Beynəlxalq reytinqimiz sabit, investisiya mühiti cəlbedicidir
27.02.2024 [10:36]
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində, müsbət proqnozla təsdiqləyib. Təşkilatın hesabatında bildirilir ki, Azərbaycanın çox güclü xarici balansı və fiskal mövqeyi, aşağı dövlət borcuna malik olması və suveren fondun (Dövlət Neft Fondu) böyük aktivlərinin dayanıqlılığı yüksək maliyyə çevikliyini dəstəkləyir ki, bu da sabit reytinq göstəricisinin müəyyən edilməsində əsas faktorlardır. Eləcə də Azərbaycanın tədiyyə balansının cari balansı, iqtisadi artımın əldə olunması, xarici maliyyə öhdəliklərinin çevik idarə olunması və digər amillər də ölkəmizin reytinq üzrə proqnozunun sabitliyini şərtləndirib.
“BB+” reytinqi nəyi ehtiva edir?
İlk öncə qeyd edək ki, qlobal iqtisadi mühitdə hələ də davam edən mürəkkəb geosiyasi risklər və qeyri-sabitlik şəraitində “Fitch Ratings” tərəfindən Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BB+” investisiya səviyyəsində təsdiq olunaraq proqnozun “pozitiv”də saxlanılması ölkə iqtisadiyyatının dayanıqlılıq potensialını nümayiş etdirir. Mövcud reytinq qiymətləndirməsi müəyyən edilərkən Azərbaycanın cari balansı üzrə göstəricilərə xüsusi diqqət yetirilib. Ölkəmizin maliyyə sektorunun həddindən artıq dözümlü olması, valyuta-bank sisteminin sağlamlığı, real sektorun bütün bölmələrində artım tempinin davam etməsi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyini yüksəldib və böhranın bütün fazalarının ölkəmizə mənfi təsirlərinin qarşısının alınması milli valyutanın dəyərinin möhkəmlənməsinə əlverişli zəmin yaradıb. Belə ki, ötən il ticarət əməliyyatları üzrə balans müsbət dinamika ilə müşayiət edilib, cari hesabın profisiti ixracın müsbət saldosu hesabına böyüyüb. 2023-cü ildə neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, cari balans olduqca qənaətbəxş səviyyədə qalıb, “Fitch Ratings”in analitiklərinin qənaətinə görə, Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqi 2024-2025-ci illərdə də profisitlə davam edəcək. Bu vəziyyət suveren aktivlərin dayanıqlılığını da təmin edəcək. Belə ki, hazırda Azərbaycanın valyuta aktivləri 70 milyard dollara yaxınlaşıb və strateji ehtiyatların 80%-i Dövlət Neft Fonduna (DNF) məxsusdur. Növbəti illərdə enerji gəlirlərinin sabitliyi fonunda DNF-nin investisiya portfelində rekord yüksək gəlirlilik qalacaq. Hazırda ölkənin strateji ehtiyatları ÜDM-in təxminən 67-68 %-ni təşkil edir ki, bu da güclü təhlükəsizlik yastığı deməkdir. Azərbaycanın xalis aktivləri 2024-2025-ci illərdə də sabit qalacaq ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstərici hesab oluna bilər. Bununla yanaşı, Azərbaycanın güclü maliyyə vəziyyətinin təmin olunmasında qeyri-enerji amillərinin də təsiredici rolu az deyil. Belə ki, Azərbaycanda neft hasilatı həcmlərinin azaldılması və enerji gəlirlərinin əvvəlki illərə nisbətən aşağı düşməsinə baxmayaraq, qeyri-neft sektorunun güclü artımı ilə maliyyə gəlirlərinin artımı kompensasiya edilib ki, bu da, büdcə xərclərinin neft daxilolmalarının azalması və digər mənbələr hesabına stimullaşdırılmasına səbəb olub. Bu tendensiyanın qarşıdakı illərdə davam edəcəyi gözlənilir ki, bu da maliyyə sabitliyinin qeyri-neft dayaqları üzərində köklənməsinə işarədir. Bu xüsusda növbəti illər ərzində Azərbaycanın fiskal və tədiyyə balansının müsbət səviyyəsi dəstəklənəcəkdir.
“Fitch”in bu reytinqi həm də ona dəlalət edir ki, Azərbaycanın güclü milli valyuta ehtiyatları və suveren fondları milli valyutanın sabitliyi üçün də dayanıqlılığı təmin edir. Yəni mövcud ehtiyat portfeli manatın xarici valyuta qarşısında məzənnəsinə ciddi təsir və təzyiq edəcək amilləri tamamilə neytrallaşdırır. Yeri gəlmişkən, “Fitch Ratings”in proqnozlarına görə, Azərbaycan manatının məzənnəsi ortamüddətli perspektivdə indiki nisbətdə qalacaq və bu, həm də bəzi dairələrdə yayılan devalvasiya söhbətlərinin gerçəklikdən uzaq olmasını əsaslandırır. Manatın məzənnəsi 2027-ci ilədək sabit qalacaq. Bununla yanaşı, manatın sabit məzənnəsinin qorunması üçün ölkənin iqtisadi blokunun, ələlxüsus da Mərkəzi Bankın güclü təsiredici və tənzimləyici prioritetləri mövcuddur. Azərbaycan Mərkəzi Bankı valyuta məzənnəsinin dayanıqlılığını təşviq edən alətləri optimallaşdırır, xüsusilə də valyuta bazarını və bank faizlərini yaxşılaşdırmaq üçün tənzimləyici alətləri çevik şəkildə saxlayır.
“Fitch Ratings”in reytinqində əsas faktorlardan biri kimi xarici borc amili də mühüm yer tutur. Azərbaycan hazırda regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır. Ölkəmizdə borcun ÜDM-də payı 10 faizdən də aşağıdır. Beynəlxalq praktikada xarici borcun ÜDM-də nisbəti 50 faizi ötdükdə bu, təhlükəli hədd sayılır. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir. Azərbaycan xarici borcun bu nisbətinə görə, MDB, Asiya və Şərqi-Avropa regionu ölkələrinin əksəriyyətindən xeyli yaxşı mövqedədir. Həmçinin Azərbaycanda inflyasiya ilə bağlı vəziyyət də qənaətbəxş qiymətləndirilir. 2023-cü ildə 9%-ə enmiş inflyasiyanın 2024-cü ildə 4,5%-ə qədər azalacağı proqnozlaşdırılır ki, bu da yüksək əmtəə qiymətlərini azaldacaq.
“BB+” reytinqi Azərbaycanın investisiya mühiti üçün nə vəd edir?
“Fitch” beynəlxalq reytinq agentliyinin Azərbaycanın kredit reytinqi ilə bağlı nikbin proqnozu investisiya və maliyyə sektorları üçün də ümidverici ssenarilərə zəmin yaradır. “BB+”kredit reytinqinin təsdiq edilməsi ölkəmizə beynəlxalq maliyyə qurumları tərəfindən etimadın ötən dövr ərzində qorunub saxlanılmasının bariz göstəricisidir. Mövcud kredit reytinqi ölkəmizin investisiya qabiliyyətinin yüksək göstəricisi kimi səciyyələndirilə, beynəlxalq səviyyəli investisiya reytinqi sayıla bilər. Bu, respublikamızın beynəlxalq statusa malik potensial investor və dünyada sərmayəçi ölkə kimi imicinin möhkəmlənməsinə də dərin əsaslar yaratmış olur.
Elbrus Cəfərli
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41

