Ölkəmizdən Avropaya uzanan “yaşıl enerji” körpüsü
03.04.2024 [10:35]
Elbrus Cəfərli
Prezident İlham Əliyev aprelin 1-də Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbul edərkən bildirib ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələri yüksək səviyyədədir və birgə həyata keçirilən layihələr qarşıdakı dövrdə münasibətləri daha da inkişaf etdirəcək.
2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin və 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının, ümumən ötən dövrdə imzalanmış 60-dan çox əməkdaşlıq sənədinin ölkələrimiz arasında əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Azərbaycan və Rumıniyanın iqtisadi əlaqələrində inkişaf dinamikası son illərdə hər il artan templə müşayiət olunub və qarşılıqlı ticarət dövriyyəsinin həcmi 2023-cü ildə 30 faiz artaraq 670 milyon dollara çatıb.
Qeyd edək ki, ötən gün Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında Müştərək Komissiyanın 8-ci iclasında iqtisadi-ticari əlaqələrin daha da artırılması və perspektiv hədəflərin müəyyənləşdirilməsi müzakirə olunub. Enerji, nəqliyyat, investisiya, kənd təsərrüfatı, sosial, təhsil, humanitar, infrastruktur, inşaat və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair yol xəritəsinin hazırlanması qərara alınıb.
Avropa İttifaqının üzvü olan Rumıniyanın enerji təminatında 2023-cü ildən yer alan Azərbaycan ötən il bu ölkəyə ilk partiyada 300-400 milyon kub.metr qaz nəql edib. Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə nəql edilən yanacağın qarşıdakı illərdə artırılması, 1 milyard kub.metrə çatdırılması nəzərdə tutulur.
Çoxşaxəli enerji koalisiyası...
Azərbaycanın çoxşaxəli enerji siyasətinin mərkəzində həm də digər bölgə ölkələrinin də enerji resurslarının Şərq-Qərb enerji koridorlarına cəlb edilməsi dayanır. Belə ki, məhz Azərbaycanın liderliyi və təşəbbüskarlığı sayəsində bölgənin digər ölkələri - Türkmənistan, Özbəkistan, Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulması nəzərdə tutulur ki, nəticədə TransXəzər mənbəyindən Avropaya illik 40-50 milyard kub.metrə yaxın qaz nəqli gözlənilir. Avropa İttifaqının enerji üzrə ekspertləri də etiraf edirlər ki, Azərbaycan Mərkəzi Asiya-Xəzər regionun təşəbbüskar və avanqard ölkəsi kimi bölgənin yanacaq resurslarınnı Qərbə nəqlində daşıyıcı missiyaya malikdir. Son illərin ixrac statistikası və coğrafiyası təsdiqləyir ki, Azərbaycanın Avropaya ötürdüyü enerji resurslarının həm həcmi, həm də alıcı ölkələrin sayı genişlənir. Beləliklə, Azərbaycan enerji siyasətininin şaxələnməsində flaqman ölkə kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində genişşəbəkəli enerji koalisiyası yaratmış olur.
Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujan bildirib ki,
Azərbaycandan təbii qazın alışı ilə yanaşı, növbəti mərhələdə Qara Dəniz vasitəsilə “yaşıl enerji”nin Rumıniyaya ixracı da nəzərdə tutulur.
“Qara dəniz kabeli”...
2022-ci il dekabrın 17-də Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in tələblərinə əsasən, dörd ölkənin - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın iştirakı ilə daha geniş format yaradılıb. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və ya “Qara dəniz kabeli” adlanan layihə Azərbaycanın külək enerjisi stansiyalarından əldə edilən “yaşıl enerji”nin Rumıniyaya və Avropaya nəqlini nəzərdə tutur. Bu isə Azərbaycanın enerji nəqlində digər mənbələri hərəkətə gətirdiyini, enerjinin şaxəliliyini artırmaq istiqamətində əməli addımlar atdığını təsdiq edir.
Avropa İttifaqının (Aİ) mövqeyi necədir və Azərbaycana dəstək verəcəkmi?
Ötən ay, martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında çıxış edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri xanım Kadri Simson Azərbaycan Cənub Qaz Dəhlizini genişləndirilməklə 2027-ci ilə qədər qaz ticarətini iki dəfə artıracaq və yanacaq nəqli 20 milyard kub metrə çatdırılacaq.
Azərbaycan-Aİ enerji müttəfiqliyinin yeni şaxəsi olan bərpaolunan enerji nəqli üçün də birgə infrastruktur sistemi qurulur. Azərbaycan hazırda “yaşıl enerji” üzrə ixracı da gündəliyinə daxil edib və bu tərəfdaşlıqda Aİ şirkətləri ən yaxın partnyor hesab edilir. Azərbaycanın Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi ilə Aİ-nin “WindEurope” Assossasiyası arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun, eləcə də Azərbaycanın Energetika Nazirliyi ilə Aİ-nin “Nobel Energy” şirkəti arasında Anlaşma Memorandumunun imzalanması yeni enerji müttəfiqliyinin əsas bəndləridir. Bu siyasətin tərkib hissəsi kimi 2027-ci ilin sonunadək “yaşıl güclər”in ölkənin enerji sisteminə inteqrasiyasını təmin etmək üçün Aİ ilə birgə yeni strategiya hazırlanır. Bütün bunlar birmənalı olaraq Aİ-nin Azərbaycanın başlatdığı yeni enerji bumu və ya “yaşıl enerji” proqramında güclü tərəfdaş olduğunu və siyasi dəstək verəcəyini qətiləşdirir.
Bəs, Azərbaycanın alternativ enerji mənbələri Aİ-nin “yaşıl enerji” təchizatı üçün yetərlidirmi?
Mövcud resurslar təsdiqləyir ki, ölkəmizdə bərpaolunan enerji potensialının həcmi kifayət qədərdir. İlkin qiymətləndirmələrə görə, Azərbaycan bərpa olunan enerji potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Avropa şirkətləri Qarabağda...
Azərbaycan həmin resursların hərəkətə gətirilməsi üçün 2023-cü ildən beynəlxalq investorlarla koalisiya yaradıb. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri ilə sazişlər imzalanıb.
“Yaşıl enerji” konseptinin əsas mərkəzi hesab edilən azad edilmiş rayonlardakı güc mənbələrinin reinteqrasiyasına da start verilib və starteji proqramda Aİ şirkətləri yer almaqdadır. Bir ay əvvəl Aİ-nin “Nobel Energy” şirkəti ilə imzalanmış sazişə əsasən, bu investor Cəbrayıl rayonunda 100 MVt gücündə Günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı mərkəzi yaradacaq ki, bu da Aİ-nin artıq Qarabağdakı layihələrdə təmsil olunması deməkdir.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensialının böyük bir hissəsi məhz bu bölgədə olması da Azərbaycan-Aİ enerji gündəliyində yeni səhifə açır. Bölgənin elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilib, Cəbrayılda Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir. Həmçinin, Laçın,Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə külək elektrik stansiyası və Zəngilan,Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsi reallaşdırılmaqdadır.
Bu baxımdan, Azərbaycanın enerji siyasətinin şaxələndirilməsi Qarabağ və Şərqi-Zəngəzurun dünyaya intqerasiyasını da təmin edəcək müdrik qərar hesab edilə bilər.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34

