Azərbaycanın bölgələri iqtisadi güc amilinə çevrilir
02.07.2015 [09:48]
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bütün ölkə boyu dinamik inkişaf təmin edilib
Azərbaycan son illərdə ölkələrin inkişaf dinamikasını xarakterizə edən əsas parametrlər baxımından dünya miqyasında öncül mövqedə qərar tutur. Ölkəmizdə son 11 il ərzində ümumi daxili məhsul 3 dəfədən çox, qeyri-neft sektoru 2,6, investisiyalar 6,5, əhalinin gəlirləri 6,5 dəfə artıb, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə düşüb. Respublikamızda işsizlik cəmi 5 faiz civarındadır. Hazırda Azərbaycan geniş maliyyə imkanlarına malik ölkələr sırasında yer alır. Respublikanın strateji valyuta ehtiyatları 50 milyard dolları ötüb. Ölkəmiz ÜDM-in cəmi 10 faizi həcmində xarici borclanmaya malikdir ki, bu da çox yaxşı göstəricidir. Paralel surətdə Azərbaycanın idxaldan asılılığı aradan qalxıb və ölkəmizin qeyri-neft məhsullarının ixracı üzrə geniş potensialı bərqərar olub.
Bütün bu uğurların qazanılmasında 2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının mühüm rolu olub. İndiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Beləliklə, hazırda bütün dünyada nümunə kimi göstərilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Son 11 ildə ölkədə iqtisadi potensialın artması, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsi, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşması və digər parametrlər baxımından paytaxt Bakı və digər iri şəhərlərlə regionlar arasındakı fərq, demək olar ki, tam aradan qalxıb. Respublikamızda dövlət başçısı tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən siyasət sayəsində iqtisadi potensialın yalnız paytaxtda və yaxud bir neçə regionda cəmləşdirilməsinin qarşısı alınaraq bütün ölkə boyu inkişaf təmin edilib, ayrı-ayrı bölgələr tarixən formalaşan ənənələrinə, əmək ehtiyatlarına uyğun olaraq respublikanın ümumi tərəqqisi prosesinə qoşulub. Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışında Dövlət proqramlarının regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının artmasında böyük rol oynadığını nəzərə çatdıraraq vurğulayıb: “Ümumiyyətlə, 2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir”.
Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın regionlarının tarazlı inkişafını təmin edir
Əlamətdar haldır ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları hər bölgənin özünəməxsus xüsusiyyətləri, həmin böglələrdə yaşayan insanların təklifləri nəzərə alınmaqla hazırlanıb. Hər bir proqram üzrə qarşıya real vəziyyət nəzərə alınmaqla konkret hədəflər qoyulub və onlara çatmaq üçün bütün imkanlar səfərbər edilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, yerlərdən gələn təkliflər və arzular ümumiləşdirilib, proqram halına salınıb, maliyyə resursları təşkil edilib. Hər il dövlət büdcəsi qəbul edilərkən proqramın icrası, investisiya qoyuluşu nəzərdə tutulur. Beləliklə, bu proqramlar konkret xarakter daşıyır.
Son 11 ildə tarixi əhəmiyyət daşıyan Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın bölgələrinin tarazlı inkişafını təmin edib, regionları da iqtisadi güc amilinə çevirib. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 64 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14,2 dəfə artıb. Artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Ümumilikdə, proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən, birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib.
Prezident İlham Əliyev Dövlət proqramlarının icrasını daim şəxsi nəzarətdə saxlayır. Dövlət başçısı son 11 il ərzində bölgələrə səfərləri çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak edib və dəyərli tövsiyələrini verib. Yerlərdə ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə 240 Sərəncam imzalaması Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi böyük qayğının ifadəsidir. Dövlət başçısı təkcə son bir il ərzində bölgələrə 20-dən çox səfər edərək 120-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərinə qatılıb, həmçinin ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 270 milyon manat vəsaitin ayrılması barədə 72 Sərəncam imzalayıb.
Ümumiyyətlə, regionlarda inkişaf tempi, quruculuq-abadlıq işləri son bir ildə də intensiv şəkildə davam etdirilib. Ötən il regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında cəmiyyətə mesaj verərək bildirib ki, biz üçüncü proqramı da 2018-ci ilə qədər uğurla icra etməliyik. Məlumdur ki, hazırda dünya miqyasında arzuolunmaz tendensiyalar müşahidə edilməkdədir, yeni qlobal çağırışlar meydana çıxıb. Prezident İlham Əliyev vurğulayıb ki, həyata keçirilən praqmatik siyasət sayəsində ölkəmiz yeni dünya çağırışlarına hazırdır və regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası ilə bağlı heç bir problem olmamalıdır: “Ona görə əminəm ki, üçüncü proqramın icrası ilə də bağlı heç bir problem olmamalıdır. Proqramı icra etmək üçün bütün cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq”.
Regionlarda infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb
Son illərdə Azərbaycanın regionlarının məqsədyönlü şəkildə inkişaf etdirilməsindən söhbət açarkən bölgələrdə yüksək səviyyədə reallaşdırılan infrastruktur layihələrini xüsusi qeyd etmək lazımdır. Bölgələrin infrastruktur təminatı 11 il bundan qabaqkı vəziyyətlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Son 11 il ərzində regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının uğurla icra edilməsi nəticəsində respublikanın bölgələrinin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 23 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Ölkəmizdə 2006-cı ildən başlayaraq hər il iki yeni elektrik stansiyası istifadəyə verilib. Nəticədə 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində bölgələrdə yeni su-kanalizasiya şəbəkələrinin qurulması da məmnunluq doğurur. Hazırda ölkəmizdə dövlət büdcəsi vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə 52 şəhəri və 730 kəndi əhatə edən layihələr üzrə işlər icra olunur. Artıq 8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşıb, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilib. Nəticədə, 480 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşıb ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.
Bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi də müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Dövlət proqramlarında dəmiryolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, son 11 ildə ölkədə 10 min kilometr yol çəkilib və yaxud əsaslı şəkildə yenidən qurulub, 340 körpü və tunel tikilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev beynəlxalq aeroportunun yeni terminal binası istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü Dövlət Proqramında da ölkənin yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində bir sıra yeni layihələrin icrası nəzərdə tutulub. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi bundan sonra da intensiv şəkildə davam etdiriləcək. Ümumiyyətlə, Prezident İlham Əliyev qarşıdakı mərhələdə respublikanın bütün ərazisində kənd yollarının asfaltlaşdırılmasını bir vəzifə kimi qarşıya qoyub. Kənd yollarının asfaltlaşdırılması, kəndlərdə yaşayan əhalinin yaxşı yollarla təmin edilməsi hədəfləri belə müəyyənləşdirilib: İndiki templəri saxlamaqla növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu qalmamalıdır. Bütün kənd yolları keyfiyyətlə təmir olunmalı və asfaltlanmalıdır.

Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
MEDİA
13 Sentyabr 08:51

Ədəbiyyat
13 Sentyabr 08:28

Dünya
13 Sentyabr 08:23

Dünya
12 Sentyabr 23:39

İdman
12 Sentyabr 23:12

İqtisadiyyat
12 Sentyabr 22:57

Sosial
12 Sentyabr 22:26

Sosial
12 Sentyabr 21:45

Dünya
12 Sentyabr 21:30

Dünya
12 Sentyabr 21:19

Siyasət
12 Sentyabr 20:57

İdman
12 Sentyabr 20:42

Dünya
12 Sentyabr 20:14

Hadisə
12 Sentyabr 19:56

İqtisadiyyat
12 Sentyabr 19:25

Dünya
12 Sentyabr 18:23

COP29
12 Sentyabr 17:20

Sosial
12 Sentyabr 16:59

Sosial
12 Sentyabr 16:40

Mədəniyyət
12 Sentyabr 16:29

Sosial
12 Sentyabr 15:29

İqtisadiyyat
12 Sentyabr 13:28

YAP xəbərləri
12 Sentyabr 12:58

Dünya
12 Sentyabr 12:28

Gündəm
12 Sentyabr 12:27

Dünya
12 Sentyabr 12:27

Sosial
12 Sentyabr 12:23

Hadisə
12 Sentyabr 12:22

İqtisadiyyat
12 Sentyabr 12:21

İqtisadiyyat
12 Sentyabr 12:20

İqtisadiyyat
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:11

Mədəniyyət
12 Sentyabr 11:58

İqtisadiyyat
12 Sentyabr 11:46

Siyasət
12 Sentyabr 11:36

İqtisadiyyat
12 Sentyabr 11:21

İqtisadiyyat
12 Sentyabr 11:15

Sosial
12 Sentyabr 11:07

Analitik
12 Sentyabr 10:58

Siyasət
12 Sentyabr 10:44

Analitik
12 Sentyabr 10:29

Analitik
12 Sentyabr 10:16

Analitik
12 Sentyabr 09:50

Analitik
12 Sentyabr 09:35

Ədəbiyyat
12 Sentyabr 09:14

MEDİA
12 Sentyabr 08:59

Sosial
12 Sentyabr 08:32

Dünya
11 Sentyabr 23:30

Dünya
11 Sentyabr 23:14

İdman
11 Sentyabr 22:48

Dünya
11 Sentyabr 22:36

Sosial
11 Sentyabr 22:15

Elm
11 Sentyabr 21:49

Dünya
11 Sentyabr 21:26

İdman
11 Sentyabr 21:12

Dünya
11 Sentyabr 20:53

İqtisadiyyat
11 Sentyabr 20:21

Dünya
11 Sentyabr 20:06

Dünya
11 Sentyabr 19:45

İqtisadiyyat
11 Sentyabr 19:31

İqtisadiyyat
11 Sentyabr 19:17

Dünya
11 Sentyabr 18:25

Analitik
11 Sentyabr 17:32

Dünya
11 Sentyabr 17:26

Dünya
11 Sentyabr 17:10

YAP xəbərləri
11 Sentyabr 17:09

Siyasət
11 Sentyabr 17:08

İdman
11 Sentyabr 16:34

YAP xəbərləri
11 Sentyabr 16:11