Vətəndaşların siyasi aktivliyi...
20.03.2025 [12:57]
Səmərəli demokratik cəmiyyətin əsasını təşkil edir
Müasir dövrdə ictimai həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin harmonik və sabit inkişafının təmin edilməsi hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən sayılır. Azərbaycanda gedən tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi qismində də məhz fəal vətəndaş, hüquqi dövlət anlayışı tandemi dayanır. Ölkəmiz müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox mühüm addımlar atılıb. Nəticə etibarı ilə bu gün cəmiyyət özünün davranışlarında bu üstünlüyü ortaya qoymaqdadır - bütün siyasi proseslərdə aktivlik nümayiş olunur, milli maraqların qorunması üçün hərtərəfli dəstək verilir. Təcrübə isə göstərir ki, ictimai fəallığın yüksək səviyyədə olduğu ölkələrdə həm də demokratik təsisatların fəaliyyətinin effektivliyi artır. Vətəndaşların siyasi fəallığının artırılması cəmiyyətin inkişafında mühüm rol oynayır.
Sevindirici haldır ki, bu gün Azərbaycanda dövlət və vətəndaş cəmiyyəti bir-birini tamamlayır. Ölkəmizdə informasiya əldə etmək azadlığı təmin edilir, internet əlçatandır. Şəffaf və elektron fəaliyyət mexanizmi cəmiyyət ilə dövlət arasında əlaqələri daim gücləndirməkdədir.
Yetkin vətəndaş cəmiyyəti olmadan...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni bildirib ki, fəal vətəndaşlığın inkişafında təhsil əsas rol oynayır. Bundan əlavə, demokratik təsisatların fəaliyyət prinsiplərini və hakimiyyətə təsir mexanizmlərini izah etməyə yönəlmiş maarifləndirici layihələr də vacibdir: “Azərbaycan cəmiyyəti hər zaman milli dövlətçiliyə, müstəqilliyə, suverenliyin qorunmasına sıx bağlı olub. Ekspertlərin fikrincə, bu gün Azərbaycan xalqının qətiyyəti, ölkə rəhbərliyinin milli maraqlara uyğun siyasəti demokratik hüquqi dövlətin qurulmasına səbəb olub. Azərbaycanda dövlət və vətəndaş cəmiyyəti bir-birini tamamlayır, bir-birindən asılı olur. Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi, demokratik dövlət qurmaq mümkün deyil. Çünki məhz azad vətəndaşlar şüurlu insan birgəyaşayışının ən səmərəli formasını yarada bilər”.
Müasir texnologiyalar siyasi iştirakçılığı əlçatan edir
R.Zeyninin sözlərinə görə, hazırda ölkə vətəndaşları dövlətin idarə edilməsində, ayrı-ayrı məsələlərin həllinə təşəbbüs göstərməkdə fəaldırlar: “Hesab olunur ki, bu, cəmiyyətin mental dəyərləri, onun tarixi, mədəni keyfiyyətlərinin yüksək olması, bu gün əldə etdiyimiz demokratik, hüquqi, sosial məsələlərin həllini diqqətdə saxlayan bir dövlətimizin olması ilə bağlıdır. O da vacibdir ki, müasir texnologiyalar siyasi iştirakçılığı daha əlçatan edir. Onlayn qaydada olan proseslər vətəndaşların ölkənin idarə olunması prosesinə cəlb olunmasına kömək edir. Sosial media da informasiyanın yayılmasında və fəal əhali qruplarının səfərbər olunmasında mühüm rol oynayır. Dövlət və ictimai təşkilatlar vətəndaşlara siyasi həyatda iştirakın real mexanizmlərini təklif edir. Könüllü proqramlar, ictimai şuralarda iştirak, müstəqil seçki müşahidəçiləri - bütün bunlar insanlara ölkədə gedən proseslərə təsir etmək imkanı verir. Azərbaycanda vətəndaşların sosial, siyasi fəallığının yüksək olmasını seçki proseslərində və digər məsələlərə münasibətdə müşahidə olunur”.
Siyasi fəallıq milli təhlükəsizliyin mühüm elementidir
R.Zeyni qeyd edib ki, siyasi sistem daha şəffaf və cəmiyyət qarşısında hesabatlı olmalıdır: “Dövlət orqanlarının fəaliyyətinin monitorinqində vətəndaşların iştirakı siyasi sistemə inamı artırmağa kömək edir. Bir daha qeyd edək ki, vətəndaşların siyasi fəaliyyəti səmərəli demokratik cəmiyyətin əsasını təşkil edir. Onu davamlı inkişaf etdirmək üçün təhsilin təkmilləşdirilməsi, rəqəmsal texnologiyaların inkişafı, siyasi sistemdə çatımazlıqlarla mübarizə və gənclərin təşəbbüslərinin dəstəklənməsi daxil olmaqla kompleks tədbirlər həyata keçirmək daim diqqət mərkəzində yer almalıdır.
Azərbaycanın yanaşması odur ki, milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, demokratik prinsiplərin də inkişafı vacibdir. Ölkəmizdə bu istiqamətdə ciddi işlər görülür. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan zamanın tələblərinə uyğun olaraq müasir texnologiyalardan istifadə, açıq internet şəbəkəsinin formalaşması, söz azadlığı, demokratik prinsiplərin inkişaf etdirilməsi istiqamətində zəruri işlər görür. Azərbaycan dövləti ölkədə sosial və siyasi fəallığın artırılması istiqamətində mühüm addımlar atmaqdadır. Bu da insanların siyasi fəallıq səviyyəsini davamlı şəkildə yüksəldir. Vətəndaşların sosial və siyasi fəallığının artırılmasının digər mühüm əhəmiyyəti dövlətin milli təhlükəsizliyi və özünümüdafiəsi ilə bağlıdır. Cəmiyyətdə insanların sosial və siyasi fəallığı yoxdursa, bu boşluğu zərərli və təhlükəli ünsürlər, radikal qruplar doldurur. Azərbaycanda bu məsələ daim dövlətin xüsusi diqqət mərkəzində yer alır və müvafiq tədbirlər görülür”.
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

