İƏT-ə uğurlu sədrlik...
11.10.2023 [10:33]
Son 20 il ərzində sürətli sosial-iqtisadi inkişaf yolu keçən Azərbaycana daim önəm verilib
Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, ölkəmiz bir sıra beynəlxalq təşkilatların fəal üzvüdür. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də aktiv siyasət həyata keçirir. Bu təşkilatlar arasında İqtisadi Əməkdaşlıq Təşkilatı xüsusi vurğulanmalıdır.
Qeyd edək ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq və Əməkdaşlıq Təşkilatı adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan sözügedən qurum 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb. Qurumun təsis proqramında davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin iqtisadi inkişafının sürətləndirilməsi, ticarətin liberallaşdırılması, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, maddi sərvətlərin səmərəli istifadəsi məsələləri qarşıya mühüm vəzifələr kimi qoyulub. Hazırda təşkilata onu yaradan 3 ölkə ilə yanaşı, Mərkəzi Asiya dövlətləri və Əfqanıstan daxildir.
Xatırladaq ki, Azərbaycan İƏT-ə 1992-ci ildə üzv olub. Təşkilata üzv olduqdan sonra Azərbaycan dövlət və hökumət başçısı səviyyəsində İƏT-in sammitində təmsil olunub. Təşkilatın 9-cu və 12-ci zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb, Bakı bəyannamələri qəbul edilib. Bu il yanvarın 24-də isə Özbəkistanın Daşkənd şəhərində İƏT-in Nazirlər Şurasının 26-cı iclası keçirilib. Toplantıda quruma sədrlik Azərbaycana keçib. Xarici işlər naziri Ceyhun Bayramov bununla bağlı bəyanatla çıxış edib. O, Azərbaycanın İƏT-in 2023-cü il üzrə sədrliyi çərçivəsində prioritet və planlarını açıqlayıb. O, “Yaşıl keçid və qarşılıqlı bağlantılar” mövzusuna həsr olunan Azərbaycan sədrliyinin təşkilatın strategiya və proqramlarının, habelə “İƏT-2025” baxışlarının irəlilədilməsi üçün əhəmiyyət daşıyacağını vurğulayıb.
Nazir, eyni zamanda, ölkəmizin 2023-cü ildə sədrliyi dövründə iqtisadiyyat, enerji, nəqliyyat, turizm və digər sahələrdə bir sıra yüksək səviyyəli görüşlərin keçiriləcəyini də vurğulayıb.
Təşkilatın əvvəlki toplantılarında Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən nəqliyyat marşrutlarının mühüm önəm daşıdığı, bu xüsusda Azərbaycanın regional nəqliyyat və tranzit dəhlizlərinin inkişaf etdirilməsi üçün görülən əhəmiyyətli işlər barədə ətraflı məlumat verilib. Bununla yanaşı, sözügedən istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi məqsədilə Türkiyə, Qazaxıstan və Özbəkistan ilə birgə üçtərəfli platformalar təsis edilib. Azərbaycan, Türkiyə və Qazaxıstan arasında ötən ilin iyun ayında Bakıda keçirilən görüşdə qəbul olunan Bakı Bəyannaməsində nəzərdə tutulan Transxəzər (Orta Dəhliz) Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə müvafiq qərarların icrası vəziyyəti yüksək dəyərləndirilib.
İƏT-in Xarici İşlər Nazirləri Şurasının iclaslarında Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması təşəbbüsünün əhəmiyyəti diqqətə çatdırılıb, bu infrastrukturun bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağı qeyd edilib. Bütün bunlarla bərabər, Zəngəzur dəhlizinin Orta dəhlizin tərkib hissəsi olmaqla həm də Avropadan Asiyaya gedən beynəlxalq marşruta alternativ kimi çıxış edərək regionun inkişafına təkan verəcək bir nəqliyyat xətti, Şimal ilə Cənub, Qərb ilə Şərq nəqliyyat dəhlizlərini birləşdirən önəmli arteriya kimi dəyərləndirilib.
İƏT fəaliyyətində üzv ölkələr arasında son 20 il ərzində sürətli sosial-iqtisadi inkişaf yolu keçən Azərbaycana daim önəm verib. Bu ilin əvvəlində Azərbaycanın təşkilata sədrlik etməsi də bu etimadın göstəricisidir. Oktyabrın 10-da təşkilatın sədri olaraq Azərbaycan İƏT-in Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasına ev sahibliyi edib. Toplantı Qarabağın incisi Şuşa şəhərində keçirilməsi ilə əlamətdardır. Xatırladaq ki, bu il oktyabrın 4-5-də İranın Ərdəbil şəhərində İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri təşkilatın 2026-cı il üçün turizm paytaxtı seçilib. Həmin toplantıda Azərbaycanı Dövlət Turizm Agentliyinin nümayəndə heyəti təmsil edib. Tədbir çərçivəsində üzv dövlətlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair geniş müzakirə aparılıb, müvafiq sahə üzrə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib. Bütövlükdə, 27-ci iclasın Şuşa şəhərində keçirilməsi Azərbaycan həqiqətlərinin beynəlxalq birliyə çatdırılması baxımından vacib addımdır.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08

