/ / Respublikamız bir çox dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verməyə çalışır
Respublikamız bir çox dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verməyə çalışır
26.07.2011 [09:18]
Azərbaycanda həyata keçirilən uğurlu siyasət, iqtisadiyyatın dinamik inkişafı, onun davamlı artımı, maliyyə ehtiyatlarımızın çoxalması və digər pozitiv meyillər dünyanın nüfuzlu analitik nəşrləri, həmçinin, beynəlxalq iqtisadi mərkəzlər tərəfindən təqdir olunmaqdadır. Qeyd edilən nüfuzlu nəşrlər və tədqiqat mərkəzləri öz hesabatlarında və elmi-nəzəri təhlillərində Azərbaycanı sistemli islahatlar həyata keçirən, əlverişli biznes mühitinin yaxşılaşdırılması sahəsində qətiyyətli addımlar atan və dünya iqtisadiyyatına inteqrasiya prosesində yüksək aktivlik nümayiş etdirən ölkə kimi səciyyələndirirlər. Eyni zamanda, respublikamızın dünyanın enerji təminatında aparıcı ölkəyə çevrilməsi, zəngin enerji resurslarının nəqlində difersifikasiya siyasətini gücləndirməklə enerji bazarına öz töhfəsini verməsi diqqətə çatdırılır.
ABŞ-ın nüfuzlu “Foreign Policy” jurnalının bu günlərdə nəşr olunan növbəti sayında da Azərbaycanın iqtisadi yüksəlişi, dünya enerji bazarında xüsusi mövqeyi və yanacaq ehtiyatlarının nəqlində yürütdüyü siyasət təqdir olunur. Jurnalda ötən əsrin 90-cı illərindən bu günədək ölkəmizin həyata keçirdiyi enerji siyasəti barədə təfərrüatlı məlumatlar verilir, Azərbaycanın regionun ən qüdrətli ölkəsinə çevrilməsi qeyd olunur. Jurnalda vurğulanır ki, respublikamızın atdığı qətiyyətli addımlar regionun və dünyanın enerji təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb. Azərbaycan hökuməti nümayiş etdirdiyi siyasi iradə ilə trans-enerji layihələrinin çəkilişinə səbəb olub, Avro-Asiya Neft Nəqli Dəhlizi sisteminin yaradılmasını reallaşdırıb.
“Foreign Policy” jurnalında o da vurğulanır ki, Azərbaycanda ilk ixrac neftinin nəqlinə başlanması enerji siyasətində tamamilə yeni səhifə açıb. Cənubi Qafqazın lider ölkəsi ötən əsrin sonlarından başlayaraq ixrac neftinin nəqlini ilbəil genişləndirib. 1997-ci ildən etibarən yanacağın Qərb ölkələrinə nəqli ilə bağlı strateji qərarlar qəbul olunub və Bakı-Tbilisi-Ceyhanın işə düşməsindən sonra enerji siyasəti zənginləşməyə başlayıb. Şərq-Qərb dəhlizinin istifadəyə verilməsi Azərbaycanın Avropa bazarlarına neft ixracını gücləndirməsinə tam zəmin yaradıb. ümumiyyətlə, ilk ixrac neftinin nəqlinə başlanandan indiyədək respublikamızın neft hasilatı 5,6 dəfə qaz hasilatı 5,2 dəfə artıb. İndiyədək Azərbaycanın neft-qaz sahəsinə 40 milyard dollardan çox xarici sərmayə yatırılıb.
Hazırda Azərbaycan dünyanın 33 ölkəsinə neft və neft məhsulları ixrac edir. BTC işə düşəndən indiyədək Azərbaycan beynəlxalq bazarlara təxminən 255 milyon ton neft, 22 milyard kubmetrdən çox qaz ixrac edib. Azərbaycanın təsdiq edilmiş neft ehtiyatlarının həcmi 2 milyard ton, qaz ehtiyatlarının həcmi isə 2,2 trilyon kubmetr təşkil edir. Nəşrin analitiklərinin qənaətinə görə, qarşıdakı illərdə dünyada neftlə yanaşı, qaza olan tələbat əhəmiyyətli dərəcədə artacaq və respublikamız bu dövrdə ən mühüm ixracatçılardan biri olacaq. “Şahdəniz-2” layihəsinin həyata keçirilməsi ilə Azərbaycan Avropa bazarına təbii qazın ixracında mühüm rol oynayacaq və bu bazarda mövqeyini daha da möhkəmləndirəcək. Avropa bazarı dünyanın ən sabit, gəlirli və hüquqi baxımdan yaxşı tənzimlənən bazarıdır. 2017-ci ildən sonra, daha doğrusu, “Şahdəniz-2” həyata keçirildikdən sonra ölkənin qaz istehsalı 55 milyard kubmetrə çatacaq və bu, böyük həcmdir. Həmin rəqəmin 70 milyarda çatacağı ehtimalı da var. Bu qazın 35-40 milyard kubmetrinin ixracı nəzərdə tutulur. Bu da Avropa bazarında Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək. Bir neçə ildən sonra respublikamız dünyanın 50-ə yaxın ölkəsinə neft-qaz məhsulları nəql edəcək.
“Foreign Policy” nəşri Yaxın Şərq və Şimali Afrikadakı qeyri-sabitliyə də diqqət çəkir və bu regionda baş verən hadisələrin fonunda Xəzər və Orta Asiya regionunun Avropanın enerji təhlükəsizliyində mühüm rolunun artdığını vurğulayır. Qeyd edilir ki, xüsusilə də Azərbaycan yeni kəmərlərinin istifadayə verilməsi ilə bağlı səylərini artırıb və difersifikasiya siyasəti yeni komponentlərlə zənginləşməkdədir. “Cənub qaz dəhlizi”, AGRİ layihələrinin reallaşması Qərb bazarlarında Azərbaycanın rolunun artmasına səbəb olacaq. 2025-ci ilədək dünyada yanacaq məhsullarına olan tələbat kəskin şəkildə artacaq. Xəzər regionunda neft hasilatı 2015 və 2025-ci illərədək müvafiq olaraq 100 və 150 min ton təşkil edəcək. Buna görə də, bu həcmlərin təmini üçün yeni boru kəmərlərinin çəkilməsi, Qazaxıstan, Azərbaycan və Gürcüstanın liman imkanlarının genişləndirilməsi, Azərbaycan və Gürcüstan arasında dəmiryol nəqliyyatının yaxşılaşdırılması, terminallarda anbar qurğularının genişləndirilməsi vacibdir. Yeni enerji dəhlizlərinin yaradılması isə Azərbaycanın həm ixrac coğrafiyasını genişləndirəcək, həm də 50-ə yaxın ölkəyə neft-qaz məhsulları nəql etməsinə imkan verəcək.
Azərbaycanın dünyada güclü enerji təchizatçısı kimi mövqeyini möhkəmləndirdiyini deyən Prezident İlham Əliyev respublikamızın yeni enerji marşrutlarının istifadəyə verilməsində fəal təşəbbüslərini davam etdirəcəyini bildirib. Dövlət başçısı qeyd edib ki, ölkəmiz bir çox dövlətlərin yanacaq təminatında aktiv rol oynayaraq onların enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verməyə çalışacaq: “Enerji təhlükəsizliyi məsələləri bu gün dünya gündəliyində dayanan vacib məsələlərdən biridir. Azərbaycan tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz üzərinə düşən vəzifələrini ardıcılıqla və böyük iradə ilə icra edir. Mən hesab edirəm ki, hazırda istehlakçılar, tranzit ölkələr və istehsalçılar arasında yaranan əməkdaşlıq yaxşı nəticələrə gətirib çıxaracaqdır. çünki məhz bu üç tərəfin birgə fəaliyyəti nəticəsində biz uğura nail ola biləcəyik”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Gündəm
13 Sentyabr 11:59

Gündəm
13 Sentyabr 11:23

İqtisadiyyat
13 Sentyabr 10:54

Analitik
13 Sentyabr 10:46

İqtisadiyyat
13 Sentyabr 10:32

İdman
13 Sentyabr 10:16

Analitik
13 Sentyabr 09:56

Analitik
13 Sentyabr 09:45

Dünya
13 Sentyabr 09:25

Analitik
13 Sentyabr 09:11

MEDİA
13 Sentyabr 08:51

Ədəbiyyat
13 Sentyabr 08:28

Dünya
13 Sentyabr 08:23

Dünya
12 Sentyabr 23:39

İdman
12 Sentyabr 23:12

İqtisadiyyat
12 Sentyabr 22:57

Sosial
12 Sentyabr 22:26

Sosial
12 Sentyabr 21:45

Dünya
12 Sentyabr 21:30

Dünya
12 Sentyabr 21:19

Siyasət
12 Sentyabr 20:57

İdman
12 Sentyabr 20:42

Dünya
12 Sentyabr 20:14

Hadisə
12 Sentyabr 19:56

İqtisadiyyat
12 Sentyabr 19:25

Dünya
12 Sentyabr 18:23

COP29
12 Sentyabr 17:20

Sosial
12 Sentyabr 16:59

Sosial
12 Sentyabr 16:40

Mədəniyyət
12 Sentyabr 16:29

Sosial
12 Sentyabr 15:29

İqtisadiyyat
12 Sentyabr 13:28

YAP xəbərləri
12 Sentyabr 12:58

Dünya
12 Sentyabr 12:28

Gündəm
12 Sentyabr 12:27

Dünya
12 Sentyabr 12:27

Sosial
12 Sentyabr 12:23

Hadisə
12 Sentyabr 12:22

İqtisadiyyat
12 Sentyabr 12:21

İqtisadiyyat
12 Sentyabr 12:20

İqtisadiyyat
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:11

Mədəniyyət
12 Sentyabr 11:58

İqtisadiyyat
12 Sentyabr 11:46

Siyasət
12 Sentyabr 11:36

İqtisadiyyat
12 Sentyabr 11:21

İqtisadiyyat
12 Sentyabr 11:15

Sosial
12 Sentyabr 11:07

Analitik
12 Sentyabr 10:58

Siyasət
12 Sentyabr 10:44

Analitik
12 Sentyabr 10:29

Analitik
12 Sentyabr 10:16

Analitik
12 Sentyabr 09:50

Analitik
12 Sentyabr 09:35

Ədəbiyyat
12 Sentyabr 09:14

MEDİA
12 Sentyabr 08:59

Sosial
12 Sentyabr 08:32

Dünya
11 Sentyabr 23:30

Dünya
11 Sentyabr 23:14

İdman
11 Sentyabr 22:48

Dünya
11 Sentyabr 22:36

Sosial
11 Sentyabr 22:15

Elm
11 Sentyabr 21:49

Dünya
11 Sentyabr 21:26

İdman
11 Sentyabr 21:12

Dünya
11 Sentyabr 20:53

İqtisadiyyat
11 Sentyabr 20:21

Dünya
11 Sentyabr 20:06

Dünya
11 Sentyabr 19:45
