Azərbaycanın bir sıra rayonlarında taxıl biçini uğurla başa çatıb
18.08.2017 [09:47]
26 rayonda dənli və dənli paxlalı bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarıdır
Ərzaq təhlükəsizliyinin təmin olunması, ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi Azərbaycan dövlətinin aqrar sahədə həyata keçirdiyi tədbirlərin başlıca məqsədlərindən birini təşkil edir. Bu strateji məqsədə nail olmaq üçün regionların investisiya və infrastruktur təminatı möhkəmləndirilir, meliorativ tədbirlər görməklə dövriyyəyə yeni torpaqlar cəlb edilir, fermerlərə zəruri dəstək tədbirləri göstərilir. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində respublikamızda əhalinin meyvə-tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə yüksəlməsi məmnunluq doğurur. Bundan başqa, artıq ölkəmizdə heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi də 100 faizə çatmaq üzrədir. Mütəxəssislərin qənaətinə görə, yeni təsərrüfat subyektlərinin, o cümlədən də aqroparkların yaradılması ölkənin ərzaq təminatının möhkəmləndirilməsinə olduqca müsbət təsir göstərəcək.
Məlum olduğu kimi, ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Ona görə də taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulub. Respublikamızda taxıl əsasən 2 torpaq-iqlim şəraitində suvarma və dəmyədə becərilir.
Ölkəmizdə ərzaq məhsullarına olan daxili tələbatın bütünlüklə yerli istehsal hesabına ödənilməsində mühüm pozisiyalardan biri taxılçılıqdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsinin hazırkı 65 faizdən yaxın perspektivdə 100 faizə çatdırılması ilə bağlı qarşıya vəzifə qoyub. Ölkəmizdə taxıl istehsalının artırılmasına ciddi önəm verilməsi heç də təsadüfi deyil. Taxıl istehsalının artırılması ixracın azalmasına və perspektivdə tamamilə dayandırılmasına imkan verəcək ki, bunun da nəticəsində ölkədən valyuta axınının qarşısı alınacaq.
Atılan məqsədyönlü addımlar mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirir
Regionlarda taxılçılığın inkişafı ilə bağlı qarşıya qoyulan strateji məqsədə çatmaq üçün torpaqlardan səmərəli şəkildə istifadə edilməsi əsas vəzifə kimi müəyyənləşdirilib. Məlumdur ki, Azərbaycanın torpaq ehtiyatları məhduddur. Buna görə də mövcud torpaqlardan daha səmərəli istifadə etməklə məhsuldarlığın artırılması olduqca vacib məsələdir. O cümlədən qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda istehsalın genişlənməsinə müsbət təsir göstərən vacib amillərdir. Görülən işlərin, atılan məqsədyönlü addımların artıq mühüm nailiyyətlərlə müşayiət olunması xüsusilə qeyd olunmalıdır. Belə ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 944,5 min hektar sahənin 870,8 min hektarı və yaxud 92,2 faizi biçilərək məhsulu yığılıb. Toplanmış məhsul 2 milyon 515,1 min ton təşkil edərək, məhsuldarlıq 28,9 sentnerə bərabər olub. Yığılmış məhsulun 1696,6 min tonu və yaxud 67,5 faizi buğda, 797,8 min tonu (31,7 faizi) arpa, 20,7 min tonu (0,8 faizi) digər dənli və dənli paxlalı bitkilərdir. Respublikanın 12 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. Həmçinin 30 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilib, qalanlarında isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olub.
Ölkənin 26 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarıdır. Ən yüksək məhsuldarlıq Saatlı (1 hektardan 40,7 sentner), Sabirabad (müvafiq olaraq 38,9), Bərdə (38,3), İsmayıllı (37,3), Ağcabədi (37,1), Ağdam (37,0), Tərtər (36,4) və İmişli (35,4) rayonlarında olub. Dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin digər rayonlara nisbətən daha yüksək istehsalı Şəki (214,7 min ton), Cəlilabad (188,8 min ton), Neftçala (118,8 min ton), Füzuli (103,1 min ton), Sabirabad (95,7 min ton), İsmayıllı (90,9 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (85,5 min ton) müşahidə edilib.
Fermerlər taxıl zəmilərindən bol məhsul götürüblər
Artıq bir sıra rayonlarda taxıl biçini uğurla başa çatıb. Bu rayonlardan biri də İsmayıllıdır. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, İsmayıllı rayonunda zəmilərdən 102 min 245 ton məhsul götürülüb. Cari mövsümdə rayonda 28 min 249 hektarda məhsul yetişdirilib. Bunun 21 min 609 hektarı buğda, 6 min 600 hektarı isə arpa olub. Zəmilərin hər hektarından orta məhsuldarlıq 36,1 sentner təşkil edib ki, bu da ötənilki göstəricidən 1,64 sentner çoxdur. Bir sıra təsərrüfatlarda, o cümlədən Qubaxəlilli, Gəraybəyli, Kəlbənd, Qalagah, Soltankənd, Mollaisaqlı, Hacıhətəmli, Ruşan və Zərnava ərazilərində taxılçılar daha yüksək məhsuldarlığa nail olublar. Xüsusilə Qubaxəlilli, Gəraybəyli və Mollaisaqlı kəndlərindəki bəzi təsərrüfatlarda məhsuldarlıq 55-60 sentnerə çatıb.
Qeyd edək ki, bu il İsmayıllıda 137 hektarda çovdar da yetişdirilmişdi. Torpaq mülkiyyətçiləri hər hektardan 36,6 sentner olmaqla 419,2 ton məhsul götürüblər.
Beyləqan rayonunun fermerləri və torpaq mülkiyyətçiləri isə bu il 49 min 271 ton taxıl istehsal ediblər. Rayon statistika idarəsindən bildiriblər ki, məhsulun 45 min 285 tonu buğda, 3986 tonu isə arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 34,76 sentner olub. Hazırda biçilmiş taxıl sahələrində aqrotexniki qaydalar əsasında şum aparılır. Cari ilin məhsulu üçün Beyləqan rayonunda 14 min 459 hektarda taxıl, o cümlədən 12 min 985 hektarda buğda, 1474 hektarda arpa becərilib.
Qazax rayonunda da taxıl biçini kampaniyası uğurla başa çatıb. Rayonun fermerləri 36 min 469 ton taxıl istehsal ediblər. İstehsal edilən məhsulun 29 min 840 tonu buğda, 6 min 629 tonu isə arpadır. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sahibkarlar 11 min 28 hektar sahədə biçin aparıblar. Sahələrdən yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 min 660 ton, taxıl əkilən sahələr isə 3 min 219 hektar çoxdur.
Qəbələ rayonunda isə məhsuldarlıq hər hektar üzrə orta hesabla 32,1 sentner təşkil edib. Artıq taxıl biçininin başa çatdığı rayonda mövsümdə 21 min 47 hektar sahədə taxıl əkilib ki, onun da 16262 hektarını buğda, 4785 hektarını isə arpa təşkil edib. Ümumilikdə 68 min 588 ton məhsul tədarük olunub. Rayonda torpaq mülkiyyətçiləri tərəfindən bu il 613 hektar sahədə kartof, 854 hektar sahədə tərəvəz bitkiləri əkilib. İndiyədək həmin sahələrdən 1440 ton tərəvəz, 1331 ton kartof istehsal edilib və məhsul toplanışı davam etdirilir.
Bu il rayonda kənd təsərrüfatı bitkilərinin əkin quruluşunda xeyli yenilik tətbiq edilib. Belə ki, ərzaq bitkilərinin əkini artırılıb, bu il ilk dəfə olaraq 16,5 hektar sahədə qarabaşaq əkilib və 24 ton məhsul tədarük olunub. Həmçinin rayonda ilk dəfə olaraq 26 hektar sahədə şəkər çuğunduru və bir hektar sahədə çəltik əkilib. Heyvandarlığın inkişafını nəzərə alan fermerlər yemə olan tələbatın ödənilməsi üçün boş və istifadəsiz qalan torpaqları dövriyyəyə cəlb etməklə yem bitkilərinin əkin sahəsini xeyli genişləndiriblər.
Bundan əlavə, rayonda 6854 hektar meyvə bağı və 509 hektar üzüm plantasiyası mövcuddur. Hazırda meyvə ağaclarına və üzüm tənəklərinə aqrotexniki qulluq edilir, yaxın günlərdə məhsul yığımına start veriləcək.
2017-ci il aqrar sahə üçün uğurlu il hesab olunur
Bu əkin mövsümündə Cəlilabad rayonunda 188 min 827 tondan çox dənli bitkilər tədarük edilib. Sahələrdən orta hesabla hər hektardan 35 sentner taxıl biçilib. Bu, ötən illə müqayisədə 10 sentner çoxdur. Strateji məhsullar sırasında olan dənli bitkilərin, o cümlədən taxılın istehsalında artım qeydə alınıb. Bu il rayonda 57 min 10 hektar buğda sahəsindən 160 min 483 ton, 6 min hektar arpa sahəsindən 13 min 404 ton, 2 min 250 hektar vələmir sahəsindən 4 min 815 ton, 5 min 916 hektar noxud sahəsindən 8 min 755 ton, 943 hektar mərci sahəsindən 1198 ton məhsul istehsal olunub.
Taxıl biçini kampaniyasının uğurla başa çatdığını deyən rayon kənd təsərrüfatı idarəsinin rəisi Rahib Kərimov 2017-ci ili rayonda aqrar sahə üçün uğurlu il hesab edir. Buna səbəb isə biçindən əvvəl texnikaların saz vəziyyətə gətirilməsi, məhsulun itkisiz yığılması və daşınması, sahələrin yanğından mühafizə edilməsidir.
Respublikamızın qərb bölgəsində yerləşən, sərt relyef və iqlim xüsusiyyətlərinə malik Gədəbəy rayonunda isə taxıl sahələrində məhsul yığımı davam edir. Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu il Gədəbəy ərazisində 1217,4 hektarda buğda, 104,7 hektarda arpa yetişdirilib. Bu vaxta qədər 683 hektar buğda, 46 hektar arpa sahəsi biçilib. Dəmyə sahələrində buğda yığımında məhsuldarlıq hər hektara görə 25,8 sentner, arpa sahələrində isə 15 sentner təşkil edir.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56

