Azərbaycan-Misir: Əməkdaşlıqla bağlı mövqelər üst-üstə düşür
31.01.2023 [10:11]
MÜBARİZ
Multiregional xarici siyasət kursu həyata keçirən Azərbaycanın Afrika qitəsinin qapısı sayılan Misirlə əlaqələri yüksələn xətlə inkişaf edir. Bunu Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin bu günlərdə ölkəmizə baş tutan uğurlu səfəri bir daha təsdiqləyir. Səfər çərçivəsində keçirilən tədbirlərdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. O cümlədən Azərbaycan və Misir prezidentləri gələcək əməkdaşlıqla bağlı vahid mövqeyə gəldiklərini diqqətə çatdırıblar. “Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı bizim fikir ayrılığımız yoxdur. Bir çox sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Əminəm, əldə olunmuş razılaşmaları biz səfərdən sonra icra edəcəyik”, - deyə Prezident İlham Əliyev Misir Prezidenti ilə geniş tərkibdə görüşdə bildirib.
Siyasi əlaqələrin 30 ili
Səfər çərçivəsində baş tutan tədbirlərdə Azərbaycan və Misir prezidentlərinin ifadə etdikləri fikirlərdən də göründüyü kimi, hər iki tərəf qarşılıqlı əməkdaşlığın dərinləşməsinə güclü siyasi iradə nümayiş etdirir. Ötən il Azərbaycanla Misir arasında siyasi-diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olub. 1993-cü ildən MƏR-in Bakıdakı Səfirliyi, 1994-cü ilin yanvar ayından isə Azərbaycan Respublikasının Qahirədəki Səfirliyi fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. 3 oktyabr 2002-ci il tarixindən Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya fəaliyyət göstərir. Komissiya müntəzəm qaydada toplaşır və əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.
Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq iki ölkə arasında bərqərar olan xoş münasibətləri təzahür etdirir. Prezident İlham Əliyev bu istiqamətdə fəaliyyətin gələcəkdə də davam etdiriləcəyini bildirərək vurğulayıb: “Biz bundan sonra da beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərəcəyik, bir-birimizi bundan sonra da dəstəkləyəcəyik, necə ki, bu günə qədər iştirak etdiyimiz beynəlxalq təşkilatlarda - istər BMT olsun, Qoşulmama Hərəkatı olsun, İslam Əməkdaşlıq Təşkilatı olsun, bu təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstəririk”.
İqtisadi əməkdaşlıqda yaxşı perspektivlər
İndiyədək Azərbaycanla Misir arasında 50 sənəd imzalanıb. Həmin sənədlər müxtəlif sahələrdə, o cümlədən də iqtisadi əməkdaşlıq üçün möhkəm hüquqi əsaslar yaradır. Misir Prezidentinin ölkəmizə səfəri çərçivəsində daha bir neçə sənəd imzalanıb. Bunlar aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Misir Ərəb Respublikasının Su Ehtiyatları və Suvarma Nazirliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”. Sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Misirin xarici işlər naziri Sameh Həssən Şukri imzalayıblar.
2. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”. Sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Misirin xarici işlər naziri Sameh Həssən Şukri imzalayıblar.
3. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Misirin planlaşdırma və iqtisadi inkişaf naziri xanım Hala Helmi Elsaid imzalayıblar.
Hazırda Azərbaycanda Misir investisiyalı 51 şirkət fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanın iş adamlarının dost ölkədə bir sıra sahələrə investisiyalar yönəltmək imkanları var. Prezident İlham Əliyev mətbuata verdiyi Bəyanatında diqqətə çatdırıb ki, artıq iqtisadi sahədə əməkdaşlıq istiqamətləri də müəyyənləşdirilib. “Ötən il Azərbaycanda Hökumətlərarası Müştərək Komissiyanın iclası keçirilmişdi və komissiyanın növbəti iclası ərəfəsində bu gün hörmətli qonağımla əldə edilmiş razılaşmaları biz həyata keçirməliyik ki, növbəti iclasda artıq konkret addımlar atılsın. Sahələr də müəyyən edilmişdir - əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsi. Burada da böyük imkanlar var”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

