Regionların inkişafında yeni mərhələ
11.04.2025 [08:09]
Azad ərazilərdə Aqrar Biznes festivalları keçirilir
Regionların sosial-iqtisadi inkişafı ölkə iqtisadiyyatının dayanıqlı və davamlı inkişafında mühüm əhəmiyyət kəsb edir. Regionların inkişafının təmin edilməsi sayəsində milli iqtisadi hədəflərə çatmaq da mümkün olur. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkəsində regionların sosial iqtisadi-inkişafı ilə bağlı yürüdülən siyasət mühüm yer tutur. Azərbaycan hökuməti də bu siyasətə xüsusi önəm verərək bu istiqamətdə məqsədli dövlət proqramları həyata keçirməkdədir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı strategiya hazırda azad edilmiş əraziləri də əhatə edir və dövlət dəstəyi tədbirləri bu bölgədə icra oluna müxtəlif infrastruktur layihələrində daha çox özünü göstərir. Həmin ərazilərdə müxtəlif obyektlərin tikilib istifadəyə verilməsi, yenilərinin təməlinin qoyulması ilə yanaşı, yeni avtomobil magistrallarının, dəmir yollarının, hətta beynəlxalq səviyyəli hava limanlarının istifadəyə verilməsi, yenilərinin də inşası bu kompleks tədbirlərin mühüm tərkib hisəsidir.
Aqrar Biznes Festivalı keçiriləcək
Azad ərazilərdə müxtəlif təşviqlər, o cümlədən biznes festivallarının keçirilməsi də regionların inkişafı ilə bağlı siyasətdə mühüm yer tutur. Bu baxımdan aprelin 30-da Zəngilan rayonunun Ağalı kəndində növbəti Aqrar Biznes Festivalının keçirilməsi biznes üçün imkanların səfərbər olunması hesab edilə bilər. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel sessiya təşkil ediləcək.
Ölkə iqtisadiyyatı 3,4 dəfə artıb
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən iqtisadçı Fuad İbrahimovun sözlərinə görə, sosial-iqtisadi inkişaf konsepsiyası olmadan regionların iqtisadi inkişafı məsələlərini tənzimləmək mümkünsüzdür: “Məhz bu reallıqdan çıxış edərək ölkə başçısı 2003-cü ildən başlayaraq Azərbaycanın yeni iqtisadi siyasət strategiyasını həyata keçirməyə başladı. İndiyədək dövlət proqramları konsepsiyasında həyata keçirilən siyasətin əsas istiqaməti regionların sosial-iqtisadi inkişafına şərait yaradılması və təşviqinin başlıca istiqamət kimi müəyyənləşdirilməsidir. Bu siyasət tezliklə öz bəhrəsini verdi. Regionlarda quruculuq-abadlıq işləri geniş vüsət aldı, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açıldı, əhalinin məşğulluq səviyyəsi yüksəldi. Ötən illərdə bölgələrdə kənd təsərrüfatı sahələri inkişafında yeni mərhələyə qədəm qoydu. Həyata keçirilən bu proqramlar nəticəsində ötən 20 ildə mühüm iqtisadi nailiyyətlər qazanılıb, ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb”.
Bölgələrdə rəqabətqabiliyyətli istehsal yüksəlir
F. İbrahimov qeyd edib ki, bölgələrimizdə rəqabətqabiliyyətli məhsul istehsalında mühüm rol oynayan aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin inkişafına, emal sənayesinin az xərclə yüksək keyfiyyətli xammal ilə davamlı təminatına, ərzaq bolluğunun yaradılmasına diqqət yetirilir: “Hökumətin qayğısı sayəsində süd emalı zavodlarının fəaliyyəti genişləndi, yeni istehsal sahələri yaradıldı, əhali keyfiyyətli məhsullarla təmin edildi. Regionlarda və ölkə daxilində yeni iş yerlərinin yaradılması sayəsində insanların məşğulluğu, xüsusilə biznes və sahibkarlıq mühitinin formalaşması və inkişafı, eləcə də bu istiqamətdə həyata keçirilən digər tədbirlər bütövlükdə Azərbaycan iqtisadiyyatının fasiləsiz, dinamik və dayanıqlı böyüməsini təsdiqləyir”.
İqtisadçının sözlərinə görə, Prezident İlham Əliyev respublikamızın bütün regionlarının hərtərəfli tərəqqisini xüsusi diqqət mərkəzində saxlayır və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirir. “Ölkə başçısı qarşıya qoyduğu vəzifələrin icrasına şəxsən nəzarət edir, regionların inkişaf konsepsiyasının həyata keçirilməsinin vəziyyəti haqqında hökumətin rüblük, yarımillik və illik xüsusi iclaslarını keçirir. Bu, bir daha təsdiq edir ki, regionların inkişafı dövlət siyasətinin prioritet istiqamətidir. Dövlət başçısı hər dəfə bölgələrə səfər edərkən iqtisadiyyatın müxtəlif sahələrinin dinamik və məhsuldar işləməsi üçün nəzərdə tutulmuş yeni müəssisələr açır, onların fəaliyyətini yoxlayır, rayonların sosial-iqtisadi vəziyyəti ilə yerindəcə tanış olur, müvafiq tapşırıqlar verir”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25

