Naxçıvanda yeni dönəm başlayır
24.12.2022 [10:45]
Tapşırıqlar verilib!
Əhalinin rifah halının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılacaq, korrupsiyaya, rüşvətxorluğa qarşı daha sərt mübarizə aparılacaq
Mübariz FEYİZLİ
Azərbaycanda dövlət idarəçiliyində bütün dünya üçün nümunə sayılacaq gözəl ənənə formalaşıb. Prezident İlham Əliyev adətən mərkəzi və yerli icra qurumlarına rəhbər təyin olunan məmurları şəxsən qəbul edərək onlara Özünün tapşırıqlarını verir. Bu tapşırıqlar məmurlar üçün bir növ yol xəritəsi səciyyəsi daşıyır. Belə idarəetmə üsulu son nəticədə məmurların məsuliyyətini artırır və idarəetmənin keyfiyyətini yüksəldir. Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ənənəsinə sadiq qalaraq Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edib və ona müvafiq tapşırıqlarını verib.
Vətəndaş məmnunluğunun artırılması əsas tələblərdən biri kimi
Azərbaycanın siyasətində sosial sferanın prioritetliyi daim təmin olunur. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Azərbaycan dövləti ən çətin məqamlarda öz vətəndaşlarının yanında olur. Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında ölkəmizdə təkcə son il?ərdə bir neçə mərhələdə geniş məzmunlu sosial islahat paketləri reallaşdırılıb. Bu istiqamətdə tədbirlər 2022-ci ildə də davam etdirilib. Belə ki, cari ildə ölkə üzrə növbəti islahat paketi çərçivəsində pensiya, müavinət və təqaüdlərin artırılması təmin edilib və bu sosial islahat paketinin icrası üçün 2,1 mlrd. manat məbləğində illik əlavə vəsaitin ayrılması təmin edilib. Prezident İlham Əliyev dövlət büdcəsinə proqnozlardan əlavə bütün daxilolmaların bütünlüklə sosial məqsədlərə yönəldilməsi ilə bağlı konkret tapşırıqlarını verib.
Dövlət başçısının nəzarəti altında eyni dərinməzmunlu sosial siyasət, həmçinin ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da həyata keçirilir. Burada insan amilinə verilən dəyərin mühüm göstəricilərindən biri kimi şəhid ailələrinin, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanlarını qismən itirmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər daim diqqət ?ərkəzində saxlanlır. Bu istiqamətdə tədbirlər ötən ildə də davam etdirilib və ümumilikdə 28 ailəyə mənzil və 28 nəfərə minik avtomobili təqdim olunub. Müvafiq Dövlət proqramının icrası məqsədilə 330 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluğu təmin edilib. Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında muxtar respublikada sosial infrastruktur obyektlərinin inşası geniş vüsət alıb. Əlamətdar haldır ki, dövlət başçımız bu infrastruktur obyektlərinin bir çoxunun təməlqoyma və yaxud açılış mərasimlərində şəxsən iştirak edib. Təkcə ötən il muxtar respublikada tikilərək və ya yenidən qurularaq istifadəyə verilən sosial və inzibati təyinatlı tikililərin sayı 312-yə çatıb.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəfliyə verdiyi tapşırıqların bir qismi məhz sosial məzmunlu olub. Dövlət başçımızın istəyi və tələbi odur ki, ölkənin hər yerində olduğu kimi, muxtar respublikada da sosial siyasətin ardıcıllığı təmin edilsin. Reallaşdırlan sosial tədbirlər vətəndaş məmnunluğunu artırır. Burada icra qurumlarının təmsilçilərinin, rəhbər şəxslərinin üzərinə böyük məsuliyyət düşür. Onlar heç bir halda kabinet məmurları olmamalıdırlar. İnsanların içinə çıxmalı, vətəndaşların sosial sifarişlərini öyrənməli və onların həyata keçirilməsini təmin etməlidirlər.
Neqativ hallara qarşı mübarizə
Prezident İlham Əliyevin Fuad Nəcəfliyə verdiyi mühüm tapşırıqlardan biri də neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə bağlıdır. Dövlət başçısı tapşırıq verib ki, səlahiyyətli nümayəndə kimi Fuad Nəcəfli korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərsin.
Bütün bunlar Azərbaycanın gündəliyində dayanan məsələlərdir. Korrupsiya, rüşvətxorluq, bürokratiya kimi neqativ hallara bütün ölkələrdə rast gəlinir. Əsas məsələ dövlətlərin rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədə sərgilədikləri mövqedir. Deyilənlər baxımından Azərbaycan dövlətinin korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli siyasi iradə nümayiş etdirməsi təqdirəlayiqdir. Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, uğurlu iqtisadi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda şəffaf ictimai münasibətlər sistemi formalaşıb. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, ictimai şuraların fəaliyyətinin səmərəliliyinin təmin olunması istiqamətində tədbirlər görülür. Ölkəmizdə neqativ hallara qarşı mübarizənin sistem xarakteri daşıması və bu sahədə müxtəlif dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi bütövlükdə cəmiyyətimizi narahat edən məsələlərə qarşı mübarizədə daha səmərəli nəticələr əldə olunmasını şərtləndirir. Azərbaycanın ayrılmaz hissəsi olan muxtar respublika da bu proseslərdən kənarda qalmamalıdır. Şübhə yoxdur ki, yeni idarəetmə institutu burada neqativ hallara qarşı mübarizənin genişləndirilməsi üçün yeni imkanlar açacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19

