Azərbaycanın regionlarında yol tikintisi uğurla davam etdirilir
03.08.2016 [15:04]
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib
Son illərdə Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri də ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qəbul edilən və 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bütün bölgələrinin potensialından daha səmərəli istifadə olunmasında, ənənələrin dirçəlməsində, yerlərdə məşğulluq probleminin aradan qaldırılmasında, mədəni mühitin təmin olunmasında mühüm rol oynayıb. Məlumat üçün bildirək ki, indiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramının icrası uğurla yekunlaşıb. Hazırda isə əvvəlki illərdə qazanılan zəngin təcrübə əsasında qəbul edilən və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da uğurla yerinə yetirilməkdədir.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr Azərbaycanı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Eyni zamanda, bu kontekstdə bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Daha dəqiq desək, son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Bu siyasət hazırda da davam etdirilir. Hər halda 2016-cı ilin arxada qalan ayları ərzində paytaxt Bakı və onun ətraf qəsəbələri də daxil olmaqla, ölkəmizin şəhər və rayonlarında həyata keçirilən, həmçinin hazırda da davam etdirilən işlər belə deməyə əsas verir.
Xudat-Yalama-Zuxuloba avtomobil yolunun 16-cı kilometrində yenidənqurma işləri başa çatdırılıb
Məsələn, “Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən yenidənqurma işləri davam etdirilir. Sözügedən qurumun mətbuat xidmətindən bildirilib ki, yolun uzunluğu 23 kilometrdir. Layihə çərçivəsində yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb, qazılmış hissələrə karbonat materialı tökülərək kipləşdirilib. Ümumilikdə 12 metr enində yeni yol yatağı tikilib.
Tikintidən əvvəl eni 6 metr olan yolun hərəkət hissəsi III texniki dərəcəyə uyğun olaraq 7 metrə qədər genişləndirilir. Hər biri 3,5 metr enində olmaqla iki hərəkət zolaqlı yolun hər iki istiqaməti üzrə 2,5 metr enində yeni çiyinlər tikilərək, bərkidilib. Buraya 0,5 metr enində bərkidici zolaqlar da daxildir.
Hər bir layihənin reallaşdırılması zamanı yollarda piyadaların da təhlükəsiz hərəkəti diqqətdə saxlanılan əsas məsələlərdən biridir. Bu səbəbdən yolların yaşayış məntəqələrindən keçən hissələrində vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkiləri yaradılır. Xudat-Yalama-Zuxuloba avtomobil yolunda da ümumi uzunluğu 4 min poqonmetrə yaxın 2 metr enində yeni piyada səkiləri tikilir, kənarlarına səki daşları düzülür. Yenidənqurma işləri çərçivəsində avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün nəzərdə tutulan mövcud boruların və keçidlərin hamısı bərpa olunub.
Hazırda yol boyu asfaltlanma işləri aparılır. Ümumilikdə 165 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. Artıq yolun 16-cı kilometrində yenidənqurma işləri başa çatdırılıb, qalan 7 kilometrdə isə işlər davam etdirilir. İşlərin avqust ayının sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
Tikinti işləri yekunlaşandan sonra yolun zəruri olan yerlərinə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının, həmçinin yol cizgi və yol göstərici xətlərin çəkilişi işləri aparılacaq. Səkkiz yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə 28 min əhalinin gediş-gəlişi xeyli asanlaşacaq, onların avtomobil yolundan istifadə edərək tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi sürətlə, qısa vaxt ərzində xarab olmadan istədikləri ünvanlara çatdırmağa imkan yaranacaq.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Quba-Qonaqkənd avtomobil yolu əsaslı şəkildə təmir olunur. İlkin mərhələdə yolun Quba şəhərinin mərkəzindən Amsar, I və II Nügədi kəndlərindən keçən 11,5 kilometrlik hissəsində təmir-tikinti işləri həyata keçirilir. Təmir-bərpa işləri zamanı yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış hissəyə karbonat materialı tökülərək kipləşdirilib. 13-14 metr enində yeni yol yatağı salınıb. Yol kənarlarında 3-3,5 metr enində yeni çiyinlər tikilib. İki hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir.
Yol boyu zəruri olan yerlərdə kommunikasiya xətləri yenilənib, bəzi yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Bundan başqa, mövcud su boruları və su keçidləri bərpa olunub, giriş-çıxış hissələri təmizlənib, 7 yerdə isə əlavə olaraq yeni su boruları tikilib. Hazırda torpaq işləri yekunlaşdırılaraq yol boyu asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə ikiqat olmaqla yolun 82 min kvadratmetr sahəsinin asfaltlanması nəzərdə tutulub.
Bu işlərə paralel olaraq yolun yaşayış məntəqələrindən keçən hissələrində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün 1500 poqonmetr uzunluğunda 2-3 metr enində yeni piyada səkiləri də tikilir, kənarlarına isə səki daşları düzülür. Əsaslı təmir işləri çərçivəsində yolun 4-cü kilometrində uzunluğu 57 metr və 7-ci kilometrində uzunluğu 101 metr olan iki avtomobil körpüsünün təmiri də aparılıb. Hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri olmaqla körpülərin ümumi eni 8 metr təşkil edir. Körpülərdə piyada səkiləri və mühəccərlər də bərpa olunub. Sözügedən yolda təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Bəzi avtomobil yollarının tikintisi başa çatmaq üzrədir
Dövlətimizin başçısının Sərəncamı ilə Biləsuvar rayonunda inşa olunan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. On min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi başa çatdıqdan sonra ölkənin qərb istiqamətinə hərəkət edən sürücülərin rahatlığı tam təmin ediləcək. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində tikilən avtomobil yolunun uzunluğu 6 kilometrdir. Hərəkət hissəsinin eni 9, hərəkət zolaqlarının eni 3,75, çiyinlərin eni 3, torpaq yatağının eni isə 15 metrdir. Yolun 1,68 kilometrliyində Bolqar çayı üzərində 3 aşırımlı, uzunluğu 81,3 metr olan körpü inşa edilib. Bundan başqa, 10 yerdə boru, 2 yerdə su keçidi, həmçinin 9 yerdə yol birləşməsi və biri dairəvi olmaqla, 3 yol kəsişməsi inşa edilib. Hazırda yolda son tamamlama işləri aparılır və hərəkət istiqamətini müəyyənləşdirən yol nişanları qurulur. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə 30 işıq, 186 ədəd yol təhlükəsizliyi dirəyi, 94 ədəd müxtəlif yol nişanları quraşdırılıb.
Eyni zamanda, “Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlər davam etdirilir. Tikinti işlərinin avqust ayı ərzində yekunlaşdırılması nəzərdə tutulur. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib ki, yenidənqurma işləri çərçivəsində yol yatağının eni 11 metrə çatdırılıb. Buraya 7 metr enində yolun hərəkət hissəsi, 0,5 metr enində bərkidici zolaqlar və 1,5 metr enində çiyinlər daxildir. Hazırda torpaq işləri yekunlaşdırılaraq yolun asfaltlanması həyata keçirilir. Ümumilikdə 200 min kvadratmetr sahəyə ikiqat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Yolun yenidən qurulması layihəsi çərçivəsində suların ötürülməsi üçün nəzərdə tutulmuş mövcud su boruları və su keçidləri bərpa olunub, zəruri olan yerlərdə yeni boruların salınması işləri aparılıb. İmamqulukənd və Köhnə Xudat kəndləri ərazisində 1 kilometr uzunluğunda beton küvetlər və 500 metr uzunluğunda beton arxlar tikilib, sözügedən kəndlərin giriş hissəsində sürüşmələrin qarşısını almaq məqsədilə 200 metrdən çox istinad divarları inşa edilib.
Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 5 min poqonmetr uzunluğunda, 1,5 metr enində yeni piyada səkiləri tikilib, kənarlarına səki daşları düzülüb. Bundan başqa, yolun 9 və 14-cü kilometrlik hissələrində yerləşən, uzunluqları müvafiq olaraq 12 və 10 metr, enləri isə 7 metr olan mövcud körpülər təmir edilib, bəndlərin bərkidilməsi və su nizamlayıcı qurğuların tikintisi işləri aparılıb.
İşlər bitdikdən sonra avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının və üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə 11 yaşayış məntəqəsinin 12 min nəfər əhalisinin rayon mərkəzinə və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat, maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.
Qeyd etmək yerinə düşər ki, Hacıqabul-Horadiz magistralı-İmişli avtomobil yolunun inşası başa çatıb. Tikintisinə bu ilin əvvəlindən başlanan yolun yatağı genişləndirilib, bir neçə yerdə suötürücü qoyulub, ikiqat asfalt örtüyü döşənib. Artıq yol sürücülərin istifadəsinə verilib. Yol istifadəyə verildikdən sonra rayonun bir neçə yaşayış məntəqəsinə və İmişli şəhərindən Hacıqabul-Horadiz avtomobil yoluna daha rahat çıxmaq mümkün olub.
Kənddaxili yollar təmir olunur
Verilən məlumatlara əsasən, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Abşeron rayonunun Masazır kəndində daxili yollar əsaslı təmir olunur. Belə ki, dekabr ayından indiyədək bələdiyyənin daxili imkanları hesabına 17 küçədə asfalt işləri görülüb. Hazırda 3 kilometr ərazidə asfalt örtüyü vurulur.
Yol boyu zəruri yerlərdə kommunikasiya xətləri yenilənib. Hazırda asfalt örtüyünün döşənməsi işləri həyata keçirilir. Yol kənarlarında piyadaların rahat və təhlükəsiz hərəkəti üçün indiyədək mövcud olmayan səkilər də tikilir. Sözügedən küçələrdə təmir-tikinti işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə xeyli sayda texnika cəlb olunub. Qeyd edək ki, təmir-bərpa işlərinin aparıldığı ərazidə təxminən 10 minə yaxın əhali yaşayır, ərazidə məktəb də fəaliyyət göstərir. Aparılan təmir işləri sakinlərin gediş-gəlişini də asanlaşdıracaq.
Bundan başqa, Şamaxı rayonunun Dəmirçi kəndindən İsmayıllının Lahıc qəsəbəsinə avtomobil yolunun çəkilişinə başlanılıb. Dəmirçi kəndi Şamaxının şimalında yerləşən ən ucqar yaşayış məntəqələrindəndir. Flora və faunası, tarixiliyi ilə istər yerli, istərsə də xarici turistlər üçün cəlbedici olan bu kənd Lahıcın cəmi 22 kilometrliyindədir. Şamaxı rayon İcra Hakimiyyətinin sifarişi, “Azəryolelmitədqiqatlayihə” MMC-nin layihəsi ilə çəkilən 22 kilometrlik bu yolda işlər hazırda sürətlə davam etdirilir. Yolun tikintisinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Məlumatlara əsasən, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Yardımlı rayonunda iki kəndin yolu təmir olunub. Təmir-tikinti işləri 1,1 kilometr uzunluğunda olan Çay üzü və 2,3 kilometrlik Perimbel kəndlərinə gedən avtomobil yollarında aparılıb. Təmir işləri çərçivəsində Çay üzü kəndinə gedən avtomobil yoluna 9 metr enində 9 min 900 kvadratmetr sahəyə çınqıl əsası tökülüb, kipləşdirilib. Daha sonra sözügedən yola ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə yolun 6 min 600 kvadratmetr sahəsi 6 metr enində asfaltlanıb. Bundan başqa, hər bir istiqamət üzrə 1,5 metr enində olan çiyinlər qum-çınqıl qarışığından yenidən düzəldilib. Bu işlər 3 min 300 kvadratmetr sahəni əhatə edib.
Analoji işlər Perimbel kəndinə gedən yolda da aparılıb. Belə ki, yolun 16 min 100 kvadratmetr sahəsinə 7 metr enində çınqıl əsası tökülərək, kipləşdirilib və asfaltlanma işləri aparılıb. Yolun 10 min 350 kvadratmetr sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənib. Hər iki istiqamət üzrə 6 min 900 kvadratmetr sahədə 1,5 metr enində çiyinlərin yenidən düzəldilməsi işləri aparılıb.
Yol tikintisi ilə bağlı işlər dövlət başçısının diqqət mərkəzindədir
Yuxarıda da vurğuladığımız kimi, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr Azərbaycanı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Və yol tikintisi ilə bağlı işlər hazırda da dövlət başçısının diqqət mərkəzindədi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də “Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sözügedən Sərəncama əsasən on iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı “Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən isə iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon manat ayrılıb.
Dövlət başçısı həmçinin iyulun 23-də “Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon manat ayrılıb.
Prezident İlham Əliyevin iyulun 25-də imzaladığı “Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 4,6 milyon manat, iyulun 27-də imzaladığı “Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, otuz beş min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,2 milyon manat, iyulun 29-da imzaladığı “Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, iyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon manat, iyulun 30-da imzaladığı “Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən iyirmi üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,9 milyon manat ayrılıb.
Bu ilin altı ayında bölgələrdə 4 körpü tikilib, 4-ü isə bərpa edilib
Yol infrastrukturu ilə bağlı görülən işlərdən söz düşmüşkən, cari ilin 6 ayı ərzində ümumi istifadədə olan avtomobil yollarında 4 yeni avtomobil körpüsü tikilib, 4-ü isə bərpa edilib. Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib. Yardımlı rayonu ərazisində Separadi-Teşkan avtomobil yolunun 3-cü kilometrində - Viləş çayı üzərində, Lerik rayonu ərazisində Təbrizli kəndinə giriş avtomobil yolunun 1-ci kilometrində - Lənkəran çayı üzərində, Astara rayonunda Siyakü-Şəmətük avtomobil yolunun 7-ci kilometrində - Veravul çayı üzərində, Lənkəran rayonunda Mollaoba avtomobil yolunun 2-ci kilometrində - Veravul çayı üzərində olan körpülərin və Gəndob-Xaçmaz-Yalama Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrində - Qudyalçay üzərində yerləşən körpüdə barraj divarının tikintisi işləri aparılaraq başa çatdırılıb.
Bundan başqa, Daşkəsən rayonunda yağan aramsız yağışlar nəticəsində qəzalı vəziyyətə düşmüş Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu kilometrində yerləşən metal körpü və Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 33-cü kilometrində - Toğana çayı üzərində yerləşən körpü bərpa olunub, Gəncə şəhərində Zazalı-İmamzadə kompleksinə gedən avtomobil yolunda, dəmir yolu xətti üzərində yol ötürücüsünün yenidən qurulması isə başa çatdırılıb.
Həmçinin Bərdə rayonunda Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən, Tərtərçay üzərində yerləşən və uzun illər qəzalı vəziyyətdə olan dəmir konstruksiyalı 35 metr uzunluğunda avtomobil körpüsü də bərpa olunaraq bu il martın 15-də vətəndaşların istifadəsinə verilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24

