İqtisadi inkişafın yeni prioritetləri...
19.01.2024 [10:35]
Müasir Azərbaycanın 20 illik inkişaf tarixi və quruculuq salnaməsi Ümummilli lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi, modernləşməsi və daha da qüdrətli dövlət statusu əldə etməsində və müasir iqtisadi intibah mərhələsinə daxil olmasında Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən müdrik iqtisadi siyasətin uğurları mühüm yer tutmuşdur. Ötən 20 il ərzində Azərbaycanda misli görünməmiş quruculuq işləri aparılmış, xüsusilə də iqtisadi, sosial sahələrdə möhtəşəm uğurlara imza atılmışdır.
Müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunun banisi olan Heydər Əliyevin qətiyyətli siyasətinə öz tükənməz enerjisi ilə töhfə verən İlham Əliyev gənc yaşlarından dövlətin iqtisadi-siyasi ənənələrinin və inkişaf modelinin yaranmasında yaxından iştirak etmiş, həmin illərdə ölkəmizin iqtisadi həyatında xüsusilə vacib faktora çevrilmiş enerji diplomatiyasının uğurlarında misilsiz xidmətləri olmuşdur. Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışdığı dövrdə neft müqavilələri ilə bağlı aparılan gərgin müzakirələrdə birbaşa iştirak edən İlham Əliyevin “Əsrin müqaviləsi”nin birbaşa Azərbaycanın milli maraqları və mənafeyinə uyğun hazırlanması və imzalanmasında praqmatik, əzmkar fəaliyyətinin mühüm nəticələri olmuşdur.
2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm əlamətdar hadisə kimi qalmış, müasir siyasi tariximizə yeni mərhələnin başlanması kimi daxil olmuşdur.
Prezident İlham Əliyev 2003-cü ildə ali kürsüyə seçildikdən sonra əsas fundamental işi güclü Azərbaycanı qurmaq və iqtisadi qüdrətini artırmaqla bir nömrəli problemimizi - Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsini həll etmək idi. Dövlətin ali siyasi kürsüsünə yiyələnmiş siyasi lider torpaqlarımızın 20 faizinin erməni işğalı altında olması kimi ağrılı və çətin bir mirası üzərinə götürmüş, güclü ordu və güclü dövlət konsepsiyasının əsas fundamental sütunu olan güclü və yeni iqtisadiyyat quruculuğu məsuliyyətinin altına girmişdir. Eyni zamanda, beynəlxalq siyasi və iqtisadi münasibətlər sistemində hələ də yeri və rolu zəif olan Azərbaycanın etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi qüdrətini artırmaq Onun qarşısında dayanan əsas məsələlərdən idi. Ümumilikdə, bütün bu faktorların öz gerçək həllini tapmasında başlıca vəzifə güclü iqtisadiyyatın formalaşdırılmasından ibarət idi.
İlham Əliyev yeni rəhbər kimi ölkənin və onun qarşısında dayanan bütün məsələlərin necə və hansı yolla həll edilməsini hər kəsdən yaxşı bilirdi. O 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimində söylədiyi proqram xarakterli tarixi nitqində bu məqamlara çox dəqiq və əsil siyasətçi kimi toxunmuşdu. Fəaliyyət manifestini elan edən cənab İlham Əliyev hər kəsin gözlədiyi vacib məsələlərə diqqət çəkərək ölkəmizdə davam etdiriləcək geniş islahatların, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu proseslərinin anonslarını vermişdi. “Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik. Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir.
Beləliklə, uzaqgörən, müdrik siyasət yürüdərək ölkəmizin daim artan iqtisadi potensialını ardıcıl olaraq peşəkar ordu quruculuğuna yönəltdi. Onun unikal iqtisadi idaretmə istedadı sayəsində Azərbaycan Cənubi Qafqazın lider iqtisadi gücünə çevrildi, Onun unikal iqtisadi idarəetmə istedadı sayəsində Azərbaycan Cənubi Qafqazın lider iqtisadi gücünə çevrildi, 2003-2023-cü illərdə Ümumi Daxili Məhsul (ÜDM) 14,8 dəfə artaraq 134 milyard manata çatdı, dövlət büdcəsinin gəlirləri 25,2 dəfə artaraq 1,2 milyard manatdan 35,8 milyard manata yüksəldı, büdcənin xərcləri 27 dəfə artaraq 1,3 milyard manatdan 36,6 milyard manata çatdırıldı. Təkcə, hərbi-müdafiə xərcləri 35 dəfəyə yaxın artdı, əgər həmin xərclər 2003-cü ildə 150 milyon manat idisə, 2023-cü ildə 5,3 milyard manatı üstələdi.
Məhz bu güclü iqtisadi arxitektura və hərbi büdcə sayəsində rəşadətli Ordu quruldu və 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanıldı. 2023-cü ilin sentyabr ayında bir günlük lokal antiterror əməliyyatları nəticəsində Zəfərin ən qürurverici səhifəsi və münaqişənin son akkordu tamamlandı, Azərbaycanın dövlət suverenliyi və Konstitusiya hüquqları 86,6 min kv.km ərazilərinin hər bir nöqtəsində təmin olundu.
Qətiyyətli enerji diplomatiyasının uğurlu müəllifi olan İlham Əliyev Bakı-Tbilsi-Ceyhan, Bakı-Tbilis-Ərzurum, TANAP, TAP və digər qlobal trans-enerji arteriyalarını gerçəkləşdirməklə Azərbaycanın iqtisadi intibahının dayanıqlığını təmin etdi. Neft-qaz layihələrindən əldə edilən milli dividentlər Onun müdrik idarəetməsi sayəsində qeyri-neft iqtisadiyyatının inkişafında mühüm rol oynadı, ölkəyə xarici investisiyaları təşviq etdi, nəticədə 2003-2023-cü illər ərzində ölkə iqtisadiyyatında əsas kapitala ümumilikdə 300 milyard manat investisiya yatırıldı. Neft gəlirlərinin uğurlu idarə olunması sayəsində Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi son 20 ildə 47 dəfədən çox artaraq 68 milyard dollara yüksəldi.
Onun müəllifi olduğu digər uğur modeli regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarıdır. Bu dövlət strategiyasının icrası sayəsində 2003-cü ildən sonrakı dövrdə Azərbaycan iqtisadiyyatı həm struktur, həm də inkişaf meyarları baxımından yeni inkişaf mərhələsinə qədəm qoydu, regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə edilməsi kənd təsərrüfatı məhsullarının, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin istehsalına əhəmiyyətli təkan verdi. Eyni zamanda, Dövlət Proqramlarının icrası etibarilə biznes mühitinin möhkəmlənməsinə və milli sahibkarlıq təbəqəsinin artan gücü sayəsində ixracyönümlü məhsul istehsalının və qeyri-neft iqtisadiyatında əlavə dəyəri formalaşdıran mənbələrin böyüməsinə, bölgələrdə ən müasir rəqabətədavamlı istehsal, xidmət və emal müəssisələrinin sayının artırılması sayəsində əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və nəticə etibarilə sosial rifahın güclənməsinə və yoxsulluğun səviyyəsinin azalmasına səbəb oldu.
Öz ərazi bütövlüyünü və Konstitusiya quruluşunu bərpa etmiş Azərbaycan post-münaqişə dövrünün yeni tələbləri əsasında öz milli inkişaf hədəflərini müəyyən edib. 2030-cu ilə qədər müəyyən edilmiş sosial-iqtisadi inkişaf prioritetləri 5 sütuna söykənir.
1. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
5. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Bu prioritetlərin gerçəkləşməsi üçün ölkə iqtisadiyyatının qarşısında yeni nəsil struktur islahatları, iqtisadi artımın qeyri-neft mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümlüyünün gücləndirilməsi əsas tələblərdəndir.
Buna ölkənin imkanları və iqtisadi potensialı adekvatdırmı?
Yaxın beşillik proqnozlara əsasən, Azərbaycan iqtisadiyyatında iqtisadi artımın əsas mənbəyi qeyri-neft gəlirləri olacaq və məhz həmin resurslar əsasında ÜDM-in həcmi 135,6 milyard manata çatacaq. Belə ki, ÜDM-də 2023-cü il üzrə qeyri-neft gəlirlərinin 77,6 milyard manat və ya 64,9 faiz, 2024-cü ildə 84,2 milyard manat və ya 71,1 faiz təşkil edəcəyi gözlənilir. 2027-ci ildə isə bu rəqəmin 106,8 milyard manat və ya 78,7 faizə çatacağı proqnozlaşdırılır.
Strategiyaya əsasən, ilk beş ilikdə kənd təsərrüfatı hər il orta hesabla 4 faiz, qeyri-neft-qaz sənayesi 8,3 faizə artacaq, sənaye zonalarının qeyri-neft sənaye istehsalında payı 15 faiz, qeyri-neft sənaye ixracında payı isə 25 faiz təşkil edəcəkdir. Azərbaycan iqtisadiyyatının inkişaf ssenarilərində işğaldan azad olunmuş regionların ölkə iqtisadiyyatına reinteqrasiyası da əhəmiyyətli təməl və resurslardan biri olacaq. Həmin regionların inkişafı ilə bağlı olan investisiya və yenidənqurma siyasəti çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bu göstəricilərin daha da yaxşılaşmasına şərait yaradacaq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycan iqtisadiyyatına reinteqrasiyasının təmin olunması bir çox iqtisadi sektorlara yeni nəfəs verəcək, qeyri-neft əlavə dəyərinin yaranmasını stimullaşdıracaqdır.
Prezident İlham Əliyevin zəngin çoxşaxəli və unikal dövlətçilik təcrübəsi və bənzərsiz fəaliyyəti təsdiqləyir ki, Azərbaycanda dövlət quruculuğu çox etibarlı və möhkəm əllərdədir. Azərbaycan regionun lider dövləti statusunda mövqeyini möhkəmləndirərək həm də regional iqtisadi güc faktorudur, bu faktor isə ölkəmizin uzunmüddətli intibahının əsaslı zəmanətlərindən biridir.
Elbrus Cəfərli
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

