Vətənpərvərlik: milli dəyərlər üzərində qurulan güclü mənəvi təməl...
24.10.2025 [08:55]
Ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti gənclərin hərtərəfli inkişafının təmin olunmasında əsaslı rol oynamaqdadır. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir. Azərbaycanda yürüdülən gənclər siyasətinin əsasında həm də gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyələndirilməsi dayanır. Bu mənada da milli dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması və gələcək nəsillərə yetişməsi üçün gənc nəslin üzərinə böyük məsuliyət düşür. Qlobal inkişaf dövrü sayılan XXI əsrdə xalqımızın milli dəyərlərinin qoruması, onların tanıdılması yönümündə mühüm işlər aparılır.
Vurğulandığı kimi, milli ruhda böyüyən Azərbaycan gəncliyi də ölkəmizin strateji hədəflərinə doğru irəliləməsi prosesində fəal iştirakçı kimi yer alır, iqtisadi, siyasi və sosial həyatda mühüm rol oynayır. Hər bir ölkənin inkişafı texnoloji tərəqqiyə və iqtisadi resurslarla yanaşı, həm də milli dəyərlər üzərində qurulan güclü mənəvi təməllərə əsaslanmalıdır. Bu prosesdə ön sırada çıxış edən gənclər isə ölkələrinin tarixini, mədəniyyətini və ənənələrini mənimsəməlidirlər. Bu şüur onların vətəndaşlıq məsuliyyətini artırır və cəmiyyətdə birliyə, həmrəyliyə töhfə verir. Gələcək nəslin milli ruhda böyüməsi Azərbaycan cəmiyyətinin gələcək inkişafı ilə bağlı praqmatik proqnoz yaradır - paralel olaraq gənclərin ölkə daxilində və xaricdə milli dəyərləri təmsil etmələri, Azərbaycanın beynəlxalq imicinin qorunmasında və gücləndirilməsində mühüm rol oynayır. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbədə Ali Baş Komandanın çağırışı ilə silaha sarılaraq öz sinəsini düşmən gülləsinə sipər edən gəncliyimizin rolu və xidməti əvəzedilməzdir. Azərbaycan ordusunun əsas qüvvəsini təşkil edən gənclər öz torpaqlarını azad etmək üçün böyük fədakarlıq göstərdilər. Vətən müharibəsi zamanı döyüş meydanında olan hər bir gənc, illərlə aldığı tərbiyənin, dövlətin ona göstərdiyi diqqətin və milli dəyərlərin gücü ilə irəli atıldı. Onlar düşmənə qarşı təkcə fiziki deyil, həm də mənəvi üstünlüyə sahib idilər.
Gənc nəsillərin vətənpərvərlik ruhunda böyüdülməsi...
Mövzuya aid fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib ki, hər bir xalq üçün ən vacib olan məsələlərdən biri özünün daxili birlik və bərabərliyini təmin etməkdir. Deputat qeyd edib ki, vətənpərvərlik bu birliyi formalaşdıran və onu qoruyan ən güclü təməl daşıdır: “Tarixdə dəfələrlə sübut olunub ki, vətəndaşların vətəninə olan sevgisi və bağlılığı zaman-zaman onu çətin dövrlərdən, müharibələrdən və təhdidlərdən xilas edib, qələbəsinin təminində əsaslı rol oynayıb. Gənc nəsillərin vətənpərvərlik ruhunda böyüdülməsi, tərbiyə alması onların gələcəkdə daha məsuliyyətli və səmərəli vətəndaşlar olmalarını təmin edir. Məktəblərdə və universitetlərdə milli tarix, mədəniyyət və dəyərlər haqqında müvafiq dərslər, gənclərin öz ölkələrinə olan bağlılığını artırır. Həmçinin bu, onlara yanlış ideologiyalardan qorunmaq imkanı verir”.
B.Məhərrəmov bildirib ki, vətənpərvərlik yalnız məktəb kitablarında deyil, həm də gündəlik həyatımızda, ailələrdə, müxtəlif sosial qruplarda formalaşmalıdır: “Hər bir insanın cəmiyyətə xidmət etməsi, dövlətinin maraqlarını qoruması və mədəniyyətini təbliğ etməsi vətənpərvərlik anlayışının bir hissəsidir”.
Uğurlu bu gün, işıqlı sabah üçün ...
Deputatın sözlərinə görə, vətənpərvərlik həm də gələcək üçün vacib bir ənənədir: “Hər bir xalqın tarixi boyunca qarşılaşdığı çətinliklər və mübarizələr onu daha güclü edir. Bu günün vətənpərvər insanları, sabahın alimləri, iş adamları və mühəndisləri olacaq. Eyni zamanda, vətənpərvərlik xalqın beynəlxalq arenada nüfuzunu və gücünü artırır”.
Millət vəkili sonda qeyd edib ki, vətənpərvərlik həm də bir xalqın şərəfi, onu qoruyan insanların qəhrəmanlığı və torpaqlarının sədaqətlə müdafiə olunması deməkdir. “Unutmayaq ki, vətənpərvərlik sadəcə bir hiss deyil, həm də bizim gələcəyimizi təmin edən əsas bir dəyərdir”, - deyə o əlavə edib.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39

