Azərbaycanın tolerantlıq modeli...
10.07.2025 [08:33]
Milli və dini müxtəliflik tarix boyu ölkəmizdə insanlar arasında fərq yaradan amil hesab edilməyib və indi də belədir. Hər zaman olduğu kimi, bu gün də Azərbaycanda bütün dini inanclara, adət-ənənələrə hörmətlə yanaşılır, fərqli dini mənsubiyyətli insanlara heç bir dözümsüzlük yoxdur. Dini və milli tolerantlıq anlayışı insan haqlarının qorunması, azadlıqların təmin edilməsi və ictimai harmoniyanın formalaşdırılması ilə sıx bağlıdır.
Tolerantlıq sadəcə dözümlülük deyil, eyni zamanda başqalarının inanclarına, adət-ənənələrinə və milli kimliklərinə hörmətlə yanaşmaqdır. Bu anlayış fərdlərin bir-birini daha yaxşı tanımasına, birgəyaşayış mədəniyyətinin formalaşmasına və qarşılıqlı anlaşmanın dərinləşməsinə zəmin yaradır.
Tarix boyu dini və milli münaqişələrin yaratdığı fəsadlar bəşəriyyətə ağır ziyanlar vurub, cəmiyyətlər arasında parçalanmaya səbəb olub. Lakin tolerantlığın və dialoqun hakim olduğu cəmiyyətlər daha sabit, təhlükəsiz və firavan olub. Tarixi nümunələr göstərir ki, multikultural mühitin mövcud olduğu ölkələrdə elmi, mədəni və iqtisadi inkişaf daha sürətli gedib, fərqli din və etnik mənsubiyyətə malik insanlar birgə fəaliyyət göstərərək ümumi rifaha töhfə veriblər.
Müxtəlif dinlər və etnik qrupların harmoniyası
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, müasir dövrdə qloballaşma və miqrasiya prosesləri dini və milli müxtəlifliyi daha da artırıb. Bu da insanları qarşılıqlı anlaşmaya, mədəni dialoqa və tolerantlığa daha çox önəm verməyə sövq edir.
Deputat qeyd edib ki, dünyanın bir çox ölkəsində multikulturalizm siyasəti yürüdülür, müxtəlif xalqların və dinlərin bir arada sülh şəraitində yaşaması üçün hüquqi və sosial mexanizmlər formalaşdırılır: “Azərbaycanda da dini və milli tolerantlıq qədim ənənələrə söykənir. Ölkəmiz tarixən fərqli millətlərin və dinlərin nümayəndələrinin dostluq və qarşılıqlı hörmət şəraitində yaşadığı bir məkan olub. Azərbaycan modeli dünyada tolerantlığın və multikulturalizmin uğurlu nümunələrindən biri kimi qəbul edilir. Bu gün ölkədə müxtəlif dinlər və etnik qruplar arasında harmoniyanın qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.
C.Məmmədovun sözlərinə görə, tolerantlıq və harmoniyanın davam etməsi üçün dövlət və digər qurumlar fəal şəkildə çalışır: “Bu vəziyyət bir tərəfdən Azərbaycan xalqının milli mentaliteti ilə sıx bağlıdır. Milli xarakterimizdə, mənəviyyatımızda və psixologiyamızda bu tolerantlıq və birgəyaşayış mədəniyyəti özünü göstərir. Digər tərəfdən, bu dəyərlər hüquqi müstəvidə də təsbit olunub. Konstitusiyada əksini tapan bu keyfiyyətlər hüquqi məzmun kəsb edərək ölkənin sosial və siyasi sisteminin əsas prinsiplərindən birinə çevrilib. Bu, unikal bir hadisədir və xalqımızın birliyi, həmrəyliyi, gücü və bərabərliyi məhz zəngin mədəniyyətdən, dərin dini və siyasi dünyagörüşündən qaynaqlanır. Həmin keyfiyyətlər Azərbaycan xalqını daha böyük gələcəyə aparacaq gücə və perspektivə malikdir”.
Həmrəylik və qarşılıqlı hörmət yüksək səviyyədədir
Deputat bildirib ki, hazırkı tarixi mərhələdə yeni şərtlər daxilində multikultural dəyərlərin daha da zənginləşdirilməsi, dini tolerantlığın dərinləşdirilməsi və bütün dinlərin nümayəndələrinin Azərbaycanda öz inanclarını sərbəst şəkildə ifadə etməsi mühüm əhəmiyyət daşıyır: “Hətta eyni din daxilində olan fərqli məzhəblərin daşıyıcılarının birgə vəhdət namazı qıla bilməsi bu mühitin nə qədər perspektivli və dərin olduğunu göstərir. Bu, cəmiyyət daxilində həmrəyliyin və qarşılıqlı hörmətin yüksək səviyyədə olduğunu sübut edir.
Həyatın bütün sahələrində rasional və praqmatik islahatlar ölkəmizdə həyata keçirilir və Azərbaycan həm də sivilizasiyalararası münasibətlərin tənzimlənməsində belə mühüm rol oynayır. Bütün dünya ictimaiyyəti üçün sirr deyil ki, ölkəmizdə multikultural cəmiyyət var. Xüsusilə qeyd etmək lazımdır ki, belə bir cəmiyyətin formalaşdırılması heç də kənardan göründüyü qədər sadə, bəsit bir məsələ deyil. Belə bir mühitin formalaşması üçün əsrlərlə vaxt tələb olunur. Ona görə də cəsarətlə deyə bilərik ki, məhz dini və milli tolerantlıq, eləcə də millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində çox böyük, həm də məqsədyönlü işlər görülüb”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14

