Haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması..
20.04.2024 [10:50]
Hansı işlər görülüb?
Y.BAYRAMOVA
Azərbaycan müxtəlif zamanlarda Ermənistanın cinayətlərinə məruz qalıb. Xalqımıza qarşı kütləvi qırğınlar, soyqırımı, etnik təmizləmələrə şahid olmuşuq. Lakin 2020-ci sentyabrın 27-də qəhrəman şəhidlərimizin və qazilərimizin misilsiz igidliyi ilə qazanılan möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Artıq ərazi bütövlüyümüzü və bütün ərazilərimizdə suverenliyimizi tam şəkildə bərpa etmişik.
Amma qazanılmış qələbəni qoruyub saxlamaq, onu təbliğ etmək olduqca mühümdür. Bunun üçün informasiya müharibəsində haqq səsimizi dünyaya çatdırılması çox vacib idi. Prezident İlham Əliyev Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq aləmdə xüsusi nüfuza malik olması, Azərbaycanın ərazi bütövlüyünün tanınması, dövlətimizin daxili və xarici siyasətinin inkişafı istiqamətində mühüm addımlar atıb. Ölkə başçısı bütün xarici səfərlərində, yerli və beynəlxalq çıxışlarında, ikitərəfli və çoxtərəfli danışıqlarda “Qarabağ Azərbaycandır!”, “Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır”, “Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik” şüarlarını səsləndirərək haqq səsimizi bütün dünyaya bəyan etdi. Bundan başqa İlham Əliyev Ali Baş Komandan kimi prezidentliyi dövründə Azərbaycanın ərazi bütövlüyünə nail oldu.
Millət vəkili Nəsib Məhəməliyev Vətən müharibəsində qazandığımız qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqmətində görülən işlərlə bağlı “Yeni Azərbaycan”a danışıb. Deputat qeyd edib ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsini beynəlxalq hüquqa və əsas qanunlara tam uyğun aparıb: “Ermənistan dövləti isə xalqımıza qarşı 1949-cu ilin “Cenevrə Konvensiyası”nda cinayət sayılan bütün əməlləri törədib. Lakin Göyçədən Zəngəzuradək deportasiyalara, Xocalıdan Gəncəyə, Bərdəyə vurulan raket zərbələrinə qədər heç birinə Haaqada hüquqi qiymət verilməyib. 2020-ci il noyabrın 10-dan sonra dünya gördü ki, “qurucu millət” ələ keçirdiyi ərazilərdə son 30 ildə bir milyon ölüm minası “əkib” və hərbi məğlubiyyətlə də bəhrəsini görür. Minaların mülki insanların yaşadığı ərazilərdə, eləcə də yollarda, yaxud piyadalar əleyhinə basdırılmasına qarşı “Human Rights Watch”un 2011-ci ildə təsis etdiyi üzv dövlətlərdən ibarət koalisiyasından hələ heç bir reaksiya verilməyib.
Müharibə cinayətlərinə görə cəza tədbirlərinin görülməsi beynəlxalq təşkilatların prioritet istiqamətlərindən biri olduğunu deyən millət vəkili həmçinin qeyd edib: “Bunların hər biri 4 “Cenevrə Konvensiyası”nda nəzərdə tutulur. Amma Ermənistan bütün bunları görməzdən gəlir. Çünki bu konvensiyalar onların günahkar olduqlarını göstərir. Belə ki, Ermənistan “Cenevrə Konvensiyası”nı pozub, asimmetrik müharibə aparıb. Onlar mülki obyektlərimizə ziyan vurub, azərbaycanlı əsirlərə, girovlara əzab veriblər”.
N.Məhəməliyevin sözlərinə görə, Vətən müharibəsinin davam etdiyi dövrdə beynəlxalq ictimaiyyət dəfələrlə erməni vəhşiliyinin şahidi oldu: “Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törədib. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulub. Müharibə dövründə atəşlər nəticəsində
100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olublar. 400-dən çox mülki şəxs yaralanıb, 5 mindən çox ev dağıdılıb. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir”.
Deputat vurğulayıb ki, Ermənistanın təcavüzkar dövlət mahiyyətini, işğalçı dövlət olmasını dünyaya çatdırmaq hər zaman vacib məsələlərdən biridir: “Bunu tarixi qələbəmizi möhkəmləndirən element də hesab etmək olar. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müharibə dövründə, elə ondan sonra da dünyanın ən məşhur media orqanlarına müsahibələr verərək münaqişə vəziyyəti ilə bağlı həqiqətləri davamlı olaraq dünyaya çatdırdı. Ölkə başçısı çıxışlarında olduqca mühüm məqamlara toxunur və onun söylədiyi fikirlərini qəbul etməmək mümkün deyildi. Bütün bunlar Azərbaycanın informasiya mübarizəsində mövqelərini daha da möhkəmləndirirdi”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33

