Azərbaycançılıq: Bizi birləşdirən ideya!
23.07.2024 [10:47]
Milli maraqlarımızın, dəyərlərimizin müdafiəsi, eləcə də dünya azərbaycanlılarının ümumi maraqlarının qorunması hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olub. Bu baxımından azərbaycançılıq ideyasının rolu və təbliği əvəzsizdir. Məsələn, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın öz aralarında, eləcə də onların ölkəmizlə əlaqələrinin möhkəmlənməsi, bu əlaqələrinin daha da yaxşılaşdırılması Azərbaycan dövlətinin xüsusi diqqət mərkəzindədir. Məhz bu istiqamətdə dövlətimiz tərəfindən göstərilən dəstək də göz qabağındadır.
Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəyliyinə, xalqın vahid bir ideya ətrafında mənəvi birliyinə nail olunmasında ölkə başçısının xüsusi xidmətləri var. Məhz İlham Əliyev sayəsində milli-mənəvi və bəşəri dəyərlər artıq azərbaycançılıq ideologiyasının özəyini, onun əsas təməl prinsiplərini təşkil etməkdədir. Azərbaycançılıq ümumbəşəri dəyərlərdən yetərincə bəhrələnməklə bərabər, öz milli mentallığını qoruyub saxlamaqdadır.
Mövzu barədə “Yeni Azərbaycan”a danışan politoloq İlyas Hüseynovun sözlərinə görə, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq: “Etiraf etmək lazımdır ki, məhz
Heydər Əliyevin səyi sayəsində azərbaycançılıq ideyası mahiyyətcə real məzmun daşımağa başladı. Ulu Öndər azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail oldu. Bu baxımdan da cəsarətlə deyə bilərik ki, Azərbaycançılıq ideyasının da yaradıcısı məhz Heydər Əliyevdir”.
Politoloq bildirib ki, cəmiyyətin milli genefondunun qorunub pozitiv ruhda inkişaf etdirilməsi, xalqın milli irs və özünəməxsusluğunun gələcək nəsillərə olduğu kimi çatdırılması onun milli dövlətçilik konsepsiyasının özəyini təşkil edir: “Belə də olmalıdır. Çünki bu cür çətin və ağır missiyanı yalnız mənəvi özünüdərkin sınaqlarından uğurla çıxıb, milli ideyanı tam halda milli şüura çevirmək qüdrətinə malik öndərlər, fenomenal şəxsiyyətlər öz boynuna götürə bilərlər. Məhz milli irsdən bəhrələnən azərbaycançılıq ideyası cəmiyyətin təkamül prosesində və onun monolitliyində aparıcı qüvvəyə çevrilir. Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəyliyinə, xalqın vahid bir ideya ətrafında mənəvi birliyinə nail olunmasında İlham Əliyevin də xidməti ölçüyəgəlməzdir. Məhz onun fədakarlığı sayəsində milli-mənəvi və bəşəri dəyərlər artıq azərbaycançılıq ideologiyasının özəyini, onun əsas təməl prinsiplərini təşkil etməkdədir. Azərbaycançılıq ümumbəşəri dəyərlərdən yetərincə bəhrələnməklə bərabər öz milli mentallığını, öz milli “mən” çalarlarını qoruyub saxlamaqdır”.
İ.Hüseynov qeyd edib ki, bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək, birləşdirmək üçün azərbaycançılıq ideyası əvəzsizdir: “Çünki milli mənsubiyyətindən, harada məskunlaşmasından, hansı ölkədə yaşamasından asılı olmayaraq, özünü azərbaycanlı hesab edən hər bir insan üçün azərbaycançılıq, ilk növbədə möhkəm istinad mənbəyi, ideoloji bünövrə olaraq qəbul edilir. Azərbaycançılıq ideyasının gücünü, nəyə qadir olduğunu, milli birliyin, həmrəyliyin qüdrətini 44 günlük Vətən müharibəsində hər birimiz çox yaxşı müşahidə etdik. Bunu tək biz yox, bütün dünya ictimaiyyəti gördü. Məhz bizim birliyimizin, həmrəyliyimizin, azərbaycançılıq ideyasının qələbəyə nail olmağımızda əsas, həlledici rol oynadığına hamı şahid oldu. Ona da hər kəs şahid oldu ki, qazandığımız qələbə, torpaqlarınızın işğaldan azad edilməsi dünyanın harasında, hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıya qürur hissi yaşatmaqdadır. Çünki hər kəs gördü və başa düşdü ki, bütün dünya azərbaycanlılarının milli iftixar yeri olan bir Vətəni var və bu, Azərbaycandır. Hər kəs əmin oldu ki, bizi məhz azərbaycançılıq ideyası həmin Vətən uğrunda birləşdirir və daha da güclü, qüvvətli, qüdrətli edir”.
Politoloqun sözlərinə görə, dünya ictimaiyyəti 44 günlük savaş dövründə gördü ki, xalqımız, məhz azərbaycançılıq ideologiyasına sadiq qalaraq, Vətən sevgisi, torpaqlarımızın bütövlüyü uğrunda birləşərək, Azərbaycanın ərazilərini işğaldan azad etdi, işğala son qoydu: “Bütün dünya gördü və əmin oldu ki, azərbaycançılıq ideyası, vətən sevgisi bizi birləşdirdi, həmrəyliyimizi təmin etdi və düşmən üzərində qələbəmizə ən qısa zamanda nail olduq, Zəfər qazandıq. Azərbaycançılıq ideyası sayəsində bütün dünya azərbaycanlıları məhz Azərbaycanın haqq səsinə səs verdi. İndi artıq hər kəs əmindir ki, azərbaycançılıq ideyası xalqımızın birliyini, həmrəyliyini, qələbələrimizi və uğurlarımızı şərtləndirir...”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

