Enerji təhlükəsizliyinə yeni töhfə
15.02.2023 [10:25]
İlham Əliyev: Mingəçevir şəhərinin bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır...
Elektroenergetika iqtisadiyyatın aparıcı istiqaməti olmaqla hər bir ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsi qismində çıxış edir. Bu mühüm reallıq kontekstində müstəqil Azərbaycanın elektroenergetika sisteminin dayanıqlılığının gücləndirilməsi, yeni generasiya obyektlərinin yaradılması strateji önəm daşıyır. Qürurverici haldır ki, respublikamız qısa müstəqillik tarixində elektrik enerjisini idxal edən ölkədən bu sahədə də ixracatçı ölkəyə çevrilib. Fevralın 13-də isə Bakıda “Gülüstan” sarayında Prezident İlham Əliyevin iştirakı ilə yeni İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Dövlətimizin başçısı tədbirdəki çıxışında Mingəşevir şəhərində yaradılacaq yeni elektroenergetika infrastrukturunun təməlinin qoyulmasını əlamətdar hadisə kimi səciyyələndirərək vurğulayıb ki, ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. Yeni stansiyanın 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.Elektroenergetika sahəsində artan imkanlar
Mingəçevir hazırda elektroenergetika sahəsində Azərbaycanın əsas şəhəridir. Burada fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə təlabatının böyük hissəsini qarşılayır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən ulu öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində - daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.
Zamanında Mingəçevirdə Heydər Əliyevin səyləri hesabına qurulan elektrik stansiyasının ümumi generasiya gücü 2400 meqavata bərabər idi. Keçmiş sovet dönəmində və müstəqilliyimizin ilk illərində əhalinin və iqtisadiyyatın elektrik enerjisinə olan tələbatının böyük hissəsi məhz bu stansiya vasitəsilə ödənilirdi.
Təbii ki, illər keçdikcə istənilən infrastruktur köhnəlir. Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması da prioritet məsələlərdən biri kimi qarşıda dururdu. Stansiyanı modernləşdirmək, onun itirilmiş gücünü bərpa etmək lazım idi. Müstəqil Azərbaycanın elektroenergetika sisteminin güclənməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin göstərişinə əsasən 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulmasına start verildi. Qısa müddətdə - cəmi iki il ərzində 8 blok tamamilə yenidən quruldu və istifadəyə verildi. 2020-ci ildə stansiya artıq özünün 2400 meqavatlıq əzəli generasiya gücünə malik idi. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi. Təməli qoyulan stansiyanın önəminə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb ki, indi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. “Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq”, - deyə dövlətimizin başçısı bildirib.
Müstəqillik dövrünün ən böyük elektrik stansiyası
Azərbaycan müstəqillik illərində özünün enerji təhlükəsizliyini tam şəkildə təmin edib. Belə olan halda sual yaranır: Bəs yeni stansiyanın yardılmasına nə ehtiyac var? Sualın cavabı olaraq aşağıdakı şərtləri sadalaya bilərik:
1. Dördüncü sənaye inqilabı dövründə milli iqtisadiyyatımızda elektrik enerjisinə tələbat artır.
2. Artan əhali sayı. Ölkə üzrə yeni yaşayış məntəqələri yaradılır, mənzil fondu genişlənir. Bütün bunlar isə elektrik enerjisinə yeni tələbat yaradır.
3. Geosiyasi reallıqlar fonunda Avropada elektrik enerjisinə tələbatın artması.
4. Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə bir tərəfdən bərpa-quruculuq işlərinin miqyasının genişlənməsi, digər tərəfdən isə “ağıllı şəhər” və “ağıllı kənd”lərin yaradılması.
5. Mingəçevirdəki “Azərbaycan” İES-in modernləşdirilməsi zərurəti.
Artıq təməli qoyulan yeni stansiya Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 25-də imzaladığı sərəncama uyğun olaraq yaradılır. “Azərenerji” tərəfindən yaradılan generasiya obyektinin gücü 1280 meqavata bərabərdir. Bu, müstəqillik dövründə qurulan ən böyük elektrik stansiyasıdır. Yeni elektrik stansiyasında İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan 4 qaz turbini, 4 generator, Çinin “Dongfang Electric” şirkətinin istehsalı olan 4 util qazan və 4 blok transformator quraşdırılacaq. Bundan əlavə, yeni yüksəktəzyiqli qaz xəttinin, qazpaylayıcı stansiyanın, susoyutma, saf su hazırlanma şəbəkəsinin, idarəetmə və mühafizə sistemlərinin qurulması da həyata keçiriləcək, 500 və 330 kV-luq yarımstansiyalarda kompleks genişləndirmə işləri aparılacaq. Bu stansiya “Azərbaycan” İES-in heç bir infrastrukturu olmadan müstəqil istismar edilə biləcək. Yeni stansiyanın tikilməsi ölkənin enerji dayanıqlılığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, yüksələn enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir.
Az vəsaitlə böyük enerji potensialı
Yeni stansiyanın qurulmasında səmərəlilik yüksək səviyyədə təmin ediləcək. Prezident İlham Əliyev bildirib ki, biz az vəsaitlə böyük enerji potensialına malik oluruq. Stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Verilən məlumata görə, əsası qoyulan generasiya obyektinin ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Mütəxəssislərin də bildirdikləri kimi layihənin smetası hazırlanarkən qənaətcillik əsas şərtlərdən biri kimi götürülüb. Sözügedən generasiya obyektinin inşasına sərf ediləcək vəsait bir qayda olaraq bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Yeni stansiyanın inşasına yönəldiləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti, yerdə qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək.
Stansiya ekoloji baxımdan təmiz istehsalat olacaq. Yeni generasiya obyektinin bu çox mühüm özəlliyinə diqqət çəkən Prezident İlham Əliyev “Onu da bildirməliyəm ki, yeni tikiləcək bu stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə - 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır”, - deyə qeyd edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

