında ən ağır yük və sərnişin təyyarələrinin qəbul edilməsi üçün lazımi şərait yaradılıb. Sayca üçüncü hava limanının inşası isə Laçın rayonunun ərazisində aparılır.
İşğaldan azad olunmuş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Sənəddə qeyd olunduğu kimi, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik məsələləri nəzərə alınmaqla, infrastruktur təminatının strateji hədəflərə uyğunlaşdırılması, nəqliyyat sisteminin fasiləsiz fəaliyyəti üçün yolların çəkilməsi, telekommunikasiya şəbəkələrinin qurulması, elektrik, su, istilik və qaz təchizatının təmin edilməsi Dövlət Proqramının əsas prioritet istiqamətlərindən biridir.
Dövlət Proqramı ilə müəyyənləşdirilən tədbirlər sırasında Ağdamdan Xankəndiyə qaz kəməri çəkilməsi də nəzərdə tutulub. Sənədə əsasən 2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi, onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisi planlaşdırılır. Tikinti işlərini Dövlət Neft Şirkəti (SOCAR) icra edəcək. Digər icraçı qurumlar qismində isə Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyənləşdirilib.
Bəhs olunan Dövlət Proqramına əsasən Xankəndinin infrastruktur şəbəkəsinin, o cümlədən də qaz təchizatı mənbələrinin Azərbaycanın mövcud infrastrukturuna birləşdirilməsi bütövlükdə regionun qarşılıqlı inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Tarixən Xankəndi də daxil olmaqla bütün Qarabağın Azərbaycanın digər hissələri ilə sıx inteqrasiyası mövcud olub. Bu, həm iqtisadi, həm də infrastruktur təminatı baxımından olduqca səmərəli idi. Dağlıq Qarabağın digər əraziləri kimi, Xankəndinin də Ermənistanla hər hansı bir təbii bağlılığı yoxdur. Bütün əlaqələr işğal dövründə süni şəkildə qurulub. Hələlik Xankəndinin və bəzi ətraf yaşayış məntəqələrinin infrastruktur təminatı işğal dövrünə aid şəbəkə üzərindən həyata keçirilir. Bu, həmçinin bəhs olunan ərazilərin qaz təchizatına da aiddir. Mənzərəni təsəvvür etmək belə çətindir. Ermənistanın özü enerji daşıyıcılarını, o cümlədən də qazı başqa ölkələrdən alır və idxal etdiyi mavi yanacağın bir hissəsini Xankəndinə ötürür. Belə bir infrastruktur təminatı nə dərəcədə səmərəli ola bilər? Xankəndi Azərbaycanın ayrılmaz hissəsidir. Müharibəni Qələbə ilə başa vuran respublikamız heç bir halda razı ola bilməz ki, ərazisinin bir hissəsinə başqa ölkələrdən qaz idxal olunsun. Azərbaycan zəngin enerji resusrslarına malik bir ölkədir və Xankəndinin də qaz təchizatını yüksək səviyyədə təmin etmək iqtidarındadır.
Xəbər lenti
Hamısına baxİdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24

