Davos - 24-dən gözləntilər
11.01.2024 [10:50]
Ənənəvi Davos İqtisadi Forumunun növbəti toplantısının vaxtı məlum olub. Qurumun saytında yer alan məlumata əsasən, Davos Dünya İqtisadi Forumunun sayca 54-cü illik toplantısı 15-19 yanvar 2024-cü il tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək. Məlum olduğu kimi, yeni növ koronavirus pandemiyası bütün dünyada sərt qapanmalara səbəb olmuşdu, o cümlədən də bəhs olunan Forumun keçirilməsində fasilə yaranmışdı. Qeyd olunan tarixdə yüksək beynəlxalq nüfuza malik Forum yeni növ koronavirus pandemiyasının pik mərhələsindən sonra ikinci dəfə toplanacaq.
Forumun tarixinə qısa ekskurs
Davos İqtisadi Forumu isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. Klaus Şvebs həmin ildə Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq yeni formatda simpozium keçirib. Burada qlobal iqtisadiyyatın o dövr üçün aktual məsələləri ətrafında müzakirələr aparılıb və ümumi strategiyanın hazırlanmasının zəruriliyinə diqqət çəkilib. Simpoziuma qatılan alimlərin və digər iştirakçıların nüfuzu böyük idi, onların təhlilləri və proqnozları müxtəlif dairələrdə ciddi qəbul olunurdu. Beləliklə, qlobal iqtisadiyyatın vəziyyəti və perspektivləri ilə bağlı keçirilən ilk simpozium və onun ardınca baş tutan növbəti tədbirlər, həmçinin aparılan təşviq və təbliğ öz bəhrəsini verdi. Qısa müddətdə auditoriya əhəmiyyətli dərəcədə genişləndi. Ötən əsrin 70-ci illərinin ortalarından etibarən forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və böyük biznesdə uğur qazanan iş adamları da qatılmağa başladılar. 1987-ci ildən etibarən iqtisadçı alimlərin təşəbbüsü ilə keçirilən tədbirlər Dünya İqtisadi Forumu adını aldı və qlobal əhəmiyyət daşıyan platformaya çevrildi.
Davos forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən “dövlətlərin qlobal rəqabətə davamlılığı” adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında - potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.
Davos İqtisadi Forumu yalnız qlobal iqtisadiyyatın vəziyyətini dəyərləndirmir. Burada irəli sürülən ideyalar, təşəbbüslər bütövlükdə qlobal iqtisadiyyata yeni inkişaf meylləri gətirir. Eyni zamanda, DİF çərçivəsində hökumətlər və şirkətlər arasında əməkdaşlıq əlaqələri qurulur və qlobal inteqrasiya daha da dərinləşir.
Azərbaycanın Forumla sıx əməkdaşlığı
Müstəqil Azərbaycanın DİF-də iştirakı ötən əsrin doxsanıncı illərinin ortalarından başlayıb. 27-31 yanvar 1995-ci il tarixində Prezident Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində ölkəmizə həsr olunan görüş keçirilib. Heydər Əliyev respublikamız haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. O, Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin olduğunu və respublikamızın bu resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edib. Heydər Əliyev Dünya İqtisadi Forumuna növbəti dəfə 27-30 mart 2000-ci ildə qatılıb. Heydər Əliyev DİF çərçivəsində keçirdiyi görüşlərdə ölkəmizin iqtisadi siyasətini diqqətə çatdırmaqla yanaşı, keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri də müzakirələrə çıxardırdı.
Sonrakı mərhələdə Prezident İlham Əliyev bir neçə dəfə Davos İqtisadi Forumuna qatılıb. Dövlətimizin başçısı forum çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra məşhur şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirib və müxtəlif mövzularda aktual müzakirələrə qatılıb. Diqqəti çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, bu görüşlərdə və müzakirələrdə Azərbaycana böyük maraq ifadə olunub, o cümlədən dövlətimizin başçısı ilə görüşlərdə dünyada məşhur olan şirkətlərin yüksəkvəzifəli rəsmiləri ölkəmizin iqtisadi sahədə qazandığı uğurları, respublikamızın investisiya cəlbediciliyini, əlverişli biznes mühitini yüksək dəyərləndiriblər. Prezident İlham Əliyev DİF-in qlobal pandemiyadan əvvəl 2020-ci ilin yanvarında, həmçinin pandemiyadan sonra 2023-cü ilin yanvarında baş tutan toplantılarında da iştirak edib.
Öz növbəsində Davos İqtisadi Forumu hesabatlarında ölkəmizin uğurlarını yüksək dəyərləndirir. DİF-in pandemiyadan əvvəl -2019-cu ildə açıqladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi ayrı-ayrı pozisiyalar üzrə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Xatırladaq ki, DİF-in qlobal pandemiyadan əvvəl keçirilən son toplantısı çərçivəsində Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Sənədi Prezident İlham Əliyev və Forumun prezidenti Borge Brende imzalayıblar. Qeyd edək ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.
Forumun pandemiyanın pik mərhələsindən sonra ilk dəfə ötən ilin yanvarında keçirilən toplantısında dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox yüksək ranqlı siyasət, elm, iqtisadiyyat və media mənsubları bir araya gəlib. Forumda cəmiyyətləri və iqtisadi dairələri maraqlandıran qlobal mövzularda müzakirələr aparılıb. Transmilli media ötənilki toplantının siyasi çalarlarını xüsusi olaraq diqqət mərkəzində saxlayıb: pandemiya başlayandan ilk dəfə yüksək ranqlı Çin nümayəndə heyətinin iştirakı, Rusiyanın forumda təmsil olunmaması və Ukraynanın geniş heyət və mövzularla ön planda dayanması diqqətçəkən məqamlar olub. Bir neçə gün davam Forumun gündəliyində iqlim dəyişiklikləri, inflyasiya və aşağı inkişaf səviyyəsi kimi qlobal iqtisadi çağırışlar, yüksək borclanma və ərzaq qıtlığı probleminə qarşı mübarizə kimi mövzular əks olunub.
Dörd mühüm istiqamət üzrə təşkil olunacaq Davos - 2024
Builki toplantıda 100-dən çox hökumət və dövlət başçısı, aparıcı beynəlxalq təşkilatların rəhbərləri və Forumun 1000 tərəfdaş şirkəti, eləcə də vətəndaş cəmiyyətinin liderləri, qabaqcıl ekspertlər, gənc liderlər, sosial sahibkarlar və medianın təmsil olunacağı gözlənilir. Qeyd edək ki, “Etimadın bərpası” devizi altında keçirilən forumun məqsədi kollektiv fəaliyyət azadlığını bərpa etmək və liderlər arasında şəffaflıq, ardıcıllıq və hesabatlılıq kimi əsas prinsipləri gücləndirməkdir. Məqsəd getdikcə mürəkkəbləşən mühitdə elm, sənaye və cəmiyyətdə ən son nailiyyətləri təqdim etməklə uzaqgörənliyi, perspektiv fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir. Forum dörd istiqamət üzrə təşkil olunub. Bunlar aşağıdakılardır:
1. Parçalanmış dünyada təhlükəsizlik və əməkdaşlığa nail olmaq. Forumun bütün regionlardan olan hökumət, beynəlxalq təşkilatlar və ekspertlərlə uzunmüddətli və strukturlaşdırılmış əməkdaşlığına əsaslanaraq, biz Yaxın Şərqdəki mövcud vəziyyət kimi təhlükəsizlik böhranları ilə effektiv şəkildə necə mübarizə apara bilərik? Bütün maraqlı tərəflər üçün uduşlu ssenarini təmin etmək üçün əməkdaşlığın vacib olduğu sahələri necə müəyyən edə bilərik?
2. Yeni dövr üçün iqtisadi artım və yeni iş yerlərinin yaradılması. Hökumət, biznes və vətəndaş cəmiyyəti onilliklər ərzində aşağı iqtisadi artımdan qaçmaq və insanları daha firavan bir trayektoriyanın mərkəzinə qoymaq üçün yeni iqtisadi sistem ətrafında necə birləşə bilər? Ənənəvi tədbirlərin uğursuz göründüyü bir şəraitdə kompromisləri necə minimuma endirmək və sinerjini necə maksimuma qaldırmaq olar?
3. Süni İntellekt iqtisadiyyat və cəmiyyət üçün hərəkətverici qüvvə kimi. Hamıya fayda gətirmək üçün Sİ-dən necə istifadə edə bilərik? Fərqli tənzimləmə mühitində innovasiya sosial risklərlə necə tarazlaşır? Süni İntellekt 5G/6G, kvant hesablama və biotexnologiya da daxil olaqla digər transformativ texnologiyalarla necə qarşılıqlı əlaqədə olacaq?
4. İqlim, təbiət və enerji üçün uzunmüddətli strategiya. Enerji, qida və suya sərfəli, təhlükəsiz və inklüziv çıxışı təmin etməklə 2050-ci ilə qədər karbon-neytral və ekoloji cəhətdən müsbət təbiətli dünya məqsədlərinə nail olmaq üçün uzunmüddətli sistemli yanaşmanı necə inkişaf etdirə bilərik? Sosial konsensusa nail olmaq üçün bu mübadilələri necə tarazlayırıq?
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31

