Dünyadakı səsimiz!
12.06.2025 [08:19]
Diaspor siyasətimiz uğurla davam etdirilir...
Bu gün Azərbaycan diasporu öz inkişafının ən yüksək mərhələsini yaşayır. Dövlətimizin düşünülmüş diaspor siyasəti nəticəsində xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi gün keçdikcə yeni mərhələlərə qədəm qoyur. Soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayırlar. Belə ki, onlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində yüksək fəallıq göstərir, eyni zamanda, təcavüzkar erməni dairələrinin siyasi, ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.
Belçikada mühüm görüş...
Diaspor hərəkatında mühüm tədbirlərdən biri bugünlərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Belçikadakı Azərbaycan icması ilə görüşü hesab edilə bilər. Komitədən bildirilib ki, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyində təşkil olunan görüş Dövlət Himnimizin səsləndirilməsi, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımızın əziz xatirəsinin yad olunması ilə başlayıb.
“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və uğurlu diaspor siyasəti xaricdəki Azərbaycan icmalarının fəaliyyətində öz əksini tapır”, - bu sözləri komitə sədri çıxışında səsləndirib. O, xaricdəki azərbaycanlıların ölkəmizin tarixi Qələbəsindən sonra informasiya müharibəsi, diplomatik təşəbbüslər və lobbiçilik sahəsində kifayət qədər fəallaşdığını, keyfiyyətli fəaliyyət ortaya qoyduqlarını qeyd edib.
Soydaşlarımıza dünya azərbaycanlılarının birliyini gücləndirmək məqsədilə sistemli şəkildə həyata keçirilən layihələr barədə müfəssəl məlumat verilib.
Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov icma görüşünü müsbət qiymətləndirib, soydaşlarımızın diaspor fəaliyyətini təqdir etdiyini dilə gətirib.
“Fireland” Azərbaycanlılar Birliyinin, BAF - Belçika Azərbaycanlıları Federasiyasının, “MADANİ - Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” təşkilatının, “Radio Octo” radiosunun, “BUTAM” Azərbaycan Mədəniyyət Assosiasiyasının, İrs-Azərbaycan Belçika Tələbə Assosiasiyasının təmsilçiləri fəaliyyətləri barədə məlumat verib, təkliflərini səsləndiriblər. Soydaşlarımız müasir platformalarda bir araya gələrək daha güclü, daha məhsuldar və daha effektiv birlik mühiti yaratdıqlarını nəzərə çatdırıb, bu cür görüşlərə maraqlarının artdığını ifadə ediblər.
Görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçiyə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.
Tədbirdə, həmçinin Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Belçika üzrə koordinatoru seçilib.
Bədii hissədə azərbaycanlı uşaq və gənclərin ifasında təqdim olunan milli musiqilər, milli rəqslər sürəkli alqışlarla qarşılanıb.
Livanda Azərbaycan Evi açılıb
Diaspor siyasətimizdən danışarkən xarici ölkələrdə, azərbaycanlıların kompakt yaşadığı şəhərlərdə Azərbaycan evlərinin yaradılaraq soydaşlarımızın istifadəsinə verilməsini vurğulamaq yerinə düşər. Qeyd edək ki, bu evlər Azərbaycan dövlətini və xalqını sevən, milli maraqlarımızı üstün tutan hər bir kəsin üzünə açıqdır. Azərbaycan evləri azərbaycanlıların bir dayaq nöqtəsi, görüş, müzakirə məkanıdır. Bu evlər xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, birliyi istiqamətində ciddi və əhəmiyyətli rola malikdir.
Bu günlərdə Livanın Kavaşra kəndində Azərbaycan Evinin açılışı mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, mərasimdən öncə Kavaşra kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
Tədbir Azərbaycanın və Livanın Dövlət himnlərinin səsləndirilməsi, şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Livandakı Azərbaycan Evinin rəhbəri Xaled İsmayıl türkman icmasının fəaliyyəti və orada evin açılmasını zəruri edən səbəblərlə bağlı ətraflı məlumat verib: “Azərbaycan Evinin açılması türkmanların Azərbaycan tarixini, ədəbiyyatını və mədəniyyətini öyrənməsi üçün böyük fürsətdir. Bu imkanı bizə yaratdığına görə Azərbaycan dövlətinə minnətdarıq”.
Bu əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Livanda Azərbaycan Evinin açılmasının iki ölkə arasındakı münasibətlərin inkişafı, eləcə də burada yaşayan türkman xalqının nümayəndələri üçün mühüm hadisə olduğunu söyləyib: “Bugünədək dünyanın 19 ölkəsində 30 Azərbaycan Evi açılıb. Bu evlərin açılması Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısının bariz nümunəsidir. İnanıram ki, burada yaşayan türkmanlar Livandakı Azərbaycan Evinin xətti ilə iki ölkə arasındakı münasibətlərin inkişafına böyük töhfə verəcəklər”.
Qeyd edək ki, bundan əlavə, Kavaşra kəndində Azərbaycan Evinin açılış mərasimi münasibətilə bədii tədbir təşkil olunub.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46

