Aqrar sahənin inkişafı ölkəmizin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır
17.05.2017 [10:19]
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının uğurlu icrası kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə olunmasına yol açır
Ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılan addımlar uğurlu nəticələr verməkdədir. 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları ərzaq təhlükəsizliyinin təminatında, kənd təsərrüfatının inkişafında əsaslı rol oynayır. Bunun nəticəsidir ki, ölkəmizdə son illərdə aqrar sahənin inkişafında intensivlik müşahidə edilir. Qeyd edək ki, Azərbaycan artıq uzun müddətdir ki, özünü kənd təsərrüfatı məhsulları ilə yüz faiz təmin edir.
Bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkə Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqları ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Kənd təsərrüfatının strateji sahələrinin inkişafı, əkin sahələrinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər real nəticələrə nail olunmasına yol açır. Yeri gəlmişkən, ölkəmizdə “Elektron kənd təsərrüfatı” sisteminin proqram təminatı yaradılıb. Kənd təsərrüfatı sahələrinə dair qrafik məlumatlar coğrafi informasiya sisteminə daxil edilib. İdarəetmədə şəffaflığın və səmərəliliyin artırılmasının mühüm vasitəsi kimi elektron hökumətin genişləndirilməsi siyasətinə əsasən, ölkəmizdə Avropa təcrübəsinə uyğun “İnteqrasiya olunmuş nəzarət sistemi” (İACS) prinsiplərinə əsaslanan “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması istiqamətində qısa müddətdə genişmiqyaslı işlər görülüb. Beynəlxalq ekspertləri cəlb etməklə müvafiq proqram təminatının yaradılması işi başa çatdırılıb, 4,87 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaqlar, o cümlədən 1,59 milyon hektar əkin, 104 min hektar çoxillik bağlar, 1,60 milyon hektar otlaq və digər kənd təsərrüfatı sahələrinə dair qrafik məlumatlar Avropa standartlarına uyğun keyfiyyətdə hazırlanaraq, xəritə əsaslı coğrafi informasiya sisteminə daxil edilib. Eyni zamanda, “Azersky” peykinin təsvirləri əsasında “məsafədən ayırdetmə” texnologiyalarından istifadə etməklə bitki örtüyü, məhsuldarlığın hesablanması, torpağın münbitlik vəziyyəti və s. məsələlərlə bağlı “Azərkosmos” ASC ilə müvafiq işlər aparılır və seçilmiş pilot ərazilərdə testlər həyata keçirilir.
Bir neçə gün öncə “Aqrolizinq” ASC-nin Yevlaxda keçirdiyi müşavirədə isə taxıl biçininə hazırlıq, pambığın becərilməsi, texnika, mineral gübrə və pestisidlərin təminatı məsələləri müzakirə olunub. Müşavirədə “Aqrolizinq” ASC-nin mərkəzi aparatının şöbə müdirləri, 9 regional nümayəndəliyin direktoru, mühəndis və mühasibləri, rayon bölmələrinin rəhbərləri və qabaqcıl mexanizatorlar iştirak ediblər. “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Köçəri İmanov, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov tədbirdə çıxış edərək, taxıl biçininə hazırlıq və taxıl yığan kombaynların texniki vəziyyəti, pambığın becərilməsi, texnika, mineral gübrə və pestisidlərlə təminat məsələlərindən danışıblar. Bildirilib ki, taxıl biçini mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq “Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsində olan 794 ədəd kombayn və fiziki şəxslərə verilən 700-ə yaxın kombayn biçinə hazırlanıb.
Diqqətə çatdırılıb ki, “Aqrolizinq” ASC-nin xətti ilə may ayının sonunadək ölkəmizə 20 min ton ammonium nitrat gübrəsi gətiriləcək. Bundan başqa, pambıqçılıqda zərərvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizədə istifadə etmək üçün 228,1 ton dərman və peraparatların gətirilməsi nəzərdə tutulur. Hazırda 100 min litr herbisid gətirilərək, cəmiyyətin anbarlarına boşaldılıb.
“Aqrolizinq” ASC-nin rayon bölmələrinin anbarlarında 8493 ton ammofos, 9133 ton ammonium nitrat, 647 ton ammonium sulfat, 1030 ton kalium sulfat, 5798 ton karbamid, 5380 ton nitroammofoska, 437 ton superfosfat gübrələri var.
Qeyd edilib ki, rayon Kənd Təsərrüfatı MMC-lərdə 18 min 433 hektar sahədə çiyid səpilməsi nəzərdə tutulur. Artıq 15 min 86 hektarda səpin həyata keçirilib. “Aqrolizinq” ASC-nin texnikaları ilə 35 min 462,8 hektarda şum, 2336,2 hektarda arx, 950,7 hektarda diskləmə, 3381,6 hektarda mala, 2805,9 hektarda səpin, 66 hektarda cərgə arası becərmə işləri görülüb. Hazırda bu istiqamətdə işlər davam edir. 2017-ci ildə pambığın becərilməsi üçün 6 min ədəd texnika sifariş verilib. Artıq bu günədək ölkəyə 1973 ədəd texnika gətirilib.
Müşavirədə taxıl biçininə hazırlıq, pambığın becərilməsi, texnika, mineral gübrə və pestisidlərin təminatı məsələləri ilə işin səmərəli təşkili üçün tövsiyə və tapşırıqlar verilib.
O cümlədən ölkə Prezidenti İlham Əliyevin respublikada kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Füzuli rayonunda da uğurla icra olunur. Cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan füzulililər öz təsərrüfatlarını genişləndirir, taxılçılıq, pambıqçılıq, baramaçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələri ilə məşğul olmaqla, həm özlərinin sosial rifahlarını yaxşılaşdırır, həm də ölkəmizdə ərzaq bolluğunun yaradılmasına töhfələrini verirlər. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, rayon ərazisində hər biri 1000 hektar olmaqla 4 iri fermer təsərrüfatı, 10 hektar ərazidə istixana kompleksi yaradılıb. 2700 hektar sahə müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı üçün aqroparkın istifadəsinə verilib. 500 hektar ərazidə iri toxumçuluq təsərrüfatının, əlavə 1200 hektar sahədə isə kənd təsərrüfatı məhsulları istehsal edəcək iri fermer təsərrüfatının yaradılması istiqamətində iş aparılır. Ümumilikdə, 2016-2017-ci təsərrüfat ilində rayonda 36 min 82 hektar sahədə taxıl səpini həyata keçirilib ki, bunun da 24 min 838 hektarı buğda, 11 min 244 hektarı arpadır. Rayonda istehsal olunacaq ərzaq buğdasının Dövlət Taxıl Fonduna tədarük edilməsi nəzərdə tutulur.
Rayonda sakinlərin həyətyanı və pay torpaqlarından səmərəli istifadə etməsi, kənd təsərrüfatı məhsullarına olan tələbatlarının özlərinin istehsal etdikləri ekoloji təmiz məhsullarla ödənilməsi ilə bağlı məsələlər də öz həllini tapıb. Belə ki, 500 hektara yaxın sahədə şəkər çuğunduru, 170 hektarda kartof əkini həyata keçirilib, bostan-tərəvəz məhsullarının istehsalı üçün əkin işləri aparılıb.
Cəbhə bölgəsində yerləşən bir başqa rayonda - Ağdamda da yaz-tarla işləri geniş vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. Rayonda 7060 hektar sahədə yazlıq səpin həyata keçirilib. Yazlıq əkinlərin 348 hektarı kartof, 1789 hektarı tərəvəz, 721 hektarı şəkər çuğunduru, 1027 hektarı təzə yonca, 71 hektarı qarğıdalı, 9 hektarı dən üçün günəbaxan, 90 hektarı bostan bitkiləridir.
Naxçıvan Muxtar Respublikasında isə bu ilin yaz və payız əkini mövsümündə ümumilikdə 520 hektar sahədə meşəsalma, meşəbərpa və yeni meyvə bağlarının salınması planlaşdırılır. Cari ilin yaz əkini mövsümündə muxtar respublika ərazisində 225 hektar sahədə yeni meyvə bağları salınıb, meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib.
Aparılan yaşıllaşdırma tədbirlərində 200 min ədəddən çox meşə, meyvə tingləri, həmişəyaşıl ağac, bəzək və gül kolları əkilib. Tingə olan tələbatın yerli sortlarla təmin edilməsi üçün 450 min ədəddən çox əkinəyararlı standart ting yetişdirilib. Xüsusilə üzümçülüyün və tutçuluğun inkişaf etdirilməsi, yerli meyvə tinglərinin yetişdirilməsi sahəsində mühüm işlər görülüb, 100 min ədəddən artıq tut və üzüm tingləri yetişdirilib. Hazırda dibçəkdə yetişdirilmiş tinglər vasitəsilə əkinbərpa və aqrotexniki qulluq işləri davam etdirilir.
Yevlax rayonunda da yaz-tarla işləri geniş vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. Artıq 4619 hektar sahədə yazlıq səpin həyata keçirilib. Yazlıq əkinlərin 159 hektarı qarğıdalı, 647 hektarı günəbaxan, 1024 hektarı pambıq, 1313 hektarı təzə yonca, 220 hektarı kartof, 760 hektarı soya və digər tərəvəz-bostan bitkiləridir.
İmişli rayonunda isə istixana şəraitində yetişdirilən pomidorun yığımına başlanılıb. Ötən ilin dekabr ayında əkilən pomidor bitkisinin məhsulu artıq aprelin üçüncü ongünlüyündən etibarən yığılır. Yığım kampaniyasına ilk olaraq “Araz Aqro Qrup” MMC tərəfindən ötən il tikilib istifadəyə verilən, 2 hektar sahəni əhatə edən istixana kompleksində başlanılıb. İstehsal prosesində yalnız orqanik gübrə və dərman preparatlarından istifadə olunan istixanadan bu günə kimi 60 ton məhsul yığılıb ki, onun da 32 tonu xarici dövlətlərə ixrac edilib, 28 tonu isə daxili bazarlara çıxardılıb. Yığım kampaniyası iyul ayına kimi davam edəcək.
Ağstafa rayonunda ilk dəfə olaraq cari ildən şəkər çuğundurunun əkininə başlanılıb. 300 hektar sahədə toxum səpilib. Mütəxəssislər bu il məhsulun bol olacağını proqnozlaşdırırlar. Bir hektardan təsərrüfatçılar 100 tona qədər məhsul götürəcəklərinə inanırlar. Fermerlər hektardan azı 80-100 ton məhsul götürməyi qarşılarına məqsəd qoyublar. Vurğulayaq ki, son illər şəkər çuğunduru əkininə maraq artmaqdadır. Ağstafalı təsərrüfatçılar, eyni zamanda, çuğunduru dəmyə ərazilərdə də yetişdirirlər. Burada da bitkinin çıxışı uğurlu alınıb. Havaların yağışlı keçməsi çuğundurun məhsuldarlığına müsbət təsir göstərir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20

