Maaş və pensiyalar artırılır
20.09.2023 [11:34]
Azərbaycanda sosial islahatların həyata keçirilməsi davamlı hal alıb. 2018-2023-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmaqla, bu islahatlar üzrə əlavə olaraq illik 6,8 milyard manat vəsait yönəldilib. Aparılan islahatlar çərçivəsində insanların gəlir imkanlarının artırılması xətti də mühüm yer tutur. Xüsusilə də respublikamızda əməkhaqlarının və pensiyaların artırılması davamlı olaraq diqqət mərkəzində saxlanılır.
Əməkhaqlarının davamlı artımları
Respublikamızda əməkhaqlarının artırılması davamlı bir ənənəyə çevrilib. Son beş ildə ölkəmizdə minimum aylıq əməkhaqqı 2,7 dəfə artırılıb. Orta aylıq əməkhaqqında 65,3 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.
Əməkhaqlarının artırılması ənənəsi 2023-cü ildə də davam etməyib. Prezident İlham Əliyevin cari ilin əvvəlində imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu Sərəncama uyğunlaşdırılıb və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edib. Ümumilikdə, minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfərə şamil olunub. Minimum əməkhaqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. 700 min vətəndaşımızı əhatə edən minimum əməkhaqqındakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrıllb.
Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əməkhaqqı alan bütün vətəndaşlarımızın maaşları artıb. Artımlar özəl sektoru da əhatə edib. Yəni yalnız dövlət sektorunda deyil, özəl sektorda çalışanlara da cari ildən etibarən 345 manatdan az əməkhaqqı verilmir.
Ölkə üzrə orta aylıq əməkhaqlarının artım dinamikası da yüksəkdir. Bu ilin ilk 7 ayında respublikamızda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 925,3 manat olub. Ekspertlərin qənaətinə görə bu ənənə perspektivdə də davam edəcək. “Hesablamalara görə ölkədə 12 faizlik inflyasiya müşahidə olunur. Güman edirəm ki, növbəti ilin əvvəlində hökumət yenidən minimum əməkhaqqını artıra bilər. Nəticədə ümumi orta aylıq əməkhaqlarının məbləği də yüksələcək”, - deyə iqtisadçı-ekspert Xalid Kərimli KİV-ə açıqlamasında bildirib.
Pensiyaçılara şad xəbər
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2023-cü il 1 iyul tarixinə ölkədə 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub. Yəni ölkə əhalisinin 10.8 faizi pensiyaçılardır. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Son bir ildə ölkə üzrə yaşa görə pensiya alanların sayı 0,4 faiz artıb. Bu yaşa görə pensiya alanların sayında kiçik də olsa artımın qeydə alınması anlamına gəlir. Orta pensiya məbləği ötən ilin uyğun dövrü ilə müqayisədə 18,2 faiz artaraq 435,0 manat olub. Əmək pensiyasının minimum məbləği isə 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən edilib.
Bəs, pensiyalarda növbəti artımlar nə vaxt gözlənilir? Bu sualla Milli Məclisin deputatı Vüqar Bayramova müraciət etdik. Milli Məclisin deputatı “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, müvafiq qanunvericiliyə uyğun olaraq orta aylıq əməkhaqqındakı artım faizi (cari ilin əvvəlindən 11 faizdən çox) növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni bu il ərzində orta maaş nə qədər artacaqsa, növbəti ildən pensiyalarda artım da o qədər olacaq.
“Hazırda indeksləşmədə iki göstəricidən (orta aylıq əməkhaqqının artım səviyyəsi və inflyasiya göstəricisi) istifadə edilir. Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əməkhaqqında artım tempinə, pensiya kapitalı isə inflyasiya göstəricisinə indeksasiya olunur. Bu ildən tətbiq olunan vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur.
Bu ilin 7 ayındakı tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar təxminən 11 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda, orta maaşda artım tempi yüksəldikcə pensiyalarda daha çox artımlar müşahidə olunacaq. Bu baxımdan, orta aylıq əməkhaqqındakı artım faizi yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir”, - deyə Vüqar Bayramov vurğulayıb.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxElanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11

