Həyata keçirilən çoxşaxəli islahatlar regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayıb
25.02.2017 [10:29]
Ölkədə aparılan iqtisadi siyasət nəticəsində şimal rayonlarında da iqtisadiyyatın dinamik inkişafı təmin olunub
Öz inkişafına görə, regionun lider dövləti olan Azərbaycan ötən ili də uğurla başa vurub. Və bu inkişafdan ölkəmizin bütün bölgələrinə, o cümlədən şimal rayonlarına da pay düşüb. Ötən il əldə edilən uğurlar da belə deməyə əsas verir. Bu uğurlara keçməzdən öncə onu bildirək ki, Şimal bölgəsi Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edir. Azərbaycan Respublikasının zəngin bölgələrindən sayılan Şəki-Zaqatala iqtisadi rayonu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın şimal-qərbində - Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir. Zona mülayim iqlim şəraitinə malikdir. Rayon ərazisi faydalı qazıntılarla zəngindir. Şəki-Zaqatala iqtisadi rayonunun gözəl təbiəti onu Azərbaycanın mühüm istirahət-turizm regionuna çevirib. Qəbələdə, Şəkidə, Zaqatalada istirahət-turizm müəssisələri fəaliyyət göstərir. Ərazidən Gürcüstana beynəlxalq turizm marşrutu keçir.
Quba-Xaçmaz iqtisadi rayonu da mühüm kurort-sanatoriya regionlarından biri olmaqla zəngin təbii-rekreasiya ehtiyatlarına malikdir. Dəvəçi rayonunda Qalaaltı mineral suyu əsasında kurort fəaliyyət göstərir.
Quba-Xaçmaz iqtisadi rayonu çox əlverişli nəqliyyat-coğrafi mövqeyinə malikdir.
Beləliklə, ötən il Şimal bölgəsinin rayonlarından olan Qax rayonunda aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 3,7 faiz artaraq, 44 milyon 371 min manat olub. Keçən il rayonun tarixində rekord miqdarda - 36,4 min ton taxıl istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 7,8 min ton artıb. Hesabat dövründə rayonun kənd təsərrüfatı üçün ənənəvi olan tütünçülük və baramaçılıq sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib, 331 hektar sahədə tütün əkilib, 3 min 230 ton yaşıl tütün yarpağı tədarük olunub. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə rayon ərazisində 55 mindən çox tut tingi əkilib.
Bu barədə Qaxda 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin hesabat məruzəsində bildirilib ki, 2016-cı il, ümumilikdə, rayonun iqtisadiyyatı üçün uğurlu olub. Ötən il rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi əvvəlki illə müqayisədə 20,9 faiz artaraq, 109 milyon 886 min manata çatıb. Hesabat dövründə 20 milyon 356 min manatlıq sənaye məhsulu istehsal olunub. Bu, əvvəlki illə müqayisədə 2,9 dəfə çoxdur. Rayonda 547 yeni iş yeri açılıb. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlara 62 layihə üzrə 550 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 100-ə yaxın yeni iş yeri yaradılıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin ixracyönümlü məhsulların istehsalının artırılması ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə ötən ilin payız mövsümündə rayon ərazisində 1275 hektar sahədə yeni fındıq bağları salınıb və bu istiqamətdə işlər cari ildə də davam etdiriləcək.
Bildirilib ki, 2016-cı ildə rayonda 11 milyon 268 min manatlıq tikinti, təmir və abadlıq işləri görülüb. Hesabat dövründə Qax şəhərində 100 yerlik və Ağçay kəndində bir qruplu uşaq bağçaları, rayon mərkəzində və kəndlərdə Qarabağ müharibəsi əlilləri üçün 3 fərdi ev, rayon kənd təsərrüfatı idarəsi üçün inzibati bina tikilib istifadəyə verilib. Qax şəhərində 180 yerlik daha bir uşaq bağçasının tikintisi başa çatdırılıb. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ayrılan vəsait hesabına Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinin başa çatdırılması istiqamətində işlər yekunlaşmaq üzrədir. Hesabat dövründə Qax şəhərinin girişində Dövlət Bayrağı Meydanının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin yeni inzibati binasının tikintisi işləri davam etdirilib.
Məruzədə, həmçinin 2016-cı ildə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər təhlil edilib. Bildirilib ki, hesabat dövründə rayonun iki kəndinə təbii qaz verilib, bu kəndlərdə 740 mənzil təbii qazla təmin olunub. Hazırda rayon üzrə 15592 ev təsərrüfatından 9629-u təbii qazdan istifadə edir. Elektrik şəbəkəsi tərəfindən rayon ərazisində 8 yeni transformator yarımstansiyası quraşdırılıb, 140 transformator yarımstansiyası təmir olunub. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə yaşayış məntəqələrində 12 yeni artezian və subartezian quyusu qazılıb, 13 kənddə modul tipli su təmizləyici qurğu quraşdırılıb. Qeyd olunub ki, 2016-cı ildə rayona gələn turistlərin sayı əvvəlki illə müqayisədə 5 min nəfərə yaxın artaraq 29 min nəfərə çatıb.
Keçən il Balakən rayonu üçün də uğurlu nəticələrlə yadda qalıb. Belə ki, ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 4,2 faiz artaraq 140,6 milyon manat təşkil edib. Hesabat dövründə rayonda 62,7 milyon manatlıq kənd təsərrüfatı, 5,4 milyon manatlıq sənaye məhsulları istehsal edilib, 8,3 milyon manatlıq tikinti işləri görülüb. İyirmi illik fasilədən sonra ötən il rayonda yenidən tütün bitkisinin becərilməsinə və barama yetişdirilməsinə başlanılıb. ABAD (Ailə Biznesinə Asan Dəstək) layihəsi çərçivəsində Balakən rayonunda “ABAD park” kompleksinin tikintisi üçün ilkin hazırlıq işləri aparılıb. Sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlara 26 layihə üzrə 191 min manat güzəştli kredit verilib.
İqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda ötən il aqrar sahənin mövcud potensialının üzə çıxarılması, əkin sahələrinin, torpaqlardan istifadənin səmərəliliyinin artırılması istiqamətində zəruri işlər görülüb. Bunun nəticəsidir ki, 2016-cı ildə Balakəndə aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 4,8 faiz artıb. İstehsal olunan kənd təsərrüfatı məhsullarının 52,2 faizi bitkiçilik, 47,8 faizi isə heyvandarlıq məhsullarının payına düşür.
Qeyd olunub ki, Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü sahələrin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar 2016-cı ildə Balakən rayonunda da uğurla icra olunub. Belə ki, ötən il rayonda 501 hektar sahədə tütün əkilib, 1149,3 ton yaş, 96,3 ton quru tütün istehsal olunub. Baramaçılığın inkişaf etdirilməsi istiqamətində də zəruri işlər görülüb, “Şəki-İpək” ASC ilə bağlanmış müqavilə əsasında 3,2 ton yaş barama istehsal edilərək, müəssisəyə təhvil verilib. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə yaz və payız mövsümlərində rayon ərazisində 100 min ədəd tut tingi əkilib. Fındıqçılığın inkişaf etdirilməsi üçün 1602 hektar sahədə yeni fındıq bağları salınıb. Katex kəndində 3,5 hektar sahədə qoz ağacları əkilib, damlama üsulu ilə suvarma sistemi quraşdırılıb.
Diqqətə çatdırılıb ki, qarğıdalı bitkisinin əkin sahəsinə görə Balakən rayonu ötən il də respublikada birinci olub. Fermerlər 7244,5 hektar qarğıdalı sahəsindən 44,8 min ton məhsul götürüblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 12 faiz artıb.
Qeyd olunub ki, hesabat dövründə rayonda heyvandarlıq məhsulları istehsalında da dinamik artım qeydə alınıb. Ət istehsalı 2,4 faiz, süd istehsalı 0,5 faiz, yun istehsalı 3,7 faiz, bal istehsalı 1,3 faiz, yumurta istehsalı isə 0,8 faiz artıb.
Eyni zamanda, ötən il Balakən şəhərində Heydər Əliyev Fondunun vəsaiti hesabına 100 yerlik körpələr evi-uşaq bağçası, həmçinin rayon kənd təsərrüfatı idarəsi və polis şöbəsi üçün yeni inzibati binalar, kəndlərdə Qarabağ müharibəsi əlilləri üçün 3 ev tikilib istifadəyə verilib. Balakən şəhərindəki internat tipli gimnaziya əsaslı təmir olunub, Şərif kəndində 360 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılıb. Katex kəndindəki soyuducu anbar kompleksində meyvə qurudulması üçün avadanlıq quraşdırılıb.
Ölkədə aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq, 2016-cı ildə Zaqatala rayonunda da iqtisadiyyatın dinamik inkişafı təmin olunub. Hesabat ilində rayonda 292,4 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu göstərici əvvəlki illə müqayisədə 17,5 faiz çoxdur. Məhsul buraxılışı sənayedə 2 dəfəyə yaxın, pərakəndə əmtəə dövriyyəsinin həcmi 15,7 faiz, pullu xidmətlərin həcmi isə 11,9 faiz artıb. Ötən il rayonda 2482-si daimi olmaqla, 3824 yeni iş yeri açılıb.
Bu barədə fevralın 10-da Zaqatalada 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib. Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə 2016-cı ildə Zaqatala rayonunda da zəruri tədbirlər həyata keçirilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 133,5 hektar artırılaraq 601,5 hektara çatdırılıb, 528 ton quru tütün istehsal olunub. Fermerlər tütün məhsullarının ixracından 11,9 milyon manat gəlir əldə ediblər.
Ötənilki mövsümdə rayonda 1,5 ton yaş barama istehsalı nəzərdə tutulsa da, kümçülər tapşırığa artıqlaması ilə əməl edərək, 6 tondan çox yaş barama istehsal ediblər. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə ötən il rayon ərazisində 147 min ədəd tut tingi əkilib. Cari ildə rayonda barama istehsalının 13,5 tona çatdırılması nəzərdə tutulur.
İxracyönümlü sahələrdən olan fındıqçılığı inkişaf etdirmək məqsədi ilə ötən ilin payız mövsümündə rayon ərazisində 2560 hektar sahədə yeni fındıq bağları salınaraq, bağların ümumi sahəsi 16,4 min hektara çatdırılıb. 2016-cı ildə zaqatalalı fermerlər fındıq ixracından 91 milyon manatdan çox gəlir əldə ediblər. Rayonda yeni fındıq bağlarının salınması istiqamətində işlər cari ildə də davam etdiriləcək.
Məlumuat üçün bildirək ki, Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri də gülçülükdür. Bu sahənin inkişaf etdirilməsi, yeni gül plantasiyasının salınması məqsədi ilə ötən il rayonun Aşağı Tala kəndinin ərazisində 100 hektar torpaq sahəsi ayrılıb. Ayrılmış sahənin 64 hektarında Bolqarıstandan gətirilmiş 250 min ədəd qızılgül tingi, 25 hektar sahədə isə 500 min ədəd “lavanda gülü” əkilib. Tezliklə bu ərazidə yeni gül emalı zavodunun tikintisinə başlanılacaq.
Beləliklə, bu sadalananlar şimali rayonlarının timaslında ölkəmizdə regionların dinamik inkişaf etdiyini bir daha təsdiqləyir. Yəni, görünən odur ki, Azərbaycanda həyata keçirilən Dövlət proqramları və bütün sahələri əhatə edən islahatlar regionların sosial-iqtisadi inkişafını təmin edib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

