Milli maraqlarımızın müdafiəsi...
22.02.2025 [10:36]
Gənclər arasındakı təbliğat qənaətbəxşdir
İctimai və dövlət maraqları müdafiə olunmasa, ölkənin suverenliyi və təhlükəsizliyi təhdid altına düşmüş olar. Bu maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur.
Dövlət maraqlarının, ictimai və milli maraqların təmin olunması məsələsi bizim üçün hər zaman ən qabaqcıl yerdə dayanır. Daha dəqiq desək, Azərbaycanda bu məsələ həmişə olduğu kimi, indi də prioritetdir. Onu da unutmaq lazım deyil ki, milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini özündə birləşdirir. Bütün dünya ictimaiyyəti üçün sirr deyil ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, formalaşmış bir cəmiyyətdir.
İdeal cəmiyyətin formalaşması üçün...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov bildirib ki, ölkəmiz bəşəri və milli dəyərləri nəzərə alan, qoruyan və geniş miqyasda təbliğ edən ölkədir: “Xalqımızın dəyərləri, insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatları ictimai və milli maraqlar məcmusudur. Azərbaycan cəmiyyəti yetkin bir cəmiyyətdir, ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edir, eləcə də bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacarır. Məhz ideal cəmiyyətin formalaşması üçün həm dövlətin mənafeyinə zərər gəlməməsi, həm ictimai maraqların təmin edilməsi, həm də ortaq maraqların müəyyənləşdirilməsi tələb olunur. Ölkəmizdə belə bir mühitin formalaşdığının hər kəs şahididir”.
Hər kəs Vətən anlayışına həssas yanaşmalıdır
Deputatın sözlərinə görə, dövlətimiz ictimai asayişi təmin etdiyi, maraqlarımızı hər zaman qoruduğu kimi, vətəndaşlar da Vətənə bağlı olmalı, bu bağlılığı qətiyyən itirməməlidirlər: “Yalnız ölkə daxilində yaşayan vətəndaşlarımız deyil, ölkəmizin hüdudlarından kənarda olar həmvətənlərimiz özləri də Vətən anlayışına həssas yanaşmalı, Vətənlə bağlarını qətiyyən itirməməlidir. Yeri gəldiyi zaman ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimiz yaşadıqları, məskunlaşdıqları ölkələrdə Azərbaycan həqiqətlərinin çatdırılmasında səy və bacarıqlarını ortaya qoymalıdırlar və var güclərini buna sərf etməlidirlər. Bununla yanaşı həm ölkəmizdə yaşayan azərbaycanlılar, həm də ölkəmizin sərhədlərindən kənarda, xarici ölkələrdə olan həmvətənlərimiz daim öz övladlarını Vətənə bağlı olaraq yetişdirməlidirlər”.
Maarifləndirmə işi uğurla aparılıb
K.Bayramov qeyd edib ki, məhz 44 günlük savaşda torpaqlarımızın işğaldan azad edilməsi zamanı bir daha əmin olduq ki, vətəndaşlarımız ictimai və dövlət maraqlarının qorunmasına həssas yanaşırlar: “Həmin maraqlar uğrunda canından keçən oğullarımızın olması bunu bir daha təsdiq etdi. Azərbaycan xalqının oğul və qızları milli, ictimai və dövlət maraqları naminə vuruşmağa, bu yolda canını belə fəda etməyə qadirdirlər. Bu isə onu deməyə əsas verir ki, milli maraqlar, ictimai və dövlət maraqlarının qorunmasının vacibliyi istiqamətində ölkəmizdə davamlı şəkildə maarifləndirmə işi uğurla aparılıb və vətənpərvərlik ideologiyasının gənclər arasında təbliğatı yönündə nəticələr də qənaətbəxşdir. Belə məlum olur ki, xalqımıza, dövlətimizə, bizə məxsus olanın müdafiəsi, mühafizəsi üçün milli maraqların, ictimai və dövlət maraqlarının qorunması, təbliğatı bundan sonra da uğurla aparılmalıdır. İstər orta məktəbdə, istər ali məktəbdə, istərsə də hər hansı təhsil ocağında gənclərin vətənpərvərlik ruhunda tərbiyə alması, milli maraqların, ictimai və dövlət maraqlarının qorunması barədə kifayət qədər təbliğatn aparılması, bu istiqamətdə maarifləndirmənin həyata keçirilməsi öz aktuallığını qoruyur. Məhz elə bu təbliğat və maarifləndirmə, övladların vətənpərvərlik ruhunda tərbiyə edilməsi sayəsində Azərbaycan gəncləri Vətənin ərazi bütövlüyü uğrunda dövlət ətrafında birləşməyə, milli maraqları qorumağa hazır olublar. Bu hazırlıq bizə ən tez zamanda qələbə bəxş etdi və bütün dünya buna şahid oldu”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12

