Regionlarda tütünçülüyün inkişafında ciddi dönüş yaranıb
14.08.2017 [10:15]
Dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və son məhsula görə subsidiyanın ayrılması tütünçülük sahəsinin inkişafını daha da stimullaşdırır
Dünya iqtisadiyyatında baş verən proseslər fonunda Azərbaycan özünün inkişaf dinamikasını qorumaq və ölkənin geniş iqtisadi potensialından uğurla faydalanmaq məqsədi ilə çevik və şaxələndirilmiş iqtisadi kurs həyata keçirir. Yeni iqtisadi şəraitdə ənənəvi sahələrin inkişafının ardıcıllığının təmin olunması ilə yanaşı, qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin inkişafına nail olunması əsas hədəflər sırasındadır. Bu mənada kənd təsərrüfatında ayrı-ayrı sahələr üzrə həyata keçirilən tədbirlər xüsusi əhəmiyyətə malikdir. Əkin sahələrinin genişləndirilməsi, məhsul istehsalının artırılması və ixracın təşviq olunması qarşıda duran əsas hədəflərdəndir. Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycan Prezidentinin siyasi iradəsi əsasında həyata keçirilən tədbirlər kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaradıb.
Son illərdə ölkəmizdə əsaslı şəkildə inkişaf etdirilən sahələrdən biri də tütünçülükdür. Tütünçülük kənd təsərrüfatının ən çox mənfəət gətirən sahələrindən biridir. Tütünçülükdə aqrotexniki qaydalara düzgün əməl etməklə məhsuldarlığın artırılması və məhsulun keyfiyyətinin yüksəldilməsi hesabına hər hektardan təxminən 1000 manat mənfəət əldə etmək mümkündür.
Ümumiyyətlə, ölkəmizdə tütünçülüyün elmi əsaslarla inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən aqrar siyasət nəticəsində tütünçülük çox sürətlə inkişaf etdirilib, bu sahənin böyük sənaye potensialı yaradılıb. Həmin illərdə torpaqlarda meliorativ tədbirlər həyata keçirilib, irriqasiya sistemləri qurulub, tütünçülüyün elmi bazası gücləndirilib. Avqustun 4-də Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində nitq söyləyən dövlətimizin başçısı bildirib ki, tütünçülüklə bağlı pik dövr 1978-ci ildə olmuşdur: “1970-ci ildə cəmi 14 min hektarda tütün əkilirdisə, Heydər Əliyevin fəaliyyəti nəticəsində 1978-ci ildə bu, 18 min hektara çatmışdır. 1990-cı ildə isə 14 minə düşmüşdür. Ondan sonra da düşmə əmsalı daha sürətlə getmişdir. 2014-cü ildə cəmi 1000 hektarda tütün əkilmişdir. Tədricən biz əkin sahələrini artıra bildik. Xüsusilə 2016-cı ildə 2400 hektarda və 2017-ci ildə 3200 hektarda tütün əkilmişdir... 1970-ci ildə 24 min ton istehsal olunmuşdur, 1980-ci ildə isə 57 min ton. Yəni iki dəfədən çox tütün istehsal edilmişdir”.
Prezident İlham Əliyevin tütünçülüyün inkişafına göstərdiyi diqqət və qayğı sayəsində son illərdə bu sahədə xeyli iş görülüb. Bu sahənin inkişafı ilə bağlı verdiyi tövsiyələr və göstərilən dövlət dəstəyi tədbirləri fermerlərin tütün əkininə marağının artmasına səbəb olub və nəticədə əkin sahələri genişlənib. Ənənəvi növdən olan tütünlərin istehsalı bərpa olunub, həmçinin daha qiymətli tütün növlərindən olan “Virciniya” və “Berley” növlü tütünlərin istehsalı artırılmaqdadır. Eyni zamanda, tütün əkinlərinin coğrafiyası genişləndirilir, tütünçülüklə məşğul olan fermerlərin sayı ilbəil artır.
Bu sahənin hərtərəfli dəstəklənməsi məqsədilə dövlət tərəfindən müxtəlif yardım və təşviq mexanizmləri tətbiq edilir. Belə ki, dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və son məhsula görə subsidiyanın verilməsi bu sahənin inkişafını daha da stimullaşdırır.
Prezident İlham Əliyev bildirib ki, 2015-ci ildə cəmi üç rayonda tütün əkilmişdir - Şəki, Zaqatala və Qax rayonlarında. Bu gün 13 rayonda tütün əkilir. Əgər 2015-ci ildə Şəkidə 600 hektarda tütün əkilmişdisə, hazırda bu, 843 hektara çatıb. Zaqatalada əkin sahələri 468 hektardan 744 hektara, Qaxda isə 300 hektardan 600 hektara çatdırılıb. Hazırda 3200 hektarda tütün əkilir.
Masallı rayonunda da Prezident İlham Əliyevin Sədrliyi ilə avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin, tapşırıq və göstərişlərin icrasına nail olmaq məqsədilə məqsədyönlü tədbirlər görülür. Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən ümumrayon müşavirəsində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, 2016-cı ildə rayonda tütünçülük bərpa edilərək, 14 hektarda tütün əkilib. Bu il isə bu rəqəm 32,5 hektara çatdırılıb. Yaxın günlərdə rayon ərazisində tütünqurutma kombinatı və tütün qəbulu məntəqəsi istifadəyə veriləcək. Bu isə rayonda tütün sahələrinin daha da genişləndirilməsinə imkan verəcək. Gələn il rayonda 300 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub.
Şəki rayonu da kənd təsərrüfatının ən gəlirli sahələrindən olan tütünçülüyün inkişafı üçün əlverişli təbii iqlim şəraitinə, torpaq və su ehtiyatlarına malikdir. Tütünçülük uzun illər rayon iqtisadiyyatının əsasını təşkil edib. Bu sahə bir müddət diqqətdən kənarda qalsa da, son illər dövlətimizin başçısı tərəfindən tütünçülüyün inkişafına göstərilən diqqət və qayğı nəticəsində yerlərdə istehsalçılar arasında bu sahəyə maraq artıb, rayonda tütünçülüyün inkişafında ciddi dönüş yaranıb. Hazırda rayonun 11 kəndində iki minə yaxın istehsalçı tütünçülüklə məşğul olur.
İmişli rayonunun fermerləri isə bu ildən tütünçülük sahəsində ilk uğurların sevincini yaşayırlar. Belə ki, bu il rayonun Qaraqaşlı kəndi ərazisində ilk dəfə olaraq 40 hektar sahədə tütün bitkisi əkilib və bol məhsul yetişdirilib. Qaraqaşlı fermerlərinin təcrübəsi göstərir ki, rayonda bu gəlirli sahənin əkinini genişləndirməklə yaxşı nəticə əldə etmək olar. İmişlidə bu sahəni inkişaf etdirmək məqsədilə tütünqurutma məntəqələri quraşdırmağın, əkin sahəsini genişləndirmək üçün yeni torpaq sahələrinin ayrılmasının zəruriliyi bildirilib.
Balakən rayonunda da ötən dövr ərzində tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı tütün əkiləcək torpaq sahələri və istehsalçılar müəyyən edilib və emal müəssisələri ilə müqavilələr bağlanıb. 2016-cı ildə 501 hektar sahədə tütün əkilməklə 211,2 ton quru tütün istehsal olunub. 2017-ci ildə 528 hektar sahədə tütün əkilib, 250 ton quru tütün istehsalı, 450 min manat gəlirin əldə olunması gözlənilir. 1426 nəfər mövsümi işlə təmin olunub, hazırda “Virciniya” növü üzrə 353,8 ton yaş tütün, ənənəvi yerli növ üzrə 5,4 ton quru tütün emal müəssisələrinə təhvil verilib. Tütün istehsalını daha da stimullaşdırmaq və məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün rayonda “Azərtütün” MMC-nin 500 ton gücündə qurutma kamerasının açılmasına ehtiyac vardır.
Göründüyü kimi, tütünçülüyün inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər bir sıra rayonlarda ciddi nailiyyətlərin qazanılması ilə müşayiət olunur. Lakin bu gəlirli sahənin daha geniş inkişafına nail olunması üçün tədbirlər gələcəkdə də uğurla davam etdiriləcək. Artıq bununla bağlı qarşıya qoyulan vəzifələr də müəyyənləşdirilib. Sözügedən müşavirədə dövlətimizin başçısı qeyd edib ki, növbəti illərdə əkin sahələrini genişləndirmək lazımdır: “Bu məqsədlə dövlət və bələdiyyə mülkiyyətindəki əkinəyararlı və davamlı su təminatı olan torpaq sahələri ayrılmalıdır. Tütün istehsalçılarına güzəştli şərtlərlə kreditlər verilməlidir. Bu, lazımi səviyyədə deyil. Ona görə bu sahəyə xüsusi diqqət göstərilməlidir.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə tütünçülüyün inkişafı üçün xüsusi bir plan tərtib edilməlidir. Burada da bu təklif səsləndi ki, bizdə qəbul məntəqələri və qurutma kameraları lazımi səviyyədə deyil. Yəqin, bunun da səbəbi ondan ibarətdir ki, - mən də bunu qeyd etdim, - iki il bundan əvvəl cəmi üç rayonda tütün istehsal olunurdu, indi isə 13 rayonda. Bu rayonlarda istehsal artacaq. Ona görə hər bir rayonda qəbul məntəqəsi və qurutma kameraları olmalıdır. Dövlət öz dəstəyini göstərməyə hazırdır. Mən İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Prezident Administrasiyasına tapşırıram ki, bu məsələ ilə məşğul olsunlar, bu kameralar tezliklə alınsın”.
Artıq dövlətimizin başçısının müəyyənləşdirdiyi bu strateji vəzifələrin icrası məqsədilə konkret addımlar da atılmaqdadır. Məlum olduğu kimi, Prezident İlham Əliyev avqustun 10-da “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, tütünçülüyün inkişaf etdirilməsi, tütün emalı sahəsinin dərinləşdirilməsi, bu sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala olan tələbatının yerli məhsul istehsalı hesabına təmin olunması, gəlirliliyin və ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun yüksəldilməsi məqsədi ilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə və İqtisadiyyat nazirlikləri, müvafiq olaraq, hər il dövlət büdcəsinin və dövlət investisiya proqramının tərtibi proseslərində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməlidirlər. İqtisadiyyat Nazirliyi ölkədə beynəlxalq standartlara uyğun tütün məmulatı istehsal edən müasir zavodun tikilməsi məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün müvafiq tədbirlər həyata keçirəcək. Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarının kənd təsərrüfatı texnikası və aqrokimyəvi vasitələrlə təmin edilməsi, seleksiya və toxumçuluq işlərinin, fitosanitar və informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər reallaşdıracaq.
Sərəncamda həmçinin qeyd olunur ki, İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, tədbirlərin icrası barədə ildə bir dəfədən az olmayaraq Prezidentə məlumat verməlidir.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

