Türk dünyasının iqtisadi birliyi
13.05.2023 [10:30]
Nicat Dilqəmli
Dünyada baş verən siyasi, iqtisadi təlatümlər fonunda iqtisadi sabitliyin qorunmasını təmin etmək bir o qədər də asan deyil. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti, qətiyyətli iradəsi nəticəsində bu gün ölkəmiz bütün sahələrdə çox dinamik şəkildə inkişaf edir. Bu inkişaf özünü həm də iqtisadi imkanların genişlənməsində növbəti dəfə aydın şəkildə göstərir. Aparılan uğurlu dövlət siyasətinin nəticəsi olaraq Azərbaycan son illər ərzində dünyada ən etibarlı tərəfdaş kimi tanınmaqdadır. Ölkəmizdə formalaşan azad iqtisadi mühit, sabitlik kimi bir çox önəmli faktorlar Azərbaycanı dünyada daha cəlbedici bir ölkəyə çevirib. Görülən işlərin, həyata keçirilən genişmiqyaslı layihələrin nəticəsidir ki, ölkə iqtisadiyyatımıza cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi əhəmiyyətli dərəcədə artıb.
Dövlət başçımızın təşəbbüsü və səyləri nəticəsində bu gün həm də Türk dünyasının iqtisadi xəritəsi yenidən formalaşır. Bu yerdə Prezident İlham Əliyevin çox böyük səyləri ilə 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvanda əsası qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının önəmini vurğulamaqda xüsusi fayda var. Qurumun təsisçiləri qismində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə çıxış etmişdilər. Aradan illər ötdü. Ancaq qlobal səviyyədə ayrı-ayrı güc mərkəzlərinin Türkdilli dövlətlərin birliyinə hansısa yollarla xələl gətirmək cəhdləri puç oldu. Bu birlik zamanın sınaqlarından alnıaçıq çıxdı, illər ötdükcə daha da möhkəmləndi. Məlum olduğu kimi, sonradan, yəni 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilən VIII Zirvə Görüşündə qurumun adının Türk Dövlətləri Təşkilatına (TDT) dəyişdirilməsi haqqında Qərar imzalandı.
Türk dövlətlərinin birliyini şərtləndirən çoxsaylı amillər sırasında iqtisadi inteqrasiya imkanlarının kifayət qədər geniş olmasını da xüsusilə qeyd etmək yerinə düşər. Avrasiyada böyük coğrafiyada yerləşən Türkdilli dövlətlər iqtisadi resurslarla zəngindir. Təbii ki, hazırda qardaş Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə Türkdilli ölkələr arasında lider mövqeyə malikdir. Ancaq Azərbaycan və digər Türkdilli ölkələr də öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər.
Yeri gəlmişkən, bir neçə gün öncə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayev imzalayıblar.
İnvestisiya Fondunun ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə, kooperasiya əlaqələrinin inkişafına və bu sahədə imkanların effektiv reallaşdırılmasına töhfə verəcəyini xüsusilə vurğulamaqda fayda var. Bundan başqa, fond həm də ölkələrimiz arasında avtomobil istehsalı, tekstil, ipəkçilik, nəqliyyat-tranzit və s. sahələrdə əməkdaşlığın gücləndirilməsinə əlavə stimul verəcək.
Azərbaycan-Özbəkistan arasındakı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin son illər daha da möhkəmlənməsinin müşahidə olunduğunu diqqətə çatdırdı: “Nəzərə alsaq ki, hər iki ölkə həm ikitərəfli, həm çoxtərəfli formatda strateji əməkdaşlığa malikdir. Bu, özünü həm də birbaşa olaraq ticarət dövriyyəsində göstərir. Azərbaycan və Özbəkistan arasındakı ticarət dövriyyəsində son illər kəskin artım müşahidə olunur”.
İqtisadçı-ekspertin qənaətinə görə, İnvestisiya Fondunun yaradılması investisiya qoyuluşları, sərmayenin genişləndirilməsi baxımından çox vacibdir: “Çünki məqsəd daha çox sərmayə cəlb etmək və hər iki ölkənin investisiya potensialını qarşılıqlı olaraq istifadə etməkdir. Ona görə, belə bir fondun yaradılması birmənalı şəkildə Azərbaycan və Özbəkistan arasında qarşılıqlı sərmaye qoyuluşlarının həcminin artmasına imkan verəcək. Bu isə həm də dövlətlər arasındakı strateji əməkdaşlığı daha da gücləndirəcək”.
Ümumiyyətlə, Türkdilli ölkələrin iqtisadi potensialı kifayət qədər böyükdür. Rəqəmlərlə ifadə edilərsə, Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-nə malikdir.
Həyata keçirilən ikitərəfli və çoxtərəfli layihələr qarşıdakı dövr üçün Türk dünyasının iqtisadi potensialının daha da artacağını əminliklə ifadə etməyə real əsas verir. Bu isə nəticə etibarı ilə çoxəsrlik sıx tarixi bağlara malik olan ölkələrin bundan sonra da intensiv şəkildə inkişafı, tərəqqisi deməkdir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21

