Universitetlərdə yeni təhsil proqramları hazırlanır
01.03.2025 [10:35]
İlk iclas keçirildi...
Fevralın 25-də Elm və Təhsil Nazirliyində ali təhsil üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılan Komissiyanın ilk iclası keçirilib.
Qeyd edilir ki, Komissiyanın tərkibində bir çox ixtisas qrupu var. Təhsil ixtisasları qrupu, Humanitar və sosial ixtisaslar qrupu, Mədəniyyət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu, Təbiət ixtisasları qrupu, Texniki və texnoloji və Xüsusi təyinatlı ixtisaslar qrupları, Kənd təsərrüfatı ixtisasları qrupu, İdman və xidmət ixtisasları qrupu, Əsas (baza ali) tibb təhsili səviyyəsi və səhiyyə ixtisasları qrupu olmaqla 9 İşçi qrupu yaradılıb. İşçi qruplarına rəhbərlik ali təhsil müəssisəsinin rəhbəri və əmək bazarından nümayəndə olmaqla həmsədrlik mexanizmi əsasında təşkil edilib.
İclasda çıxış edən elm və təhsil nazirinin müavini, Komissiyanın sədri İdris İsayev bildirib ki, nazir Emin Əmrullayevin əmri ilə yaradılan Komissiyada əmək bazarının üzvləri də təmsil olunurlar.
Daha çox dəyişiklik magistratura üzrə aparılıb
Nazir müavini qeyd edib ki, əmək bazarının tələbləri dəyişdiyi üçün bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrinin ixtisas təsnifatlarında dəyişikliklərin edilməsi və ali təhsil pilləsinin səviyyələri üzrə ixtisasların uyğunluğunun təmin edilməsi vacib idi. Bu səbəbdən ötən il Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə ixtisas təsnifatları yenilənib.
İdris İsayev əlavə edib ki, təsnifatda bakalavriat səviyyəsi üzrə 153, magistratura üzrə 129 ixtisas öz əksini tapıb. Daha çox dəyişiklik magistratura səviyyəsi üzrə təsnifatda aparılıb. Nazir müavinin sözlərinə görə bütün bu dəyişikliklər yeni təhsil proqramlarının hazırlanması zərurəti yaradıb: “Təhsil proqramları əmək bazarının tələblərinə uyğun olmadığından onların yenidən hazırlanmasına ehtiyac var. Proqramlar işəgötürənlərin tələblərinə uyğun olmalıdır, ona görə işəgötürənlər də bu prosesdə aktiv iştirak etməlidirlər”.
Nazir müavini deyib ki, təhsil proqramları çərçivə sənədləri əsasında hazırlanacaq: “Ola bilər ki, bir yox, bir neçə çərçivə sənədi olsun. “Top-10”-a daxil olan universitetlərin təhsil proqramları da nümunə olaraq komissiyaya təqdim ediləcək”.
Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman bildirib ki, bu komissiyanın fəaliyyəti nəticəsində təhsil proqramının hazırlanmasında birbaşa əmək bazarının iştirakının təmin edilməsi, ixtisaslaşma üzrə təlim nəticələrinin müəyyən edilməsi, məzunların bilik və bacarıqlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması gözlənilir.
Turxan Süleyman qeyd edib ki, Komissiyanın İşçi qrupları ixtisas qruplarına daxil olan bütün ixtisaslar üzrə ixtisaslaşmaların yenilənmiş siyahısını hazırlayıb ETN-ə təqdim etməlidirlər.
Yeni təhsil proqramı kadr islahatları üçün mühümdür
Mövzunu “Yeni Azərbaycan”a şərh edən Elçin Əfəndi bildirib ki, sözügedən iclasda əsasən ixtisasların təsnifatı, yeni yaradılacaq ixtisaslar, mövcud ixtisasların əmək bazarına uyğunluğu və müasir çağırışlara cavab verməsi diqqətə saxlanılıb: “Hazırkı dövrdə magistratura pilləsində mövcud olan ixtisaslar əmək bazarına uyğunluğu və təsnifatlaşdırılması üzərində işlər görülür. Bundan sonra isə bakalavr pilləsi üzrə işlərə baxılacaq. Ali təhsil proqramlarının yenidən hazırlanması tələbələrlə bağlı düzgün istiqamətdə kadr islahatlarının həyata keçirilməsi üçün mühümdür. Yeni təhsil proqramları həmçinin müəyyən sahibkarlıq və digər dövlət qurumlarında işəgötürənlərin tələbələrlə maraqlanması, onlara xüsusi diqqət göstərilməsi üçün rol oynayacaq. Bəzi hallarda görürük ki, kadr hazırlığı həyata keçirilir, amma həmin kadr işəgötürənin maraqlarına cavab vermir. Məhz ilk iclasda da xüsusilə bu kimi məqamlar üzrə müzakirələr aparılıb”.
Tələbələr 3-cü kursdan təcrübə keçməlidir
Eskpertin fikrincə, kadr hazırlığı zamanı işəgötürənlərin maraqları da diqqətə alınarsa, o zaman növbəti mərhələdə əmək bazarına daha əsaslı və bacarıqlı kadrlar hazırlayıb çıxara bilərik: “Bu həm bakalavr, həm də magistratura pilləsi üçün vacibdir. Yaxşı olardı ki, tələbələrin təcrübə imkanlarına da baxılsın. Çünki tələbələr yalnız sonuncu kursda təcrübə keçirlər. Onlar belə təcrübələrlə nəsə əldə edə bilməzlər. Buna görə də ən azı 3-cü kursdan tələbələrin təcrübə imkanları yaradılmalıdır. Həmin təcrübə də müvafiq qurumlarda onların həm əmək fəaliyyətinin başlanması kimi qeydə alınmalıdır. Məsələn, həmin kadrlar harada təcrübə keçəcəklərsə, həmin müəssisədə qalaraq əmək fəaliyyətlərini davam etdirə bilərlər. Məhz yeni ali təhsil proqramlarının hazırlanmasında bu kimi məsələlər də diqqətə alınıb”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxGündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54

