“Heydər Əliyev İli”nin sosial uğurları
31.12.2023 [10:24]
Ölkəmizdə “Heydər Əliyev İli” sona çatmaq üzrədir. Bu ildə də müstəqil Azərbaycan uğurlu inkişafını davam etdirərək həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atdı. O cümlədən “Heydər Əliyev İli”ndə də əhalinin rifah halının yaxşılaşdırılması, gəlir imkanlarının artırılması dövlət siyasətinin prioritetlərindən birini təşkil edib. İl ərzində bu sahədə reallaşdırılan tədbirlərin siyahısı çox genişdir. Onlardan bəzilərinə nəzər salaq.
Əməkhaqlarının artırılmasında davamlı ənənə
Respublikamızda əməkhaqlarının artırılması davamlı bir ənənəyə çevrilib. Son beş ildə ölkəmizdə minimum aylıq əməkhaqqı 2,7 dəfə artırılıb. Orta aylıq əməkhaqqında 65,3 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.
Əməkhaqlarının artırılması ənənəsi 2023-cü ildə də davam edib. Prezident İlham Əliyevin cari ilin əvvəlində imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu Sərəncama uyğunlaşdırılıb və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edib. Ümumilikdə, minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfərə şamil olunub. Minimum əməkhaqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. 700 min vətəndaşımızı əhatə edən minimum əməkhaqqındakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılıb.
Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əməkhaqqı alan bütün vətəndaşlarımızın maaşları artıb. Artımlar özəl sektoru da əhatə edib. Yəni, yalnız dövlət sektorunda deyil, özəl sektorda çalışanlara da cari ildən etibarən 345 manatdan az əməkhaqqı verilmir.
Ölkə üzrə orta aylıq əməkhaqlarının artım dinamikası da yüksəkdir. 2023-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 921,1 manat olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə 2023-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1729,4 min nəfər olub, onlardan 896,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Qeyd edək ki, muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Pensiyalarda və digər sosial ödənişlərdə artımlar
Azərbaycanda minimum pensiya son 20 ildə 10 dəfə artıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2023-cü il 1 iyul traixinə ölkədə 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub. Yəni, ölkə əhalisinin 10.8 faizi pensiyaçılardır. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Əməkhaqları kimi, pensiyalar da davamlı olaraq artırılır. 2023-cü ildə orta pensiya məbləği ötən ilin uyğun dövrü ilə müqayisədə 18,2 faiz artaraq 435,0 manat olub. Əmək pensiyasının minimum məbləği isə 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən edilib.
Bu ilin 11 ayında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 482 min nəfərə sosial müavinət, 377 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz çox olmaqla 915 mln. manat, Prezident təqaüdləri üzrə 20 faiz çox olmaqla 592 mln. manat ödənilib. Yanvar-noyabr aylarında 125 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 554 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
2023-cü ilin 11 ayı ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 1 mlrd. 224 mln. manat və ya 20,2 faiz çox olmaqla 7 mlrd. 285 mln. manat ödənilib. Bu ilin əvvəlindən növbəti sosial islahat paketi reallaşdırılaraq pensiya, müavinət və təqaüdlərin, habelə ehtiyac meyarı həddinin növbəti dəfə artırılması təmin edilib. Ötən il pensiyaçılara verilən maddi yardımlar da bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək, pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 2023-cü il yanvarın 1-dən 14,7 faiz indeksləşdirilərək artırılıb.
1300-dən çox şəhid ailəsinin və qazinin mənzillərlə təmin olunması
Azərbaycanın şəhid ailələrinə və qazilərə qayğı siyasətinin mühüm bir istiqamətini onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması təşkil edir. Dünyada hansısa bir səbəbdən müharibəyə cəlb olunan ölkələrin sayı çoxdur. Ancaq onların heç də hamısında döyüşlərdə həlak olanların ailələrinə və yaxud əlillik qazanan hərbçilərə dövlət tərəfindən inşa olunan mənzillər verilmir. Respublikamız isə dünya üzrə müharibədə həlak olan hərbçilərin ailələrini və qaziləri dövlət vəsaiti ilə tikilən mənzillərlə təmin edən azsaylı ölkələr sırasında yer alır. Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması proqramı uğurla həyata keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn hərbiçilərimizin ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin mənzil və ya fərdi evlərlə təminatını nəzərdə tutur.
Müvafiq proqrama uyğun olaraq ölkəmizdə 2025-ci ilədək 11 min şəhid ailəsinin və qazinin mənzillərlə təmin edilməsi planlaşdırılır. Bu proqramın əhatə dairəsi getdikcə genişlənir. Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixdə imzaladığı növbəti Sərəncama əsasən Vətən müharibəsi Qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir.
Respublikamızda müvafiq kateqoriyadan olan ailələrin və şəxslərin mənzillə təminatı tədbirlərinə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb. İş elə gətirib ki, artıq sona yaxınlaşan “Heydər Əliyev İli”ndə şəhid ailələri və qazilər bir neçə dəfə hər cür rahatlıqlara malik mənzillərlə təmin olunmağın sevincini yaşayıblar. Bu kateqoriyadan olan ailələrin və şəxslərin daha bir qrupu dövlət vəsaiti hesabına inşa edilən mənzillərlə təmin olunmağın xoş hisslərinin “Heydər Əliyev İli”nin son günlərində keçiriblər. Belə ki, bir neçə gün bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində MİDA-nın Hövsan Yaşayış Kompleksində, Gəncə şəhərində, eləcə də Ağstafa, Beyləqan, Cəlilabad, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Qusar, Masallı, Sabirabad, Salyan, Yevlax, Zaqatala və Zərdab rayonlarında ümumilikdə 200 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.
4 saylı DOST Mərkəzində keçirilən tədbirdə mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev təqdim edib. Bu münasibətlə keçirilən tədbirdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramının 5 dəfə genişləndiyi vurğulanıb. Hazırda yeni təqdim edilən mənzillər də daxil olmaqla şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara “Heydər Əliyev İli”ndə 1300-dən çox, postmüharibə dövründə 5800, ümumilikdə, ötən dövrdə 14600 mənzil və fərdi ev verilib.
Ünvanlı sosial yardımın aylıq məbləği 3 dəfə artıb
Son 5 ildə Azərbaycanda ünvanlı sosial yardımın aylıq məbləği 3 dəfə artıb. Artım tendensiyası artıq başa çatmaqda olan “Heydər Əliyev İli”ndə də yüksək olub. 2023-cü il üçün ehtiyac meyarının həddi ötən ilə nisbətən 23 faiz artırılmaqla 246 manat müəyyən olunub ki, bu artımla ünvanlı yardımların da məbləği də yüksəlib. Ailənin orta aylıq gəliri ailənin üzvlərinin hər biri üzrə ehtiyac meyarının cəmindən aşağı olduqda ailəyə arada yaranan fərq qədər yardım təyin olunur. Beləliklə, cari ildə ehtiyac meyarının artması aztəminatlı ailələrə təyin olunan ünvanlı yardımın da artmasına səbəb olub. Ümumilikdə, ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə bu il 36 faiz artıb. Eyni zamanda, ünvanlı sosial yardımların təyin edilməsi mexanizmi sadələşdirilib və sahədə şəffaflq təmin edilib. Hazırda ölkə üzrə 65 min ailə ünvanlı sosial yardım alır. 2023-cü ildə edilən artımlardan sonra ailə başına orta hesabla 490 manata yaxın vəsait ödənilir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 21:44
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19

