Ölkədə ilk dəfə...
25.08.2023 [10:20]
“Sığorta Festivalı” keçiriləcək
Azərbaycanda rahat və güvənli həyat üçün mühüm təminatlar verən sığorta bazarı ölkənin reallıqları və müasir qlobal çağırışlar nəzərə alınmaqla təkmilləşdirilir. Bu məqsədlə Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə səyləri ilə müxtəlif səpkili tədbirlər görülür. Birgə fəaliyyət çərçivəsində qabaqcıl beynəlxalq təcrübənin, innovativ həllərin respublikamızda da tətbiqinin genişləndirilməsi, əhalinin sığorta bazarına çıxış imkanlarının artırılması və əlbəttə ki, müvafiq qurumlara inamın gücləndirilməsi hədəflənib ki, burada da maarifləndirmə-təbliğat işinin müstəsna önəmi var. Bu məqsədlə ölkə üzrə ənənəvi olmayan yeni bir tədbirə - “Sığorta Festivalı” layihəsinə start verilir. Festival Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunacaq. Bu barədə festivalla əlaqədar dünən keçirilən mətbuat konfransında Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bildirib.
Hədəf əhatə dairəsini genişləndirməkdir
Mətbuat konfransında bildirildiyi kimi, ölkədə sığorta bazarının inkişafı ilə bağlı qarşıya qoyulan hədəf bu sahədə kütləviliyin təmin olunması, sığorta bazarının əhatə dairəsinin genişləndirilməsidir. Reallaşdırılan məqsədyönlü tədbirlərin nəticəsi olaraq respublikamızda 2021 və 2022-ci illər üzrə sığorta yığımlarında müvafiq olaraq 16 və 15 faiz artım qeydə alınıb. Artım dinamikası 2023-cü ilin əvvəlindən də yüksəkdir. Mərkəzi Bankın məlumatına əsasən, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 338 milyon 307 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 220 milyon 980 min manat sığorta haqqı toplanılıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 35.9% və ya 89 milyon 292 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 16.5% və ya 31 milyon 285 min manat artıb. Bildirilir ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 25.8% artaraq 166 milyon 259 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 0.9% artaraq 55 milyon 66 min manata bərabər olub.
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığorta yığımları isə 11 milyon 85 min manat təşkil edib. Bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.5 dəfə və ya 6 milyon 692 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar-iyul aylarında 4 milyon 392.5 min manat sığorta haqqı toplanıb. Bəhs olunan dövrdə kənd təsərrüfatı bitkilərinin sığorta ödənişlərinin həcmi 765.7 min manat olub. Ötən ilin ilk 7 ayında bu sığorta növü üzrə sığorta ödənişi olmayıb.
O cümlədən 2023-cü ilin yanvar - iyun aylarında Yaşıl Kart Sistemi çərçivəsində sığorta müqavilələrinin sayında 2.4 dəfə, sığorta haqlarında isə təqribən 6 qat artım müşahidə edilib. Bu barədə İcbari Sığorta Bürosunun yaydığı məlumatda bildirilib. Cari ilin ilk yarısında 29516 sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 7 milyon 338 min 196 manat sığorta haqqı toplanıb. Ötən ilin eyni dövründə bu rəqəm müvafiq olaraq 12365 sığorta müqaviləsi üzrə 1 milyon 266 min 972 manat təşkil edib.
Artımım ən önəmli səbəbi 1 yanvar 2023-cü il tarixindən etibarən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə Azərbaycan Yaşıl Kartlarının satılmasıdır. Belə ki, 2023-cü ilin ilk 6 ayı ərzində Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələri üçün təqribən 9 min sığorta müqaviləsi rəsmiləşdirilib və 5 milyon manata yaxın sığorta haqqı toplanıb. Həmin sığorta müqavilələrinin təqribən 7 min ədədi Qazaxıstan, 2 min ədədi isə Gürcüstan qeydiyyatında olan nəqliyyat vasitələrinə münasibətdə tərtib olunub. Beləliklə, dövr ərzində və ilk dəfə sistem çərçivəsində Azərbaycan sığortaçıları 5 milyon manata yaxın sığorta xidmətini ixrac edib. Müvafiq dövrdə Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələrinin törətdikləri hadisələr üzrə 2 500 manat sığorta ödənişi həyata keçirilib.
2022-ci ilin ilk 6 ayı ərzində 117 yol-nəqliyyat hadisəsinə görə təqribən 290 min manat, 2023-cü ilin müvafiq dövründə isə 164 yol-nəqliyyat hadisəsinə görə 550 min manata yaxın sığorta ödənişi həyata keçirilib. 2022-ci ilin ilk 6 ayı ərzində bir hadisə üzrə ortalama sığorta ödənişi 2 466 manat, cari ilin ilk 6 ayı ərzində isə 3 309 manat təşkil edib. Müqayisə edilən dövr üzrə sığorta müqavilələrinin sayına nisbətdə baş verən sığorta hadisələri faiz etibarı ilə azalmasına baxmayaraq ortalama sığorta ödənişinin 34% artım müşahidə olunub.
Ölkə üzrə maarifləndirmə layihələri davam etdirilir
Mətbuat konfarnsını açan Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin sözlərinə görə, 2021-ci ildən ölkə əhalisinin sığorta savadlılığının artırılması məqsədilə həyata keçirilən genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində çoxşaxəli tədbirlər davam etdirilir. Bu tədbirlərdən biri də 26 avqust tarix??də start veriləcək “Sığorta Festivalı” layihəsidir.
İcraçı direktorun sözlərinə görə, festival 26 avqust - 7 sentyabr tarixlərində təşkil olunacaq. Festivalın 26 avqust tarixində Bakı şəhərində Dənizkənarı Milli Park ərazisində başlamaqla Sumqayıt, İsmayıllı, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Gədəbəy, Şəki və Zaqatala regionlarında keçirilməsi nəzərdə tutulub. Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə “edutatement” formatında təşkil olunacaq.
Əsl festival ab-havası yaşanacaq
Mətbuat konfransında media nümayəndələrinə festivalın təqdimatı nümayiş etdirilib. Təqdimata əsasən, maraqlı proqramlarla təşkil olunacaq festivalda əhalinin iştirakı sərbəst olacaq. Uzunmüddətli təəssürat yaratmağı vəd edən “roadshow”da həm əyləncəli, həm də məlumatlandırıcı oyunların keçirilməsi, bununla da sığorta savadlılığının artırılması hədəflənir. Hədiyyəli müsabiqələr, musiqili proqramlar, faydalı məlumatlarla əhali əsl festival ab-havası yaşayacaq.
Qeyd edək ki, Festival Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyası maarifləndirmə layihəsinin tərkib hissəsidir.
Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir. Layihə çərçivəsində müxtəlif maarifləndirici və təşviqedici video və animasiya çarxları, poster və digər materiallar hazırlanaraq geniş auditoriyaya təqdim olunacaq.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxGündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31

