Güclü cəmiyyətin və dövlətin təməli...
12.02.2026 [08:32]
Hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin rolu vacibdir
Müasir dünyanın inkişaf xəritəsinə nəzər saldıqda bir həqiqət aydın görünür: harada vətəndaş cəmiyyəti güclüdürsə, orada hüquqi dövlət də möhkəmdir. Harada qanunun aliliyi təmin olunursa, orada insan ləyaqəti, azad fikir və ədalət prinsipləri qorunur. Vətəndaş cəmiyyəti ilə hüquqi dövlət bir-birini tamamlayan, bir-birini gücləndirən iki əsas sütundur.
Vətəndaş cəmiyyəti hüquqi dövlətin qurulmasında nəzarət və təşəbbüs funksiyasını yerinə yetirir. O, ictimai rəy formalaşdırır, problemləri gündəmə gətirir, islahatlara təkan verir. Hüquqi dövlət isə vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətinə hüquqi zəmin yaradır, təhlükəsiz mühit təmin edir.
Bununla yanaşı, sabahın tələblərinə cavab vermək üçün sözügedən sahələrdə daim yeniliklərin və islahatların həyata keçirilməsi zəruridir ki, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu daha da möhkəmlənsin. Ötən illər ərzində Azərbaycanda bu istiqamətdə aparılan islahatlar nəticəsində vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu xeyli dərəcədə inkişaf edib. Bunun nəticəsidir ki, ölkəmizdə bütün sahələr üzrə ictimai-siyasi sabitlik və hüququn aliliyi təmin olunub.
Mövzunu “Yeni Azərbaycan”a şərh edən hüquqşünas Nadir Məmmədovun sözlərinə görə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu bir millətin demokratik inkişaf yolunun əsas göstəricisidir. O, qeyd edib ki, güclü və ədalətli dövlət yalnız idarəetmə mexanizmləri ilə deyil, həm də şüurlu, fəal və məsuliyyətli vətəndaşlarla qurulur: “Vətəndaş cəmiyyəti dedikdə, dövlət strukturlarından kənarda fəaliyyət göstərən, lakin cəmiyyətin sosial, iqtisadi, mədəni və hüquqi həyatında mühüm rol oynayan institutların və fərdlərin məcmusu nəzərdə tutulur. Qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, ictimai birliklər, müstəqil ekspertlər və fəal vətəndaşlar vətəndaş cəmiyyətinin əsas subyektləridir. Bu qurumlar cəmiyyətin maraqlarını ifadə edir, ictimai nəzarəti həyata keçirir və dövlətlə vətəndaş arasında körpü rolunu oynayır. Hüquqi dövlət isə fəaliyyətini hüquq normaları əsasında quran, insan hüquq və azadlıqlarını ali dəyər kimi tanıyan, qanunun aliliyini təmin edən dövlət modelidir. Hüquqi dövlətdə heç bir orqan, vəzifəli şəxs və ya vətəndaş qanundan üstün ola bilməz. Məhz bu prinsip cəmiyyətdə ədalətin, şəffaflığın və sosial etimadın formalaşmasına zəmin yaradır. Həmçinin qanunların hamı üçün bərabər tətbiqi və müstəqil məhkəmə sisteminin mövcudluğu hüquqi dövlətin əsas sütunları sayılır”.
N.Məmmədov bildirib ki, vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğuna mühüm töhfə verir. Çünki fəal və məlumatlı vətəndaşlar öz hüquqlarını bilir, onları qorumağı bacarır və dövlət idarəçiliyində iştirak etməkdən çəkinmirlər: “Bu isə öz növbəsində dövlət orqanlarının məsuliyyətini artırır, idarəetmədə şəffaflığı gücləndirir. İctimai nəzarət mexanizmləri korrupsiyanın qarşısının alınmasında və qərarların daha obyektiv qəbul edilməsində mühüm rol oynayır. Eyni zamanda, hüquqi dövlət də vətəndaş cəmiyyətinin sərbəst fəaliyyət göstərməsi üçün əlverişli mühit yaradır. Söz və ifadə azadlığı, birləşmək hüququ, sərbəst toplaşmaq azadlığı kimi fundamental hüquqlar təmin olunduqda vətəndaş cəmiyyəti institutları daha effektiv fəaliyyət göstərə bilir. Qanunvericiliyin aydın və ədalətli olması ictimai təşəbbüslərin qarşısını alan süni maneələri aradan qaldırır. Azərbaycan üçün də vətəndaş cəmiyyətinin gücləndirilməsi və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi strateji əhəmiyyət daşıyır. Dövlət-vətəndaş dialoqunun genişləndirilməsi, ictimai iştirakçılığın təşviqi və hüquqi islahatların davam etdirilməsi bu istiqamətdə atılan mühüm addımlardır. Xüsusilə gənclərin ictimai proseslərə cəlb olunması cəmiyyətin gələcək inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu qarşılıqlı şəkildə bir-birini gücləndirən anlayışlardır. Hüquqa əsaslanan, ədalətli və şəffaf dövlət idarəçiliyi yalnız fəal və məsuliyyətli vətəndaşların mövcudluğu şəraitində mümkündür. Bu balans qorunduğu halda cəmiyyətin davamlı inkişafı, sosial rifah və demokratik dəyərlərin möhkəmlənməsi təmin edilə bilər”.
Hüquqşünas vurğulayıb ki, vətəndaşlarımızın hüquqi mədəniyyət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər günü-gündən artır: “Təbii ki, yeni çağırışlar var. Dünyada bir çox sistem, qəbul edilmiş qərarlar, qanunlar sürətlə dəyişir. Dünyada siyasi mənzərə də yenidən formalaşdırılır. Buna uyğun olaraq dövlətlər milli fəaliyyət proqramlarını yeniləyirlər. Azərbaycan dövləti də bu məsələlərə həssas yanaşır. Dövrün tələblərinə uyğun yeni qanunların qəbul edilməsi, yeni təkliflərin verilməsi labüddür. Həmişə də belə olacaq. Bu yolda Azərbaycan dünyanın bir çox aparıcı dövlətləri sırasındadır. Cəmiyyət inkişaf etdikcə bütün bu məsələlər həmişə dövlətin əsas diqqət mərkəzində olan, prioritet vəzifə kimi qalacaq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

