Azərbaycan-Rusiya iqtisadi əlaqələri inkişaf edir
01.03.2024 [10:47]
İki ölkənin regionları arasında fəal əməkdaşlıq mövcuddur
N.BAYRAMLI
Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr inkişaf edir. Fevralın 28-də Rusiyanın Stavropol diyarının Mineralnıe Vodı şəhərində 12-ci Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Azərbaycanın İqtisadiyyat Nazirliyinin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və mətbuat işçiləri iştirak ediblər.
Forum işini KOB sahəsində əməkdaşlığa həsr olunmuş B2B və B2G formatlarında görüşlər və müxtəlif istiqamətlər (“Sənaye sektorunda gələcəyin texnologiyaları”; “Rusiya-Azərbaycan ekoloji dialoqu: standartlar, prioritetlər, perspektivlər”; “Sənaye kooperasiyası: aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq”; “Rusiya Federasiyasının Şimali Qafqaz Federal Dairəsinin və Azərbaycan Respublikasının ixracatçılarının xarici ticarət əməliyyatlarının müasir xüsusiyyətləri”) üzrə dəyirmi masalarda təşkil olunmuş müzakirələrlə başlayıb.
Forumun yekununda keçirilən plenar iclasda Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin forum iştirakçılarına müraciətləri oxunub. Azərbaycan Prezidentinin müraciətində qeyd olunub ki, qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlığımız praktik olaraq bütün sferaları əhatə edir. Belə formatlarda regionlararası forumlar özünün effektivliyini sübut edib. Bu gün ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlıq inkişaf edir, əmtəə dövriyyəsi artır, yeni istiqamətlər üzrə iş aparılır. Forum çərçivəsində nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və ekoloji sahələrdə əməkdaşlığın nəzərdə tutulması iki ölkənin regionlararası səviyyədə daha dərin əlaqələrə can atdığını göstərir.
İclasda çıxış edən Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı hörmət, mehriban qonşuluq prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsindədir. O, dövlətlərimizin başçılarının ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini və onların həlledici təşəbbüslərinin forumun mötəbər platformaya çevirərək ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını bildirib.
Şahin Mustafayev, həmçinin qeyd edib ki, 2018-ci ildə Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin, 2019-cu ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, 2023-cü ildə isə Baş nazirlərin Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirakı hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir.
Cari il yanvarın 22-də imzalanmış “2024-2026-cı illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsi”nin vacibliyini vurğulayan Şahin Mustafayev bunun ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa töhfə verəcəyini xüsusilə qeyd edib. O əlavə edib ki, Yol xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur.
Diqqətə çatdırılıb ki, Rusiya Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir və qeyri-neft məhsullarımızın ixracında birinci yerdədir. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 17,5 faiz artaraq 4,4 milyard dollara çatmışdır. Həmçinin investisiya sahəsində əməkdaşlığı xüsusilə qeyd edilərək Azərbaycanda Rusiyanın iştirakı ilə böyük investisiya layihələrinin həyata keçirildiyi bildirilib.
Forum çərçivəsində Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk arasında keçirilmiş görüşdə ölkələrimiz arasında birgə layihələrin həyata keçirilməsi, regionlararası əməkdaşlığın dərinləşdirilməsi potensialı və başqa aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.
Forumun əhəmiyyəti ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov bildirib ki, Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə münasibətlərin inkişafı xüsusi yer tutur. Bu baxımdan, iki dövlət arasında milli maraqlara cavab verən əlaqələr yaradılıb. Onun sözlərinə görə, bu gün rəsmi Moskva Azərbaycanın geostrateji rolunu düzgün dəyərləndirir. İki dövlətin əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı Qafqaz-Xəzər regionunda sabitlik və təhlükəsizliyin mühüm amilidir. Azərbaycan MDB ölkələri arasında Rusiyanın əsas ticarət partnyorlarından biridir. Azərbaycan Rusiya hökumətləri arasında sərbəst ticarət, hava əlaqəsi və hava nəqliyyatı sahəsində əməkdaşlıq, elektroenergetika sahəsində əməkdaşlıq prinsipləri, qarşılıqlı ticarətdə vasitəli vergilərin tutulması prinsipləri, beynəlxalq avtomobil əlaqələri, iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri, dəmir yolu nəqliyyatı ilə sərnişin və yük daşınmasının təşkili üzrə sazişlər mövcuddur. Son illərdə ikitərəfli ticari-iqtisadi əlaqələr və investisiya əməkdaşlığı davamlı şəkildə inkişaf edib.
Millət vəkili hesab edir ki, keçirilən Forum da iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə çatmasına öz töhfəsini verəcək. Xüsusilə, regionlar arasında iqtisadi əlqələrin gücləndirilməsi təqdirəlayiq haldır.
M.Cəfərov ötən il ölkələrimiz arasında ikitərəfli yükdaşımaların ümumi həcminin 11 faizdən çox artdığını bildirərək, ikitərəfli əməkdaşlığımızın uğurla inkişaf edən və perspektivli sahəsi olan nəqliyyat və tranzit daşımalar sahəsindən danışaraq deyib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizin əraziləri vasitəsilə Cənubi Asiyadan Avropaya yüklərin daşınması üçün optimal imkanların yaradılmasına yönəlib və 2023-cü ildə dəhlizlə yükdaşımaların həcmi təxminən 17 faiz artıb. Həmsöhbətimiz iki ölkə arasında turizm imkanlarının genişləndiyini də diqqətə çatdırıb: “Rəsmi məlumatlara əsasən, ötən il Rusiyadan Azərbaycana 625 mindən çox turist səfər edib. Qısa müddət ərzində Dağıstan, Tatarıstan, Başqırdıstan, Udmurt, Həştərxan vilayəti, Perm diyarı, Ryazan vilayəti və Rusiya Federasiyasının digər subyektləri ilə qarşılıqlı səfərlər həyata keçirilib. Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə iqtisadi və humanitar sahələrdə mühüm əlaqələr qurub, 20 subyektlə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı fəaliyyətə dair sənədlər imzalanıb. Bütün bunlar iki ölkənin regionlarının arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir”.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

