Borcu kim ödəməlidir?
26.05.2023 [10:37]
İpoteka krediti ilə bağlı dəyişikliklər...
Nicat Dilqəmli
Ölkəmizdə vətəndaşların mənzil təminatının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri də ipoteka kreditlərinin verilməsidir. Son bir neçə il ərzində bu istiqamətdə xeyli müsbət dəyişikliklər müşahidə edilməkdədir. İpoteka kreditlərinin vətəndaşlar üçün daha əlçatan olması üçün müvafiq qurumlar tərəfindən mütəmadi olaraq əlavə və dəyişikliklər edilir ki, bu da nəticə etibarı ilə vətəndaşların ipoteka kreditlərindən istifadə imkanlarını daha da genişləndirir. Məlum olduğu kimi, uzunmüddətli ipoteka kreditlərinin verilməsində bəzi hallarda müxtəlif neqativ hallar yaşanır ki, onlardan da biri kredit götürən şəxsin vəfat etməsidir. Belə olan halda kredit verən təşkilat və ya bank həmin vəsaitin ödənilməsini təmin etməkdə çətinlik yaşayır. Digər bir problem daşınmaz əmlakın kimə qalması məsələsidir ki, bununla bağlı da vaxtaşırı olaraq ictimaiyyətdə geniş müzakirələr gedir. Konstitusiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul etdiyi qərar da məhz bu problemlərin köklü şəkildə həll olunmasına yönəlib. Yeniliyə əsasən bundan sonra vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək. Qərara əsasən, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, Mülki Məcəllə və “İpoteka haqqında” qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
Ümumilikdə, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə indiyədək 44 min 547 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 614 milyon 179 min 141 manatdır. Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditin məbləği 358 milyon 079 min manatdır. Kirayəçilərin istifadəsinə 3443 yaşayış sahəsi verilib.
Mütəxəssislərin fikrincə, bu qərarla baş verə biləcək bir çox neqativ halların yaranmasının qarşısı alınacaq. Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə qərarı müsbət qiymətləndirib. Onun sözlərinə görə, vətəndaşlar bir çox hallarda vəfat edən şəxsin kreditini ödəməkdən imtina edirlər, lakin ölən şəxsin əmlaklarına sahiblənmək məqsədilə vərəsəlik üçün müraciət edirlər: “Onlar vərəsəlik üçün müraciət edərək ölən şəxsdən qalan əmlaka sahib olurdular. Təbii ki, əgər ölən şəxsin vərəsəsi onun daşınar və daşınmaz əmlakına sahib olursa, təbii ki, onun kreditinin də ödənilməsini üzərinə götürməlidir. Bir çox hallarda bununla bağlı müəyyən problemlər yaranırdı. Bəzən banklar özü də vəsaitin alınmasında əziyyət çəkirdilər, zamin axtarırdılar. Amma əgər vərəsə təyin olunursa, bu o deməkdir ki, borcunu da ödəməlidir”.
İKZF tərəfindən banklara vəsaitin açılması barədə də söz açan R.Qasımzadə bunun mənzil bazarında qiymət artımı ilə nəticələnəcəyini qeyd edib: “İKZF tərəfindən banklara vəsaitin açılması zamanı əmlakların, xüsusilə də köhnə tikili əmlakların qiyməti tələbin artması səbəbindən bahalaşır”.
Mütəxəssis hesab edir ki, İKZF paylanmanı hər il mütəmadi olaraq həyata keçirməlidir: “Bu, əmlakların qiymətinin sabit qalmasına səbəb olacaq. Ümumiyyətlə, prosesin şəffaflaşdırılmasına ehtiyac var. Çünki bəzi hallarda subyektiv amillər səbəbindən müxtəlif neqativ hallar yaranır, bazarda spekulyativ hallara səbəb olur. Elə bu səbəbdən də təklif edirəm ki, kreditlərin açılması mütəmadi olaraq həyata keçirilsin”.
İpoteka kreditlərinin vərəsələr tərəfindən ödənilməsi barədə verilən qərar digər kreditlər barədə də analoji qərarın verilməsi məsələsini aktuallaşdırıb. Başqa sözlə, sığortalı kreditləri də varislər ödəməlidirmi? Belə bir qərarın qəbul olunması gözlənilirmi?
Müvafiq qərardan sonra onun ətrafında yaranan iddialarla bağlı suallarımızı cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz: “Həyat sığortasının əsas özəlliyi məhz borclanan dünyasını dəyişərsə, qalan xərcin sığorta şirkəti tərəfindən ödənilməsidir. Sığortalanan dünyasını dəyişən zaman bu öhdəliklər də qarşılanır. Bu baxımdan, əgər həyat sığortasında kredit məbləği tam olaraq nəzərə alınırsa, o halda varisdən heç bir ödəniş tələb edilə bilməz. Borclanan həyat sığortası üzrə həmçinin ona görə ödəniş edir ki, dünyasını dəyişərsə, varisindən vəsait tələb olunmasın”.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

