Xarici siyasətimizin uğur formulu
26.02.2025 [08:32]
Güclü dövlətçiliyimizə əsaslanan strategiya...
Müasir beynəlxalq münasibətlər sistemində önəmli rola malik Azərbaycanın xarici siyasətinin uğurları göz önündədir. Dünyada iqtisadi və siyasi böhranın tüğyan etdiyi bir vaxtda Azərbaycan tarixi köklərindən qaynaqlanan və həyat tərzinə çevrilmiş multikulturalizm ideyalarını ortaya qoyaraq bu siyasətin alternativinin olmadığını əyani şəkildə sübuta yetirib. Ölkəmiz dünyada sülhün və təhlükəsizliyin qarantına çevrilib. Azərbaycan bərabərhüquqluluq əsasında dünyanın bütün ölkələri ilə əməkdaşlığa açıq olduğunu hər zaman bəyan edib.
Ölkəmizin yerləşdiyi mürəkkəb geostrateji mövqeyi, sahib olduğu təbii sərvətləri və tarixən qarşılaşdığı ədalətsizliklərə qarşı aparılmış mübarizə dövlət müstəqilliyimiz illərində həyata keçirilən xarici siyasətin əsas konturlarını müəyyən edib. Bu gün Azərbaycanın dünya arenasında qazandığı güc və dəstək də məhz bu istiqamətdə həyata keçirilən gərgin işlərin bəhrəsi kimi dəyərləndirilməkdədir.
Azərbaycan ardıcıl və sistemli addımlar atır
Mövzunu “Yeni Azərbaycan”a şərh edən politoloq Zaur Məmmədovun sözlərinə görə, bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır: “Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Prezident İlham Əliyev mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək onların faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. Xüsusilə son 20 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı. Son illər ərzində beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlərin qəbul edilməsi dövlətimizin başçısının yürütdüyü ölkəmizin milli maraqlarına söykənən xarici siyasətinin nəticəsi idi”.
Dərin analitik təhlil və strateji düşüncə tələb edən iş
Z.Məmmədovun sözlərinə görə, ölkəmizin yerləşdiyi mürəkkəb coğrafiya, böyük dövlətlərin maraqlarının kəsişdiyi Cənubi Qafqaz həmişə münaqişə və toqquşmalar meydanı olub: “Enerji və tranzit potensialı ilə bu maraqların getdikcə daha da kəskinləşdiyi müasir dövrdə Azərbaycanın suverenliyinin qorunması üçün regiona maraq göstərən böyük dövlətlərin, ikili standartlar yürüdərək ölkəmiz əleyhinə gizli və açıq şəkildə siyasət aparan ölkələrin yırtıcı istəklərini gözündə qoyacaq xarici siyasət aparılması, dərin analitik təhlil və strateji düşüncə tələb edən işdir. Ölkə başçısı Qarabağın yenidən inşası kimi təxirəsalınmaz vəzifələr fonunda bütün bunların öhdəsindən gəlməyi bacararaq mürəkkəb konyunktur dalğalanmaların çox sıx müşahidə olunduğu xarici siyasət məsələlərində hər kəsə master dərsi keçə biləcək bir üslubla Azərbaycanın maraqlarını ən yüksək səviyyədə qorumağı bacardı”.
Uğurlu xarici siyasətin əsasında güclü dövlətçiliyimiz dayanır
Politoloq qeyd edib ki, ölkə başçısının prinsipial mövqeyi və diplomatik fəaliyyəti sayəsində Azərbaycanın İkinci Qarabağ müharibəsində beynəlxalq təşkilatların sənədləri əsas hüquqi baza kimi tarixi Qələbəni şərtləndirən amillərdən biri oldu: “Otuz ilə yaxın müddətdə münaqişənin həlli ilə bağlı Ermənistanın yürütdüyü siyasət, tutduğu mövqe tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmirdi. Bunu Prezident İlham Əliyev 2019-cu il oktyabrın 3-də Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı tutarlı faktlarla sübut etdi.
Dünya sürətlə dəyişir və dünya siyasəti də baş verən hər cür konyunktur tərəddüdlər və beynəlxalq hədəflərlə zaman-zaman korreksiya olunur. Ancaq zamanın sınağından çıxmış və həmişə özünü ən yüksək səviyyədə doğrultmuş bir həqiqət var ki, bu, ölkəsinin, xalqının tam suverenlik içində, rahat, sülh şəraitində yaşaması üçün həyata keçirilən siyasətin daim qələbə çalması, dünyanı ədalətə qovuşdurmasıdır. Onillər boyu bütöv Azərbaycanın inkişafı üçün yeridilən uğurlu xarici siyasət xəttinin də uğuru bu ədalətə, güclü dövlətçiliyimizə dayanır”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45

