/ / Azərbaycanın regionlarında daimi iş yerlərinin yaradılması və işsizliyin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Azərbaycanın regionlarında daimi iş yerlərinin yaradılması və işsizliyin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
23.08.2016 [09:29]
Dövlət proqramlarının uğurla icrası nəticəsində regionların dinamik inkişafı bölgələrdə yaşayan əhalinin sosial müdafiəsinin gücləndirilməsinə də əsaslı imkanlar yaradır
Hazırda bütün dünyada nümunə kimi göstərilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Respublikamızda regionların sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Son 12 ildə tarixi əhəmiyyət daşıyan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın bölgələrinin simasını dəyişib, regionları da iqtisadi güc amilinə çevirib. Bir vaxtlar respublikamızın iqtisadi potensialı əsasən paytaxt Bakıda və bir sıra iri şəhərlərdə cəmləşmişdi. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində artıq bu nisbətin dəyişdiyini söyləmək mümkündür. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib.
Əlbəttə ki, hər bir ölkədə uğurlu iqtisadi inkişafın səmərəliliyi, ilk növbədə, sosial sferanın adekvat şəkildə diqqət mərkəzində saxlanılması ilə ölçülür. Bu mənada məmnunluqla qeyd edə bilərik ki, Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Sosial dövlət olan Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, maddi təminatının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir. Məlumdur ki, digər ölkələrdə böhran zamanı ya maaşları dondurur, ya kəsirlər, ya da maaşların verilməsində problemlər yaşanır. Azərbaycanda isə ötən ilin son ongünlüyündə baş verən milli valyutanın devalvasiyasından sonra tamam fərqli mənzərə müşahidə edilir. Prezident İlham Əliyev əhalinin aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə 25-dən çox Fərman və Sərəncam imzalayıb. Dövlət başçısının müvafiq Fərman və sərəncamları əsasında sosial ödənişlərin, əmək haqlarının, pensiyaların artımı 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib. Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, görülən tədbirlər regionlarda əhalinin məşğulluq problemlərinin həlli və işsizliyin aradan qaldırılmasına da əsaslı töhfələr verib. Bu sahədə qeydə alınan müsbət dinamika bir həqiqəti qətiyyətlə ifadə etməyə imkan verir ki, artıq hətta bir sıra qabaqcıl Qərb dövlətlərini də ciddi narahat edən işsizlik və yoxsulluğun artması Azərbaycanda bir sosial problem olaraq tamamilə aradan qalxmaqdadır. Cari ilin 7 ayının sosial-iqtisadi inkişaf göstəriciləri də bunu təsdiq edir.
Cari ilin ilk altı ayında muxtar respublikada 1811 yeni iş yeri yaradılıb
İnkişafın ən mühüm göstəricilərindən biri, yəni istər maddi istehsal, istərsə də qeyri-maddi xidmətlər sahələrində iqtisadi fəaliyyətin son nəticəsini xarakterizə edən amillərdən biri ümumi daxili məhsulun artım həcmidir. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında sənaye müəssisələri, quşçuluq, heyvandarlıq, balıqçılıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılıb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal xeyli artıb. Bütün bu müsbət proseslər ümumi daxili məhsulun artımına səbəb olub. Belə ki, bu ilin yanvar-iyun aylarında ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 144 milyon 207 min manatdan çox olub. Bu da bir il öncəki müvafiq göstəricini 2 faiz üstələyir. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz artaraq 2568 manatı ötüb.
Əsas mühüm məqamlardan biri görülən tədbirlərin yeni iş yerlərinin yaradılmasına da töhfə verməsidir. Belə ki, cari ilin ilk altı ayında muxtar respublikada 1811 yeni iş yeri yaradılıb ki, bunun da 1768-i və ya 97,6 faizi daimi iş yerləridir. Əmək bazarının tələblərinə uyğun olaraq bu ilin ötən dövründə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, traktorçu-maşınçı, xalçaçı, aşpaz köməkçisi peşələri və digər peşələr olmaqla, ümumilikdə, 164 nəfər peşə kurslarına, 24 nəfər isə ixtisasartırma kurslarına cəlb edilib. Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində 12 məhkum qazanxana maşinisti, 10 məhkum isə daş üzərində oyma peşələri üzrə kurslara cəlb olunub. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas təhsili müəssisələrində 1167 nəfər müxtəlif peşələrə yiyələnib.
Muxtar respublikada müşahidə olunan bu müsbət tendensiya Azərbaycanın digər şəhər və rayonlarında da qeydə alınıb. Belə ki, ölkəmizin əsas sənaye mərkəzlərindən biri olan Sumqayıtda neft-kimya və metallurgiya sənayesinin yeni müasir texnologiya əsasında inkişafı, toxuculuq sənayesinin bərpası, istilik-elektrik stansiyasının inşası, yeni sənaye şəhərciyinin salınması, su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, eləcə də sosial məsələlərin həlli istiqamətində ciddi addımlar atılır. Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsindən bildirilib ki, cari ilin əvvəlindən bu günədək şəhərdə 5132 yeni iş yeri açılıb. İstifadəyə verilən müəssisə və təşkilatlarda 507 nəfərlik, mövcud müəssisələrdə 2757 nəfərlik, fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda 7 nəfərlik, fiziki şəxslərdə 1861 nəfərlik iş yeri qeydə alınıb.
Bərdə və Qazax rayonlarında işsiz vətəndaşların məşğulluğunun təmin olunması istiqamətində tədbirlər davam etdirilir
Bərdə rayonunda da işsiz vətəndaşların məşğulluğunun təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Rayon Məşğulluq Mərkəzindən verilən məlumata görə, cari ilin 7 ayında mərkəzə müraciət edən 3435 nəfər işaxtarandan 676-sı idarə, müəssisə və təşkilatlarda işlə təmin edilib. Vətəndaşlar əsasən qaz istismar sahəsi, suvarma sistemləri, subartezian quyularının istismarı idarələri, meşə mühafizəsi müəssisəsində və elektrik şəbəkəsində işlə təmin olunublar. Bu dövrdə 115 nəfərə işsiz statusu verilib, 125 nəfərə müavinət ödənilib. Hazırda rayonun idarə və müəssisələrində 63 vakant iş yeri var. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə sentyabrda növbəti “Əmək yarmarkası” keçiriləcək.
Qazax rayonunda da əhalinin işlə təmin olunması istiqamətində məqsədyönlü tədbirlər öz müsbət nəticələrini verir. Belə ki, rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov bildirib ki, cari ilin yeddi ayında Mərkəzə müraciət edən 1877 nəfər işaxtarandan 914-nün sənədləri qeydiyyata alınıb və onların da 672-si idarə, müəssisə və təşkilatlarda işlə təmin olunub. İşə göndərilənlərin 141 nəfəri qadındır. Bundan əlavə, yeddi ayda 68 nəfərə işsizlik statusu verilib, 70 nəfərə isə müavinət ödənilib.
Yevlax və Mingəçevirdə də iş üçün müraciət edənlər öz peşələrinə uyğun işlə
təmin olunublar
Yevlax rayon Məşğulluq Mərkəzindən isə bildiriblər ki, 2016-cı ilin 7 ayı ərzində mərkəzə müraciət edən 1560 nəfər işaxtarandan 790-ı, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 8 nəfər kvota üzrə ayrılmış iş yerləri ilə təmin edilib. Vətəndaşlar əsasən qaz istismar sahəsi, dəmir yol, meşə mühafizəsi və bərpası müəssisəsi, kommunal xidmət sahələrində işlə təmin olunublar. Bu dövrdə 14 nəfər peşə hazırlığı kurslarına göndərilib, 6 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, 78 nəfərə işsiz statusu verilərək müavinət ödənilib. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə ilin sonunadək növbəti “Əmək yarmarkası” keçiriləcək. Hazırda rayonun idarə və müəssisələrində 71 vakant iş yeri var.
Bu ilin yeddi ayında Mingəçevir şəhər Məşğulluq Mərkəzinə 4247 nəfər işaxtaran vətəndaş müraciət edib. Mərkəzdən bildiriblər ki, müraciət edənlərdən 729 nəfəri öz peşəsinə uyğun işlə təmin olunub. Onların 147-si qadın, 162-si gəncdir. Vətəndaşlar əsasən emal sənayesi, tikinti, elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, səhiyyə və sosial xidmətlər, maliyyə, rabitə və kommunal xidmət sahələrində işlə təmin ediliblər. İşsizliyə görə 349 nəfərə müavinət təyin olunub. Bundan əlavə, cari ilin 7 ayında Mingəçevir Əmək Birjası tərəfindən qeydiyyatda olan vətəndaşlardan 169 nəfəri müvəqqəti xarakterli mövsümi işə, 12 nəfər ictimai işlərə göndəriş alıb. Həmçinin Mingəçevir şəhər Məşğulluq Mərkəzinin təşkilatçılığı, idarə və təşkilat rəhbərlərinin iştirakı ilə “Sosial tərəfdaşların məşğulluq xidmətində rolu” mövzusunda maarifləndirmə xarakterli “dəyirmi masa” keçirilib. Bu ilin sonunadək Mingəçevir şəhərində “Əmək yarmarkası”nın, tələbə və məzunlar üçün “Karyerada ilk addım” adlı məşğulluq tədbirinin keçirilməsi nəzərdə tutulur.
Beləliklə, sadalananlardan da göründüyü kimi, Azərbaycan dövlətinin məqsədyönlü siyasəti, o cümlədən, Dövlət proqramlarının uğurla icrası nəticəsində regionların dinamik inkişafı bölgələrdə yaşayan əhalinin sosial müdafiəsinin gücləndirilməsinə də əsaslı imkanlar yaradır. Bu, vətəndaşların daimi iş yerləri ilə təmin olunmasında, işsizliyin və yoxsulluğun aradan qaldırılmasında da mühüm rol oynayır.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12

