2017-2018-ci illərdə 232 məktəbin modul tipli məktəblə əvəz olunması planlaşdırılıb
05.05.2017 [10:10]
Azərbaycanın regionlarında təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, qəzalı məktəblərin yerində modul tipli məktəblərin tikintisi də diqqət mərkəzindədir
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə uğurlar əldə edən ölkəmiz hazırda yeni inkişaf mərhələsinə qədəm qoyub. Məhz bu uğurların nəticəsində nəinki paytaxt Bakıda, o cümlədən bütün regionlarda tikinti-quruculuq işləri həyata keçirilir, iqtisadi və sosial sahədə müsbət nəticələr əldə edilir. Və kimsəyə sirr deyil ki, bu nailiyyətlərin əldə edilməsində, regionlarımızın abadlaşmasında, şəhərlərimizin gözəlləşməsində 2004-cü ildən etibarən reallaşan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasının xüsusi rolu var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində də bəyan edildiyi kimi 2004-cü ildə birinci, 2009-cu ildə ikinci və 2014-cü ildə qəbul edilən üçüncü Regional İnkişaf proqramları çərçivəsində həyata keçirilən işlər nəticəsində ilk növbədə, regionlarda müasir infrastruktur yaradılıb. Və bu layihələr çərçivəsində eyni zamanda, 3 mindən çox məktəb tikilib, yaxud təmir edilib. Daha dəqiq desək, Azərbaycanda həyata keçirilən infrastruktur layihələri çərçivəsində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması istiqamətində mühüm addımlar atılıb və 2017-ci ilin arxada qalan ayları ərzində də bu istiqamətdə işlər davam etdirilib.
Onu da qeyd edək ki, bu il Samux rayonunun 4 yaşayış məntəqəsində ümumi şagird sayı 1620 nəfərlik olan 4 orta məktəb üçün yeni bina və korpus tikiləcək. Bu barədə 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağında məlumat verilib. Belə ki, bu il rayonun Sərkar kənd orta məktəbi üçün 650 şagird yerlik, İnstitut qəsəbə tam orta məktəbi üçün 650 şagird yerlik yeni məktəb binaları tikiləcək. Həmçinin Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbi üçün 200 şagird yerlik, Alıuşağı kənd tam orta məktəbi üçün isə 120 şagird yerlik əlavə korpuslar inşa ediləcək. Həmçinin cari ildə rayonun şəhər, qəsəbə və kəndlərində yeni uşaq bağçalarının inşası və əsaslı təmiri də nəzərdə tutulub.
Bu il eyni zamanda Göygöl rayonunun 1 yaşayış massivində və 3 kəndində ümumi şagird sayı 1176 nəfərlik olan 4 tam orta məktəb üçün yeni bina tikiləcək. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda Üçtəpə kəndində 432 şagird yerlik tam orta məktəb üçün binanın tikintisi davam edir. Həmçinin Göygöl şəhərinin yeni salınmış yaşayış massivində 480 şagird yerlik 4 nömrəli tam orta, Topalhəsənli və Qırıqlı kəndlərində isə ümumi şagird sayı 264 nəfərlik tam orta məktəblərin tikintisi üçün layihə-smeta sənədləri hazırlanıb və yaxın vaxtlarda həmin məktəblərin də inşasına başlanılacaq.
Verilən məlumata görə, Salyanda 1200 şagird yerlik yeni məktəb binası inşa olunur. Binanın 3-cü korpusunda hörgü işləri başa çatıb. Digər iki korpusun birinin bünövrəsi tökülür, digərinin isə ikinci mərtəbəsində hörgü işləri gedir. Tikintisinə ilin əvvəlindən başlanılan üçmərtəbəli bina şəhərdəki 2 və 3 nömrəli tam orta məktəb binalarının yerində inşa edilir. Yeni məktəb binası 3 korpusdan ibarət olacaq. Tikintidə işləri sürətləndirmək məqsədi ilə inşaat meydançasına kifayət qədər müxtəlif təyinatlı texnika cəlb olunub.
Rayon İcra Hakimiyyətinin sifarişi əsasında tikilən və 48 sinif otağından ibarət olacaq məktəb binasında şagirdlərin normal təhsil almaları üçün lazımi şərait yaradılacaq. Burada kimya-fizika laboratoriyası, kompüter otaqları, idman, akt zalları, kitabxana, yeməkxana və tibb məntəqəsi fəaliyyət göstərəcək. Məktəbi fasiləsiz istilik və su ilə təmin etmək üçün qazanxana və hər birinin tutumu 150 ton olan iki su anbarı inşa edilir. Tədris müəssisəsinə elektrik enerjisinin verilməsi üçün transformator da quraşdırılacaq. Qeyd edək ki, yeni məktəb binası növbəti dərs ilində şagird və müəllim kollektivinin ixtiyarına veriləcək.
Bundan başqa rayonun Kürsəngi kənd tam orta məktəbində əsaslı təmir işləri aparılır.
Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin 2016-cı il 21 oktyabr tarixli Sərəncamına uyğun olaraq, 1320 şagird yerlik Ağstafa şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin binasında da əsaslı təmir işləri aparılır. Binanın hər iki korpusunda köhnə dam örtüyü yenisi ilə əvəz olunub. Sinif otaqlarının və dəhlizlərin köhnə döşəmələri tamamilə sökülüb, yeni plastik pəncərələr qoyulub, məktəbin elektrik xətləri yenilənib. Akt və idman zalları müasir standartlara uyğun təmir edilir. Hazırda bütün sinif otaqlarında son tamamlanma işləri aparılır. Əsaslı təmir olunan məktəb binası yeni dərs ilində istifadəyə veriləcək.
Ağdam rayonunun cəbhə xəttində yerləşən Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbdə aparılan əsaslı təmir işləri isə başa çatıb. 280 şagird yerlik məktəb binasının dam örtüyü yenilənib, qapı-pəncərələr, döşəmə və tavan dəyişdirilib. Divarlar suvanaraq rənglənib, elektrik xətti çəkilib, sanitar qovşaq tikilib, istilik və müşahidə sistemləri qurulub. Məktəbdə fənn kabinələri və laboratoriyalar yaradılıb. Məktəbin həyətində abadlıq işləri aparılıb. Yerə tamet döşənib, yaşıllıqlar salınıb.
Bir sözlə, yuxarıda sadalananlardan da bəlli olur ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələri çərçivəsində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması istiqamətində məqsədyönlü işlər həyata keçirilib. Bu istiqamətdə görülən işlərdən danışarkən onu da bildirmək yerinə düşər ki, qəzalı məktəblərin yerində modul tipli məktəblərin tikintisi bu ilin ötən dövründə də diqqət mərkəzində olub. Məlumat üçün bildirək ki, bu cür məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun sinif otaqlarının azaldılıb-artırıla bilməsindədir. Modul tipli məktəblərin digər üstünlüyü ondadır ki, bu cür binalarda istilik itkisi iki dəfə az olur, rütubət isə ümumiyyətlə olmur. Həmçinin qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır.
Nazirlər Kabinetinin qərarı ilə ötən il 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb.
Elə Təhsil Nazirliyinin təşkilatçılığı ilə aprelin 26-da İsmayıllıya və Göyçaya təşkil edilən media tur zamanı da modul tipli məktəblərin tikintisinə dair ətraflı məlumat verilib. Media tur zamanı bildirilib ki, ötən ilin oktyabrında regionların sosial-iqtisadi inkişafına dair müşavirədə Prezident İlham Əliyevin qəzalı vəziyyətdə olan məktəblərin 2017-2018-ci illərdə modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına əsasən, ilk pilot layihə çərçivəsində artıq Göyçay, İsmayıllı və Lənkəranda 3 məktəb binası quraşdırılaraq təhvil verilib. 2017-2018-ci illərdə 232 məktəbin modul tipli məktəblə əvəz olunması planlaşdırılıb. Cari ilin sonuna qədər 100-dək bu tip məktəb binası təhvil veriləcək. Hazırda 17 rayonda 23 modul tipli məktəbin quraşdırılmasına başlanılıb. Mayın sonunadək daha 19 məktəb binasının quraşdırılması nəzərdə tutulur.
Yeri gəlmişkən, Təhsil Nazirliyi tərəfindən Salyanın Xocalı və Cəngan kəndlərində ibtidai məktəblər üçün modul tipli yeni məktəb binaları quraşdırılacaq. Hər biri 20 şagird yerlik binaların tikintisi üçün sənədləşmə işləri başa çatdırılıb, kəndlərdə müvafiq yerlər ayrılıb. Binalar Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən quraşdırılacaq. Məktəb binalarının tikintisi növbəti tədris ilinədək başa çatdırılacaq.
Bu sırada Qusar rayonu da var. Belə ki, Qusar rayonunda azkomplektli və qəzalı vəziyyətdə olan 6 məktəb üçün modul tipli binalar quraşdırılacaq. Artıq 35 şagirdi olan Avaranqışlaq kənd ibtidai məktəbi üçün modul tipli məktəb binasının quraşdırılmasına başlanılıb. Beş otaqdan ibarət olacaq binanın sahəsi 154 kvadratmetrdir. Avaranqışlaqla yanaşı, Nəcəfkənd və Qılahoba kənd ibtidai məktəbləri üçün də modul tipli binaların quraşdırılmasına başlanılıb.
Yuxarı Tahircal, Cağar və Üzdənoba kənd orta məktəbləri də belə binaların quraşdırılacağı kəndlərə aiddir. Şagird sayı 100-dək olan həmin məktəblərin əksəriyyəti mürəkkəb relyefə malik ərazilərdə yerləşir.
Zaqatala rayonunda azkomplektli və qəzalı vəziyyətdə olan iki kənd məktəbi üçün də modul tipli binaların quraşdırılması nəzərdə tutulub. Rayonun ucqar yaşayış məntəqələrindən olan Uzun Qazmalar kəndində artıq ümumi orta məktəb üçün 5 sinif otağından ibarət modul tipli binanın quraşdırılmasına başlanılıb. Yaxın günlərdə Höytala kəndindəki ümumi orta məktəb üçün də modul tipli bina quraşdırılacaq.
Bu məqamda bildirək ki, məktəb binalarının təmiri və tikintisi istiqamətində işlər Naxçıvan Muxtar Respublikasında da davamlı xarakter daşıyır. Məsələn, bu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrində 5 yeni məktəb binasının istifadəyə verilməsi, təhsil müəssisələrinin ən müasir avadanlıqlarla təchiz edilməsi təhsilin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26

