Sahibkarlıqdan sənayeləşməyə doğru...
04.03.2026 [08:34]
Liberal iqtisadiyyat və güclü dövlət modeli
İqtisadi inkişafın ən mühüm amillərindən biri azad sahibkarlığın və liberal iqtisadiyyatın mövcudluğudur. Hər iki anlayış iqtisadiyyatın təməlini təşkil edir və ölkələrin rifah səviyyəsini yüksəltməkdə əsas rol oynayır. Azad sahibkarlıq iqtisadi fəaliyyətin sərbəst aparılması və bazar iqtisadiyyatının prinsipial şəkildə təşviq edilməsidir. Liberal iqtisadiyyat isə bu prinsipləri dövlət səviyyəsində dəstəkləyən və bazar mexanizmlərinin sərbəst işləməsinə şərait yaradan sistemdir.
Azad sahibkarlıq iqtisadiyyatın dinamikliyini artırır, yeni iş yerlərinin yaranmasına səbəb olur və insanların iqtisadi azadlığını təmin edir. Sahibkarlar öz biznes ideyalarını həyata keçirərək həm özlərini, həm də cəmiyyətin rifahını artırırlar. Liberal iqtisadiyyat isə bazar iqtisadiyyatının səmərəliliyini təmin edən qanunvericilik və iqtisadi siyasəti formalaşdırır.
Dövlət dəstəyi ilə böyüyən biznes
Mövu barədə “Yeni Azərbaycan”a açıqlama verən iqtisadçı Fuad İbrahimov bildirib ki, ötən illərdə dünyanın yüksək inkişaf etmiş ölkələrinin də üzləşdiyi iqtisadi böhran “İnkişafın Azərbaycan modeli”ni gündəmə gətirdi: “Prezident İlham Əliyevin böyük uzaqgörənliklə irəli sürdüyü iqtisadiyyatın şaxələndirilməsi konsepsiyası məhz bu modelin əsas elementlərindən olan davamlı iqtisadi inkişafa aparan amildir. Son illərin təcrübəsi iqtisadiyyatın şaxələndirilməsinin ən səmərəli yolu kimi sahibkarlığın inkişafını ön plana çıxarır. Sahibkarlığın inkişaf səviyyəsi iqtisadiyyatın şaxələnməsinə və təsərrüfat sisteminin bir sahədən asılılığının aradan qalxmasına zəmin yaradır. Ölkəmizdə azad sahibkarlığın təşviqi istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biri də Azərbaycanda sahibkarlara “investisiya təşviqi sənədi”nin verilməsidir. Bu sənəd ilə sahibkarlar müəyyən edilmiş vaxt ərzində bir sıra vergilərdən azad edilir və onların fəaliyyətinin genişlənməsi üçün müxtəlif güzəştlər tətbiq olunur. Bu addım son illər ölkəmizdə əlverişli biznes mühitinin yaradılması və azad iqtisadi fəaliyyətin təşviqi istiqamətində görülən işlərin sadəcə bir hissəsidir. Bununla yanaşı, sahibkarlıq subyektlərində lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarlara dövlət maliyyə dəstəyinin davam etdirilməsi, iş adamlarının şikayətlərinə daha həssas yanaşılması məqsədilə dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması öz müsbət nəticələrini verməkdədir”.
Regional dəyər zənciri: Fürsətlər və perspektivlər
F.İbrahimovun sözlərinə görə, Azərbaycanın nail olduğu davamlı inkişaf modeli heç bir dövlətin inkişaf yoluna bənzəməyən, mövcud təcrübələri təkrarlamayan milli inkişaf modelidir: “Belə bir konsepsiyanın daha hansı elementlərlə təkmilləşdirilməsi üzərində araşdırmalar aparılarkən müxtəlif yanaşmalar ortaya çıxır. Belə ki, “makro və mikro səviyyədə, eyni zamanda, sosial səviyyədə azad ticarətin təşviqi istiqamətində əlavə hansı tədbirlər görülə bilər?” sualı ətrafında bir sıra ideyalar maraq doğurur. İlk növbədə, regional dəyər zəncirində investisiyanın dəstəklənməsi və regionlararası ticarətin təşviqi iqtisadiyyatın müqayisəli üstünlüklərini meydana çıxara bilər. Bu, eyni zamanda, məhsulların regional paylanmasını və rentabelliliyi asanlaşdırar. Azad bazarın informasiya sistemi, uyğunlaşdırılmış regional ticarət siyasəti, regional bazarların əlçatımlılığı da bu sırada önəmli faktorlardır. Eyni zamanda, regional siyasətin hüquqi və tənzimləyici islahatlar yolu ilə tənzimlənməsi yerli və xarici investorlara daha böyük bazarlara çıxmaq imkanı verə bilər. Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən nəqliyyat xərclərinin azaldılması, region ərazisində gömrük rəsmiləşdirilməsi üçün standart sənədin hazırlanması kimi tədbirləri qeyd etmək olar. Eləcə də, texniki və peşə təhsilinə sərmayə yatırmaq işçi qüvvəsinin bacarıqlarının özəl sektorun tələblərinə uyğun təkmilləşdirilməsi baxımından vacib addımlardan biridir. Bu, ölkə iqtisadiyyatının daha çox ehtiyac duyduğu müxtəlif peşələr üzrə seminar və treninqlərin təşkili ilə də həyata keçirilə bilər”.
Rəqabətədavamlı sənaye üçün spesifik yanaşma
Ekspert qeyd edib ki, investisiyanın təşviqi və ixracın inkişafı istiqamətində mövcud institutların imkanlarının genişləndirilməsi islahatların səmərəliliyini artıraraq özəl sektordakı gözlə görünməyən əngəlləri aradan qaldırmağa və yaradılmış imkanlardan geniş istifadəyə yol aça bilər: “Sənayedə hər sektora spesifik yanaşmanın olması sistematik dəyişikliklərə qarşı daha böyük dözümlülüyün mövcudluğuna gətirə bilər. Belə ki, hər bir istehsalat sahəsinin öz tələblərinə uyğun yanaşmanın tətbiqi məhsulun bazardakı rəqabət imkanlarına da böyük təsir göstərir. Bununla belə, sektorlar arasında bağlantıların olması da zəruridir. Sahibkarlıq proqramları yeni sektorların, xüsusilə xidmət sənayesində yeni istiqamətlərin formalaşmasına stimul yaradır. Bu baxımdan yeni biznes qurmaq istəyənlər üçün yaradıcı ideyaların əməli işə necə çevrilməsinin öyrədildiyi layihələrin icrası faydalı olar”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxYeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19

