Uşaqları onlayn mühitdəki təhlükələrdən qoruyaq
02.05.2024 [10:45]
Valideynlər nələrə diqqət etməlidir?
Yəqin ki, uşaqlar onlayn mühitdə ən müdafiəsiz istifadəçilərdir. Bu gün onları internetdəki təhlükələrdən qorumaq ən aktual mövzulardan sayılır. İnternetin, müasir kommunikasiya vasitələrinin gətirdiyi yeniliklər bəzən öz təsirini mənfi formada da göstərə bilir. Yaşlı insanlar mənfi təsirlərin qarşısını alıb, məlumatları süzgəcdən keçirsələr də, təəssüf ki, uşaqların internetdən istifadəsində bəzən problemlər yaşanır. Çünki əksər vaxtlarda valideynlər övladlarının internetdən istifadəsinə nəzarət edə bilmirlər. Bəzən uşaqların sağlamlığı, psixologiyası üçün zərərli informasiyaların təsnifatını aparmaq, hansının faydalı və ya zərərli olduğuna nəzarət etmək o qədər də asan deyil.
Müasir cəmiyyətdə informasiya texnologiyaları sahəsindəki yeniliklər insanların həyatında sürətlə yer tutmağa başlayır. Müşahidələr göstərir ki, hazırda İKT sahəsində mövcud yenilikləri izləməkdə uşaqlar böyüklərdən xeyli irəlidədirlər. Bu məsələ isə öz növbəsində uşaqların internetin mənfi təsirlərindən necə qorunmasını gündəmə gətirir.
Mütəxəssislərin araşdırmalarına görə, insanların həyatında mühüm yer tutmağa başlayan müxtəlif sosial şəbəkələrdən uşaqların istifadəsi onları təhlükələrlə üz-üzə qoyur.
Valideynlərin nəzərinə...
Bu günlərdə Elektron Təhlükəsizlik Xidməti uşaqların internetdəki təhlükəsizliyi ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, uşaqlar bir çox şeydən məlumatsız ola və fərqində olmadan riskli addımlar ata bilərlər: “Valideynlərə və böyüklərə tövsiyəmiz isə uşaqları bu tip mövzularda maarifləndirmək və onları qorumaqdır.
Uşaqlarınızı onlayn mühitdə təhlükələrdən necə qoruya bilərsiniz?
-Uşaqlara internetdə təhlükəsiz axtarış sözlərindən istifadə etməyi, eləcədə təhlükəsizlik veb-saytı (https) necə müəyyənləşdirə biləcəkləri barədə köməklik göstərin.
-Onlara tanımadıqları veb-saytlarda “pop-up” reklamlarla klik etməyin təhlükəli olduğunu və potensial risk daşıdığını izah edin.
-Şübhəli e-poçtlarda keçidlərə klikləməməyi və tanımadıqları şəxslərin mesajlarına cavab verməməli olduqlarını deyin. Fayl və ya proqram yükləmədən əvvəl böyüklərdən soruşmağı nəzərlərinə çatdırın.
-Uşaqların istifadə etdiyi cihazlarda antivirus proqramlarından istifadə edin.
-Onlar üçün təhlükəli olduğunu düşündüyünüz bütün veb-saytları bloklayın.
-Onları zərərli məzmundan qorumaq üçün tətbiqlərdə nəzərdə tutulmuş məzmun filtrlərindən istifadə edin”.
“Valideyn nəzarəti” proqramı...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, bu gün Avropada istifadə olunan “Parental Control” (“Valideyn nəzarəti”) proqramı ilə həllərinin istifadəsi üzrə treninqlərin keçirilməsi olduqca aktualdır: “ “Parental Control” proqram həlli qadağan edilmiş internet saytlara və proqramlara çıxışı bloka almağa, hesabatlar və kompüterdən istifadənin cədvəlini tərtib etməyə imkan verir. Bunu bir çox internet provayderlər də öz müştərilərinə təklif edirlər. Hətta internet klublarında “Parental Control” modullarının tətbiqi uşaqların arzuolunmaz kontentə çıxışının qarşısını almaqla yanaşı, kiberhücumlarla mübarizəni gücləndirməyi nəzərdə tutur”.
Kimberli Yanq metodikası...
E.Əfəndi bildirib ki, bu gün Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artır, onların əksəriyyəti isə uşaq və yeniyetmələrdir. Ekspertin qənaətincə, internet istifadəçilərinin sayının artması ölkənin istənilən nöqtəsində internetə çıxış imkanlarının olması ilə bağlıdır: “Valideynlər uşaqlarına bahalı telefonlar, noutbuklar alır. Amma internetdən istifadə səviyyəsi artdıqca uşaq və yeniyetmələrin internetin zərərinə məruz qalma halları da çoxalır. Uşaqların internet asılılığı ilə bağlı problemlərin səviyyəsini öyrənmək üçün müxtəlif üsullar var və bunlardan ən geniş yayılmışı, Koreya əsilli amerikalı Kimberli Yanqın metodikasıdır. Həmin metodikaya əsasən, uşağa internetdən istifadə ilə 20 psixoloji sual verilir və onun verdiyi cavablar əsasında internet asılılığının səviyyəsi qiymətləndirilir. Müəyyən bir hədd var, o həddi keçmək risk səviyyəsi sayılır”.
İlk növbədə valideynlər maariflənməlidir...
Ekspert qeyd edib ki, valideyn nəzarətini həyata keçirmək üçün müəyyən proqram təminatları da var: “Xarici ölkələrdə uşaq kompüterdə ayrı otaqda deyil, ümumi otaqda məşğul olur ki, valideynin diqqəti üzərində olsun. Düşünürəm ki, ilk növbədə valideynlər maarifləndirilməli, internetdə uşaqların təhlükəsizliyinin təminatı ilə bağlı dərslər keçirilməli, monitorinqlər aparılmalıdır. Uşaqlar internet asılılığına görə və digər psixoloji müayinələrdən keçməlidirlər.
Bu gün bəzi ölkələr bu məsələyə tamamilə sərt, bəziləri isə bir qədər loyal yanaşırlar. Məsələn, Amerika, Fransa və digər inkişaf etmiş ölkələrin əksəriyyətində uşaqların internet təhlükəsizliyinə yanaşma çox ciddidir.
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yaranan problemlər həm də valideynlərin İKT sahəsində biliklərinin aşağı olması ilə əlaqədardır. Hazırda şəxsi mənzillərdə vəziyyət elədir ki, valideynlərin əksəriyyəti uşaqlara normal kompüter alıb verirlər, internetə qoşulurlar, sonra isə ona nəzarət etmirlər. Bu isə ciddi problemlərin yaranmasına səbəb olur. Hesab edirəm ki, valideynlərin bu sahədə bilikləri aşağı olduğundan aidiyyəti qurumlar həm də şəxsi mənzillərdə vəziyyətə nəzarət etməlidirlər”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30

