Pul nişanları necə dəyişdiriləcək?
08.07.2023 [15:50]
Proseduru Mərkəzi Bank həyata keçirir
Tez-tez pul əsginasları ləkələnir, cırılır. Bəzən cırılan pulun bir hissəsi də itir. Vətəndaşlar bu halda əsginasları hansı qaydada dəyişməklə bağlı tərəddüdə düşürlər. Uyğun instansiya tapmaq və qanuni yolla həmin pul nişanlarını dəyişdirmək bəzən müşgülə də çevrilir. Cəmiyyətdə belə sualların yaranması göstərir ki, yeni qaydalara ehtiyac var.
Milli Məclisin 6 iyul tarixində keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna təklif edilən dəyişiklikdə pul nişanlarının yeni qaydada dəyişdirilməsi ilə bağlı məsələ də əksini tapıb. Qanun layihəsində zərurət yarandığı hallarda milli pul nişanlarının dəyişdirilməsində bir sıra yeni qaydaların tətbiqi nəzərdə tutulur. Sənədə əsasən, Mərkəzi Bank:
- tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir
- bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 %-dən az olmayan hissəsini və üzərindəki 2 seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyərini ödəyir
- bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyərini ödəyir
- təqdim olunan pul nişanının saxta olması müəyyən edildikdə həmin pul nişanını dəyişdirmir və onun nominal dəyərini ödəmir, saxta pul nişanını geri qaytarmır və qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) göndərir
- xarici valyutada olan pul nişanlarını dəyişdirmir
Bəs hansı halda Azərbaycan Mərkəzi Bankı vətəndaşdan pulu qəbul edib, dəyişə bilər?
Mərkəzi Bankdan “Yeni Azərbaycan”a bildirilib ki, Azərbaycan Mərkəzi Bankı qanunvericiliklə müəyyən olunmuş funksiyalarından irəli gələrək pul nişanlarının tədavülə buraxılmasını, tədavüldən çıxarılmasını, eləcə də dəyişdirilməsini həyata keçirir: “Pul nişanlarının dəyişdirilməsi zamanı pulların həqiqiliyi, tədavülə yararlılığı və nominal dəyərinin ödənilməsi müəyyən edilir. Qanunvericiliyə əsasən, pul nişanı həqiqidirsə və tədavülə yararlıdırsa, belə pullar Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz dəyişdirilir.
Tədavülə yararsız, o cümlədən zədələnmiş pul nişanlarına gəldikdə isə qanuna uyğun olaraq, saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizdən az olmayan hissəsini və ya eyni pul nişanına məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış kağız pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir”
Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən, milli pul nişanları dəyişdirilməsi üçün banklara və Mərkəzi Banka təqdim edilə bilər: “Vətəndaşların pul nişanlarının dəyişdirilməsi ilə bağlı müraciətlərini operativ şəkildə qarşılamaq üçün Mərkəzi Bankın Bakı şəhərində və regionlarda yerləşən ərazi idarələrində əhaliyə xidmət kassaları fəaliyyət göstərir.
Məlumat üçün bildiririk ki, Bakı şəhərində “Nağd pul ofisi” çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri saat 10:00-dan 13:00-dək fəaliyyət göstərir.
Kommersiya banklarına və ya Mərkəzi Banka təqdim edilən pulların fiziki vəziyyəti və parametrləri qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğundursa, bu pullar yerində dəyişdirilərək nominal dəyəri vətəndaşlara ödənilir.
Təqdim edilmiş pulların həqiqiliyində hər hansı şübhə yaranarsa, bu zaman həmin pullar ekspertizanın aparılması məqsədilə vətəndaşdan qəbul edilir və qanunvericiliklə nəzərdə tutulmuş müddətdə baxılaraq nəticəsi barədə vətəndaşa məlumat verilir”.
Məlumata görə, Mərkəzi Bankda milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır: “Normativ hüquqi aktlara uyğun olaraq, kommersiya bankları pul nişanının dəyişdirilməsi zamanı öz tarif siyasətinə uyğun olaraq bu əməliyyatları ödənişli və ya ödənişsiz əsasda həyata keçirə bilərlər.
Vətəndaşlar Mərkəzi Bankın xidmət kassasına və kommersiya banklarına yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər. Əlavə suallar yaranarsa, Mərkəzi Bankın “966” qaynar xəttinə müraciət oluna bilər”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

