Dezinformasiya ilə mübarizədə vahid platforma
26.11.2025 [08:33]
Fikir və söz azadlığı hər bir cəmiyyətin inkişafında və demokratik strukturların qurulmasında əsas prinsiplərdən biridir. Bu azadlıq insanlar arasında dialoqun, müzakirələrin və müxtəlif baxışların sərbəst şəkildə ortaya çıxmasına imkan verir. Belə bir azadlığın təşviqi və qorunması, beynəlxalq əməkdaşlıq və qarşılıqlı anlayışın inkişafı baxımından da böyük əhəmiyyət kəsb edir. D-8 ölkələrinin qurduğu Media Forumu isə bu sahədə xüsusi bir rol oynayır.
Bu günlərdə D-8 Media Forumu baş tutub. Forum İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksəkvəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə keçirilib. Tədbirdə 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə, 150-yə yaxın qonaq iştirak edib.
D-8 təşkilatı medianın təsir gücünü artırmalıdır
Tədbirdə çıxış edən D-8 təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam təşkilata üzv ölkələrin əməkdaşlığının təkcə iqtisadiyyatda deyil, həmçinin media və kommunikasiya sahəsində böyük önəm daşıdığını deyib: “Azərbaycan D-8-ə üzv seçilən gündən öz töhfəsini əsirgəməyib, bu təşkilatda qeyri-adi təşəbbüslərlə çıxış edib. Keçən ay keçirilən D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqunda yol xəritəsi müəyyən olunub”.
O, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, ölkəmizə artıq dəfələrlə səfərə gəldiyini və özünü evindəki kimi hiss etdiyini bildirib: “Azərbaycanın bu mötəbər təşkilata qoşulmasından sonra canlanmalar hiss olunur. D-8 Media Forumunun Bakı şəhərində ilk dəfə olaraq keçirilməsindən çox məmnunuq”.
Baş katibin sözlərinə görə D-8 təşkilatı öz mövqeyini, həmçinin medianın nüfuzunu və təsir gücünü artırmalıdır: “Təşkilatımızın tutduğu mövqeyi beynəlxalq səviyyəyə çatdırmalıyıq. Planlarımızda ümumi yayım assosiasiyasını yaratmaq var. Həmçinin təşkilata üzv ölkələrdə jurnalistika məktəblərinin yaradılmasını və təqaüdlərin ayrılmasını təklif etmək istərdik. Bu tədbirin hər il keçirilməsi medianın inkişaf etdirilməsinə kömək ola bilər. D-8 ölkələrinin birgə əməkdaşlıq edərək fərqlənmə mərkəzi ərsəyə gətirmələri üçün vəsait ayrılmasını təklif edirik”.
Məlumatın səhv təqdim olunması ictimai rəyin dəyişməsinə səbəb ola bilər
Pakistanın federal informasiya və yayım naziri Attaullah Tarar bildirib ki, Azərbaycan D-8-in tamhüquqlu üzvü olduqdan sonra bu təşkilata verdiyi dəstəyi dəfələrlə nümayiş etdirib: “Çünki təşkilatın inkişafı üçün irəli sürülən təşəbbüsləri doğru istiqamətdə həyata keçirmək mühüm əhəmiyyət kəsb edir və artıq bunun üçün vaxt yetişib. Bu prosesdə əməkdaşlıq əsas amillərdən biridir.
Nazir qeyd edib ki, qlobal informasiya məkanında qeyri-adi transformasiyalar baş verir: “Geosiyasi vəziyyətdə yaşanan son hadisələr bu dəyişikliklərə ciddi təsir göstərir. Yeni texnologiyalar ictimai inam və etibarın artırılmasına xidmət etməlidir. Rəqəmsal media ekosistemləri son dövrlərdə xüsusilə önəm qazanıb. Artıq ənənəvi çap mediasından rəqəmsal mediaya keçid sürətlə baş verir və bu sahə dinamik şəkildə inkişaf edir. “Gənc əhalinin maarifləndirilməsi xüsusi önəm daşıyır. Onlara sosial media və rəqəmsal platformalardan düzgün, müsbət və təhlükəsiz şəkildə istifadə yolları izah edilməlidir. Məlumatın səhv təqdim olunması isə ictimai rəyin dəyişməsinə səbəb ola bilər. Buna görə də dövlət qurumlarının informasiya siyasəti ardıcıl və şəffaf olmalı, verilən məlumatlar vaxtında və dəqiq şəkildə əhaliyə çatdırılmalıdır”.
Nazir dezinformasiyanın düzgün aşkarlanması üçün insanların maarifləndirilməsinin vacib olduğunu deyib. O, vurğulayıb ki, bu baxımdan D-8 forumu çox əhəmiyyətli təşəbbüsdür: “Təklif edirəm ki, D-8 Təşkilatına üzv dövlətlərin media peşəkarları və media nazirlikləri arasında işçi qrupu yaradılsın. Bu qrup mütəmadi görüşlər keçirərək fikir mübadiləsi aparsın. Həmçinin media mühitində dezinformasiyanın qarşısını almaq məqsədilə D-8 üzv dövlətləri üçün vahid bir platformanın yaradılmasını təklif edirəm”.
Etibarlı informasiya məkanının qurulması üçün...
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin xarici media üzrə baş direktoru və sözçünün müavini Alireza Miryusefi Aval bildirib ki, D-8 təşkilatı, ilk növbədə, iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə yaradılıb: “Lakin bu gün biz hamımız yaxşı anlayırıq ki, üzərimizdə yalnız iqtisadi sahə ilə məhdudlaşmayan, daha geniş ölçülü məsuliyyət mövcuddur. Bu məsuliyyət, ilk növbədə, informasiya məkanında aydınlıq, şəffaflıq və etibarlılığın təmin edilməsindən ibarətdir. Bu isə hər bir ölkənin ictimai rifahına, regional sabitliyə və qlobal təhlükəsizliyə xidmət edən strateji hədəfdir”.
O qeyd edib ki, xüsusilə siyasi gərginliyin mövcud olduğu ölkələrdə düzgün informasiya cəmiyyətin mövqeyini formalaşdıran əsas amillərdən biridir. Yanlış və ya manipulyativ məlumat isə ictimai rəyin dəyişdirilməsi, sosial sabitliyin pozulması kimi riskləri özündə ehtiva edir: “Bu baxımdan mən hesab edirəm ki, D-8 təşkilatına üzv ölkələrin əməkdaşlıq çərçivəsində xəbər bürolarının yaradılması zəruri və təxirəsalınmaz addımdır. Belə bürolar qarşılıqlı informasiya axınının gücləndirilməsinə, media əməkdaşlığının genişləndirilməsinə və ictimaiyyətə operativ, etibarlı məlumatın çatdırılmasına xidmət edəcək. Bu, həm də dezinformasiyaya qarşı mübarizədə mühüm vasitə olacaq”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxHərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53

