İpoteka kreditləşməsində yeni qaydalar
15.12.2022 [10:33]
MÜBARİZ
Nazirlər Kabinetinin müvafiq qərarı ilə ipoteka krediti borcalanın aylıq məcmu gəlirinin hesablanması qaydasında dəyişiklik edilib. Qərar əhalinin ipoteka kreditindən faydalanmaq imkanlarının artırılması, ipoteka krediti almaq istəyən şəxslərin gəlir və xərclərinin təhlili işinin təkmilləşdirilməsi məqsədini daşıyır. Nazirlər Kabinetindən “Yeni Azərbaycan” a verilən məlumata əsasən, qərarla edilmiş dəyişikliyə görə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) muzdlu işdən əldə edilən gəlirləri MEİS-in “Sığorta” altsistemi ilə yanaşı, həmçinin “Əmək müqaviləsi bildirişi” altsistemi və vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilmiş digər təsdiqedici sənədlərə əsasən müəyyən ediləcək, tarif (vəzifə) maaşı azalan borcalanların orta aylıq gəlirləri isə dəyişiklik baş verən tarixdən sonrakı real gəlirlərinə uyğun hesablanacaq.
Dövlətin sosial siyasəti
Azərbaycanda ipoteka kreditləri vasitəsilə vətəndaşlara mənzil bazarına çıxış imkanının verilməsi dövlətin sosial siyasətini təzahür etdirir. Azərbaycan Cənubi Qafqazda ilk ipoteka bazarı operatoru yaradan ölkədir. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, 2005-ci ildə İpoteka Fondu formalaşdırılıb, 2006-cı ilin əvvəllərindən isə ölkədə ilk dəfə uzunmüddətli ipoteka kreditlərinin verilməsinə başlanılıb. Müvafiq qurumun yaradılması ilə qarşıya bir sıra hədəflər qoyulub. Bu hədəflər sırasında ölkə əhalisinin yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli uzunmüddətli maliyyələşdirmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək kimi məqsədlər xüsusi yer tutur. Əlbəttə, dünyada vətəndaşların güzəştli şərtlərlə mənzil bazarına çıxışını təmin edən müxtəlif mexanizmlər mövcuddur. Respublikamızda vətəndaşlara qabaqcıl dünya təcrübəsi əsas götürülməklə ən optimal variant seçilib. Respublikamızda tətbiq olunan model və ipoteka şərtləri seçilərkən qabaqcıl dünya təcrübəsi ilə yanaşı, ölkəmizin reallıqları, iqtisadi potensial və əhalinin gəlir imkanları nəzərə alınıb. Təməl prinsipləri kimi isə aşağıdakılar əsas götürülüb:
Sosiallıq,
Şəffaflıq,
Etibarlılıq və dayanıqlılıq,
Rahatlıq və əlçatanlılıq
Hazırda Fondun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditləri üzrə maksimal illik faiz dərəcəsi 4%, adi ipoteka kreditləri üzrə isə 8% təşkil edir. Bununla belə, müvəkkil banklar arasında yaradılmış rəqabət mühitinin nəticəsi olaraq ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 3,7%-dən başlayır, orta faiz dərəcəsi isə 6,12% təşkil edir. 2022-ci ilin əvvəlindən Fondun xətti ilə verilən ipoteka kreditləri üzrə orta aylıq ödəniş 504 manat təşkil edib ki, bu da respublika üzrə orta aylıq əmək haqqının (768,3 manat) təxminən 66 faizi həddindədir. Şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasını təmin etmək məqsədilə ölkə başçısının 2018-ci ildə imzaladığı müvafiq Fərmana uyğun olaraq Fond tərəfindən ipoteka kreditləri üzrə zəmanətlərin verilməsinə başlanıb. Son vaxtlaradək Fond tərəfindən 50,0 milyon manat məbləğində 600-dən çox ipoteka kreditinə zəmanət verilib.
Respublikamızda ipoteka kreditləşməsi yolu ilə mənzil əldə etmək istəyənlərin sayının ilbəil artması müvafiq mexanizmə inamı və vətəndaş məmnunluğunu ifadə edir. 2022-ci ilin birinci rübü də daxil olmaqla Fondun vəsaiti hesabına maliyyələşdirilmiş ipoteka kreditləri vasitəsilə 38 mindən çox ailə mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub, ipoteka kreditlərinin həcmi isə 2,1 milyard manatı keçib. Bu kreditlər vasitəsilə mənzil şəraitini yaxşılaşdırmış insanların, ailələrin 70%-i gənclərdir. Fondun tələblərinə uyğun verilmiş ipoteka kreditlərinin 35%-dən çox hissəsini dövlət dəstəyinə ehtiyacı olan xüsusi kateqoriyaya aid şəxslərə verilmiş güzəştli ipoteka kreditləri təşkil edir.
Borcalanın gəlirləri yeni üsulla hesablanacaq
İpoteka kreditləşməsi prosesi müxtəlif bazar iştirakçılarını (satıcı, borcalan, bank, rieltor, qiymətləndirici, sığorta şirkəti, notariat orqanları və qeydiyyat orqanı) bir araya gətirir. Kreditləşmə mexanizmi elə işləməlidir ki, son nəticədə vətəndaş məmnunluğu təmin edilsin. Buna görə də prosesin asanlaşdırılması və optimal idarəetmənin təmin edilməsi məqsədilə davamlı iş aparılır. Son illərdə respublikamızda rəqəmsal texnologiyaların tətbiqinin əhatə dairəsinin genişləndirilməsi sayəsində sənədlərin təqdim olunması, borcalanın qiymətləndirilməsi, ümumilikdə, kreditin rəsmiləşdirmə prosesi kifayət qədər sadələşdirilib. Hazırda borcalanın ev axtarışına sərf etdiyi müddət nəzərə alınmadan ipoteka kreditləri üzrə orta rəsmiləşdirmə müddəti cəmi 10 gün təşkil edir.
Nazirlər Kabinetinin bəhs olunan qərarı da ipoteka krediti mexanizminin daha da optimallaşdırılmasına hesablanıb. Yeni qərara əsasən, borcalanın (borcalanların) orta aylıq gəliri aşağıdakı qaydada hesablanacaq:
- borcalanın (borcalanların) tarif (vəzifə) maaşının azalması halları istisna olmaqla, borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətində olan ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə;
- borcalanın (borcalanların) tarif (vəzifə) maaşının azalması halları istisna olmaqla, borcalanın (borcalanların) muzdlu işlə əlaqədar və cari transferlər üzrə gəlirlərinin formalaşma müddəti borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) aydan az olduğu hallarda (6 (altı) aydan az olmamaqla), ümumi gəlirlərinin faktiki ayların sayına bölünməsi yolu ilə;
- borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətində tarif (vəzifə) maaşı azaldıqda, orta aylıq gəlir müvafiq dəyişiklikdən sonrakı formalaşmış gəlirlərin faktiki ayların sayına bölünməsi yolu ilə.
Xatırladaq ki, indiyə qədər borcalanın (borcalanların) orta aylıq gəliri aşağıdakı qaydada hesablanırdı:
- borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə;
- borcalanın (borcalanların) muzdlu işlə əlaqədar və cari transfertlər üzrə gəlirlərinin formalaşma müddəti borcalanın (borcalanların) müraciətindən əvvəlki ardıcıl gələn 12 (on iki) aydan az olduğu hallarda (6 (altı) aydan az olmamaqla), ümumi gəlirlərinin faktiki ayların sayına bölünməsi yolu ilə.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26

