Nyu-Yorkda mühüm konfrans
14.03.2025 [09:15]
Qadınların Statusu Komissiyasının sessiyası keçirilir...
Bu günlərdə BMT-nin qadınların vəziyyəti üzrə Komissiyasının (CSW69) 69-cu sessiyası baş tutub. Martın 10-da başlayan tədbir martın 21-dək davam edəcək. Məlumdur ki, qadın hüquqlarının təşviqi, bütün dünyada onların həyat reallığının sənədləşdirilməsi, gender bərabərliyi ilə bağlı qlobal standartların formalaşdırılmasında mühüm rol oynayır. Ötən il CSW68-də 100 dünya lideri və 4800 vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib.
Builki sessiyada Baş Assambleyanın 23-cü xüsusi sessiyasının nəticələri, habelə 1995-ci ildə qəbul edilmiş əlamətdar Pekin Bəyannaməsi və Fəaliyyət Platforması nəzərdən keçirilir.
“Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı” yenilənib
Sessiyada Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Tədbirdə çıxış edən komitə sədri bildirib ki, son otuz il ərzində Pekin Bəyannaməsi və Fəaliyyət Platforması əsasında dünya gender bərabərliyi sahəsində böyük irəliləyiş əldə edilib. Onun sözlərinə görə, ötən il Bakıda keçirilən COP29 çərçivəsində ilk dəfə “Gender Günü” keçirilib və bu mövzu əsas diqqət mərkəzində olub. Bahar Muradova Azərbaycanda institusional və vətəndaş cəmiyyəti təşkilatlarının koordinasiyalı səyləri sayəsində qadın hüquqlarının müdafiəsində nəzərəçarpacaq irəliləyiş əldə edildiyini qeyd edib: “Məişət zorakılığının, azyaşlı nikahların, qohum nikahların qarşısının alınması üçün qanunvericilikdə yeni tənzimləyici normalar yaratmışıq. Komitənin əlaqələndirməsilə yerli icra hakimiyyəti orqanları yanında müvafiq monitorinq və əlaqələndirmə qrupları yaradılıb. “Məişət zorakılığına qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nın icrası uğurla başa çatıb və hazırda yeni plan hazırlanıb. “Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı” yenilənib.
Qadınların siyasətdə iştirakı artır...
B.Muradova bildirib ki, Azərbaycanda qadınların və gənc qızların təhsil imkanlarının genişləndirilməsinə yönəlmiş bir sıra layihə və proqramlar həyata keçirilib: “Qadınların siyasətdə iştirakı və qərarların qəbul edilməsində təmsil olunması hər il artır. Son seçkilər zamanı qadın deputatların sayı 21 faizə, bələdiyyələrdə isə 39 faizə yüksəlib”.
Komitə sədri qeyd edib ki, bəşəriyyətə qarşı ən böyük zorakılıq ədalətsiz müharibələrdən, işğaldan, etnik təmizləmə aktlarından qaynaqlanır. Bahar Muradova əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etsə də, onilliklər boyu davam edən işğalın dağıdıcı nəticələri mülki əhaliyə təsir etməkdə davam edir.
Son 5 ildə Azərbaycanda bu sahədə ciddi irəliləyiş olub
Bundan başqa, sessiyası çərçivəsində Serbiyanın gender bərabərliyi, qadınlara qarşı zorakılığın qarşısının alınması və qadınların iqtisadi və siyasi səlahiyyətləndirilməsi naziri Tatyana Makura ilə görüşüb. Görüşdə iki ölkənin ailə sahəsində gördüyü işlərə, əldə olunan təcrübələrə dair müzakirə aparılıb. Bahar Muradova Serbiyanın Azərbaycan üçün dost ölkə olduğunu deyərək iki ölkə arasında ali siyasi səviyyədə güclü əlaqələrin qurulduğunu əlavə edib. O, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə serbiyalı həmkarına məlumat verib və son 5 ildə Azərbaycanda ailə sahəsində ciddi irəliləyişin olduğunu diqqətə çatdırıb. Bahar Muradova erkən nikah, ailədaxili zorakılıq mövzularında cəmiyyətdə məlumatlılığın aparılması üçün müxtəlif, o cümlədən sosial mediada geniş kampaniyaların aparıldığını deyib. Komitə sədri həmçinin, son illər bu mövzuda parlamentdə geniş müzakirələrin aparıldığını və bir sıra qanun və məcəllələrə dəyişikliklərin edildiyini də vurğulayıb.
Azərbaycan və Serbiyanın ailə mövzusunda ortaq maraqları var
Serbiyalı nazir iki ölkənin ailə mövzusunda ortaq maraqlarının olduğunu deyib və son bir ildə ölkəsində ailədaxili münaqişə sahəsində aparılan kampaniyadan bəhs edib. O da bu məsələnin həllində qanunverici bazada dəyişikliyin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, vətəndaş cəmiyyətinin də məişət zorakılığına qarşı mübarizədə rolunu qeyd edib. Tərəflər bu sahədə birgə layihələrin icrasına dair müzakirə aparıb və ikitərəfli əməkdaşlığın yollarını müzakirə ediblər.
Səlim
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20

