Məktəblərdə yeni dəyərlər sistemi formalaşır...
11.07.2026 [09:17]
“Ümumi təhsil haqqında” qanuna dəyişiklik nəyi dəyişəcək?
Millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilir. Bu, Milli Məclisin iyulun 7-də keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasında yer alacaq. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Bundan başqa, parlamentin iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşmanın tətbiq olunacağı bildirilib. Layihəyə əsasən, “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək də daxil edilir.
Təhsildə millilik və dünyəviliyin vəhdəti
Sözügedən məsələlərlə bağlı “Yeni Azərbaycan”a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, “Ümumi təhsil haqqında” qanuna təklif edilən bu dəyişiklik ilk baxışdan sadə hüquqi əlavəyə bənzəsə də, əslində, təhsil sisteminin ideoloji və dəyər əsaslarının daha aydın şəkildə müəyyənləşdirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, millilik və dünyəviliyin dövlət siyasətinin əsas prinsipləri sırasında ayrıca göstərilməsi onu deməyə əsas verir ki, gələcəkdə təhsil prosesində milli kimliyin qorunması ilə müasir, elmi və dünyəvi təhsil modelinin inkişafı paralel şəkildə prioritet hesab ediləcək.
“Hesab edirəm ki, bu yanaşma müasir dövrdə xüsusilə aktualdır. Qloballaşmanın sürətləndiyi, informasiya axınının sərhəd tanımadığı bir şəraitdə məktəb yalnız bilik verən müəssisə deyil, həm də milli mənsubiyyət hissini, Vətənə bağlılığı, ana dilinə, tarixə və mədəni irsə hörməti formalaşdıran əsas ictimai institutlardan biridir. Bununla yanaşı, dünyəvilik prinsipi şagirdlərin elmi təfəkkürə əsaslanan, müasir çağırışlara cavab verən və beynəlxalq rəqabətə hazır bilik və bacarıqlarla yetişdirilməsini təmin edən vacib istiqamət olaraq öz əhəmiyyətini qoruyur.
Burada ən mühüm məqamlardan biri millilik və dünyəviliyin bir-birinə alternativ anlayışlar kimi deyil, bir-birini tamamlayan prinsiplər kimi təqdim edilməsidir. Yəni milli-mənəvi dəyərlərə sadiq olmaq eyni zamanda müasir elmə, innovasiyalara, texnologiyalara və universal təhsil standartlarına açıq olmaqla ziddiyyət təşkil etmir. Əksinə, müasir təhsil sistemləri məhz bu balansın qorunmasına çalışırlar”.
Müasir dünyanın tələblərinə uyğun model...
Ekspert qeyd edib ki, qanun edilən bu dəyişiklik gələcəkdə təhsil proqramlarının, tərbiyə konsepsiyasının, müəllim hazırlığının və məktəbdaxili fəaliyyətlərin təşkilində də müəyyən istiqamətverici rol oynaya bilər:
“Lakin hüquqi normanın real nəticə verməsi üçün onun praktik tətbiqi xüsusi əhəmiyyət daşıyacaq. Əsas məqsəd bu prinsiplərin yalnız qanun mətnində deyil, dərsliklərin məzmununda, müəllimlərin peşəkar fəaliyyətində, məktəb mühitində və şagirdlərin gündəlik təhsil həyatında da öz əksini tapması olmalıdır.
Ümumilikdə, qanuna təklif olunan bu əlavə Azərbaycan təhsilinin həm milli dəyərlər üzərində inkişaf edən, həm də müasir dünyanın tələblərinə uyğun formalaşan modelinin hüquqi əsaslarının daha da möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilə bilər”.
Müəllimin geyimi məktəb mədəniyyətini formalaşdırır
Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşmanın tətbiqinə gəlincə, ekspert bildirib ki, bu yanaşma ümumi təhsil müəssisələrində vahid məktəb mühitinin formalaşdırılması baxımından mühüm addım kimi qiymətləndirilə bilər:
“Çünki məktəb ilk növbədə tədris və tərbiyə məkanıdır və burada geyimlə bağlı müəyyən edilmiş ümumi qaydalar nizam-intizamın, təşkilatçılığın və institusional mədəniyyətin gücləndirilməsinə xidmət edir. Müəllim cəmiyyətdə nümunə göstərilən peşə sahiblərindən biridir və onun peşəkar davranışı ilə yanaşı, xarici görünüşü də məktəbin ümumi mühitinin bir hissəsi hesab edilir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34

